Jump to content
Forum Windows-az.com

Dünyanın Ən Nazik Android smartfonu


===

Recommended Posts

08-1-Huawei-Ascend-P1S.jpg


Son illərdə Android qurğuları bazarında yüksək fəallığı ilə seçilən Huawei şirkəti CES 2012 nümayişində öz yeni məhsulu – Ascend P1 S smartfonunu ilə ictimaiyyətin diqqətini cəlb edib.

Ascend P1 S Smartfonun Başlıca Özəllikləri


08-6-Huawei-Ascend-P1S.jpg

08-7-Huawei-Ascend-P1S.jpg


Qalınlığı cəmisi 6,68 mm olan Ascend P1 S bazarda ən nazik Android smartfonudur. Müqayisə üçün qeyd edək ki, analoji form-faktora malik smartfon bazarında Samsung Galaxy SII qurğusunun qalınlığı 8,49 mm-dir.
4,3-dyüm Super AMOLED displeyi 960×540 nöqtə çözünürlüyə malikdir.


08-2-Huawei-Ascend-P1S.jpg


Ascend P1 Smartfonu

Huawei şirkəti həmçinin Ascend P1 seriyasına aid yeni smartfon (7,69 mm) da təqdim edib. Bu modelin akkumulyatoru (1800 mAh) Ascend P1 S smartfonu (1670 mAh) ilə müqayəsədə daha güclüdür. Ekran maye-kristaldır.


08-3-Huawei-Ascend-P1S.jpg


Hər iki smartfonun displeyi Corning Gorilla qoruyucu şüşəsi ilə örtülmüşdür. Hər iki qurğu birkristallı OMAP 4460 CPU sistemli 1,5 Ghz prosessorla təchiz olunmuşdur.

Multimedia imkanlarına gəldikdə, PowerVR SGX540 seriyasina aid videonüvə o qədər də iri göstəriciləri ilə seçilmir. Analoji videonüvə Galaxy S və iPhone 4-də də quraşdırılmışdır.


08-4-Huawei-Ascend-P1S.jpg


Əməliyyat yaddaşının həcmi 1 Gb, fləş-yaddaşın həcmi 4Gb-dır. Hər iki smartfon microSD slotu, arxa paneldə ikiqat LED-işartılı 8-mp kamera (720p çözünürlüklü video çəkilişi) və öndə 1,3 mp kamera, eləcə də Wi-Fi 802.11b/g/n və Bluetooth 3.0+HS modulları ilə təchiz edilmişdir.

Çəkiləri 130 q-dan çox olmayan bu yeni smartfonlar Android 4.0 əməliyyat sistemi ilə çalışır.

Satış Nə Zamandır?

The Verge resursuna istinadən, hər iki qurğu satışa bu ilin ikinci rübündə bir neçə rəng çalarında çıxarılacaq.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...