Jump to content
Forum Windows-az.com

1000 nüvəli prosessor


Guest Elbrus0033

Recommended Posts

Guest Elbrus0033

Intel eksperimental 1000 nüvəli prosessor üzərində işləyir

 

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, Intel korporasiyasının tədqiqat bölməsi 1000 hesablama nüvəsindən ibarət eksperimental mikroprosessor üzərində işləyir. Mövcud mərkəzi prosessorların əksəriyyəti ikidən altıyadək hesablama nüvəsindən ibarət olur. Korporasiyanın tədqiqatçısı Timoti Mettsonun sözlərinə görə, yüzlərlə nüvədən ibarət olacaq çiplər, 48 nüvəli eksperimental prosessorda tətbiq edilmiş yeni arxitektura hesabına işlənib hazırlana bilər. Xatırladaq ki, təxminən bir il bundan əvvəl Intel elmi tədqiqatlarda istifadə edilən miqyaslanmış çoxaxınlı hesablamalar üçün nəzərdə tutulan 48 nüvəli eksperimental prosessor təqdim etmişdir. Yeni növ arxitekturanın əsas üstünlüklərindən biri geniş miqyaslanma imkanlarıdır.

T. Mettson qeyd edir ki, 1000 işlək nüvədən ibarət prosessor konsepsiyası məhz 48 nüvəli çipin miqyaslanmış arxitekturasına əsaslanır. Tədqiqatçı bildirir ki, 48 nüvəli çip üçün yaradılmış baza çox uğurlu olub və onu rahat genişləndirmək olar. “Bu əsasən 1000 nüvəyədək genişləndirilə bilən bulud arxitekturasıdır. Buraya sadəcə olaraq nüvələri əlavə etmək olar və yalnız 1000 nüvədən sonra onun ölçüləri məhsuldarlığa neqativ təsir edə biləcək həddə çatır”, - deyə Intel nümayəndəsi qeyd edib.

Intel-də hələ ki bu cür çoxlu sayda nüvəsi olan işlək çip yoxdur, yeni nəsil prosessor yalnız artıq bir neçə il icra olunan Intel Terascale Research Program layihəsi çərçivəsində hazırlanmış nəzəri sxemlərdə mövcuddur.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 8 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...