Jump to content
Forum Windows-az.com

Call of Duty MW 2 (2022) haqqında məlumat


Karb10

Recommended Posts

изображение.png

 

Call of Duty MWII (2022) bitirdim dünən, oyun haqqında fikirlərimi bildirmək istədim bəlkə kiməsə maraqlı olar.
Campaign missiya hissəsi:
Infinity Ward bu il həqiqətən də standartdan kənar CoD təqdim etməyi bacardı. Oyun həm, danışdığı əhvalat, həm düşmən fərqliliyi həm həm missiya növləri cəhətdən bir çox yeniliklər elədi. Oyuna qalxanlı və zirehli düşmənlər əlavə edilib ki, bu da xüsusilə çətin rejimdə oyun taktikanıza çox təsir edir, normaldan daha çox diqqətli olmanıza səbəb olur və oyunun döyüş abu havasını daha çox hiss etdirir. Oyunun 2 missiyasında yeni stealth tiplidir. Əlimizdə silah yoxdur, düşmən əsgərlərindən gizlənərək, xəritədə tapdığımız əşyalardan müxtəlif alətlər və tələlər düzəldirik. Bu missiyalarda tapdığımız güllə sayı da limitli olduğu üçün, xüsusilə çətin rejimdə crafting/survival hissi yarada bilir oyun. Bu stealth hissəsinin uzunluğu ilk missiyada uzun, ikincidə isə çox qısadır.
Oyunda ümumi 12 missiya var və ilk dəfədir ki, bir COD oyununun belə tez bitdiyinə heyifsləndim. Bəyənmədiyim cəhətlərinə gəldikdə isə, oyunda açıq döyüşə girdiyimiz anlar çox azdır. Demək olar yox dərəcəsindədir. Bütün oyun qapalı məkanlarda keçir. Oyunda ən əsəb edən şey, çox kiçik məkanlarda divarın və ya qapının tam arxasında pompalı tüfəng və zireh ilə səni gözləyən düşmənlərdi. Öldürmək üçün üstünə bütün darağı boşaltmalı və ya bir neçə çox dəqiq headshot atmalı olduğumuz bu düşmənlər çətin rejimdə gördükləri anda tək atəş ilə bəzən sizi 5-6 dəqiqə geriyə ata bilir. Oyunu əvvəlcədən bəyan edildiyi kimi offline oynamaq mümkün deyil və oyuna daxil olduqda multiplayer mode unda daxil olur, daha sonra campaing mode a keçmək üçün oyunun təkrar yüklənməsi tələb olunur. Texniki problemlər var oyunda. Glitch və bug lardan əlavə, hər oyun seansında 1-2 dəfə oyun xəta verib bağlana bilir və hər dəfəsində də əvvəl multiplayer mode unda açıb sonra campaing mode una keçmək lazım olur.
Oyunu mən pre-order etmişdim. Hal-hazırda steam üzərindən qiyməti 70$ - dır. Dəyərmi bu pula soruşsaz əgər. multiplayer də oynayacaqsınızsa dəyər. Yalnız campaign oynayacaqsınızsa, oyun bitməmişlik hissi yaradır. Sanki campaign in yarısı yoxdur kimi. Çox maraqlıdır, və bunun qarşılığlnda çox qısadır. Özünüzü oyuna tam hakim hiss etdiyiniz anda bitir oyun.
Multiplayer hissəsi haqqımda:
Bunun haqqında qısa yazacam hələ çox oynamamışam amma loadout sistemini həqiqətən əla qurublar. Oyunda müxtəlif silah classları var, seçə biləcəyiniz açmalı olduğunuz silah gövdələri var. Hər silah gövdələri istifadə etdiyiniz silahın class ına xeyli təsir edə bilir.
Bütün silahların maksimum səviyyəsi 20 dir və əvvəlki kimi silahı açmaq və ya maksimum etmək üçün bütün xəritə eyni şeyləri etməyə məcbur deyil. Heç oyun da imkan vermir. Silahları bir-birindən asılı vəziyyətdə açırsız. Misal üçün A silahını açmaq üçün B ni 12 ci səviyyəyə gətirmək lazımdır. Bu silah gövdələrinə də şamil olunur. Əlavə olaraq attachmentlər üçün də hər hansısa bir silahda yatmaq lazım deyil artıq. Hər silah özünə aid attachmentləri açır, həmin açılmış attachmentləri eyni classda olan başqa silahlarda da istifadə edə bilirsiz. Beləcə bütün attachmentləri açmaq üçün bütün silahlarla oynamağa məcbursunuz
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...