My-Comp yek Konu tarihi: 28 Ocak 2012 Paylaş Konu tarihi: 28 Ocak 2012 Vergilər Nazirliyindən bildiriblər ki, Azərbaycan ərazisində İnternet-mağaza açmaq üçün lisenziya tələb olunmur: "Respublika ərazisində gəlir əldə etmək məqsədilə fəaliyyət göstərən şəxs Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə müvafiq olaraq vergi uçotuna durmalıdır. Bu məqsədlə fiziki şəxs yaşadığı yer üzrə vergi orqanına Vergilər Nazirliyinin təsdiq etdiyi forma üzrə ərizəni, habelə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməli, ərizəsində də mövcud vergitutma sistemlərinin birini göstərməlidir. Lakin Azərbaycan vətəndaşlığı olan fiziki şəxslər bunun üçün vergi orqanına gəlməyə bilərlər. Bunun üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az saytına daxil olaraq burada bir neçə dəqiqə ərzində müvafiq məlumatları daxil etməklə onlayn qaydada uçota dura bilərlər. Vergi orqanı fiziki şəxsin vergi ödəyicisi kimi uçotunu sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz həyata keçirir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verir. Vətəndaşlar hüquqi şəxs yaratmaqla da sahibkarlıq fəaliyyəti göstərə bilərlər. Bu məqsədlə Vergilər Nazirliyinin www.e-taxes.gov.az saytında hüquqi şəxslərin yaradılması üçün müvafiq sənədlərin siyahısı var. Saytda sahibkarın hazırladığı sənədlərin ilkin yoxlanışı da mümkündür. Məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxsin ən geniş yayılmış formasıdır və onun yaradılması üçün daha az sayda ərizə, forma, digər hesabatlar və sənədlər tələb olunur. Bakı şəhərində hüquqi şəxslərin, eləcə də xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyatı Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 ünvanında həyata keçirilir". Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 28 Ocak 2012 Paylaş Mesaj tarihi: 28 Ocak 2012 Məlumata görə təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Elbrus0033 Mesaj tarihi: 28 Ocak 2012 Paylaş Mesaj tarihi: 28 Ocak 2012 My-Comp yek məlumata görə çox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.