Jump to content
Forum Windows-az.com

Azərbaycanda İnternet-mağaza açmaq üçün nə tələb olunur ?


My-Comp yek

Recommended Posts

kgN2DwMMar3Lum0spn1KTTl72eJkfbmt4t8yenIm


Vergilər Nazirliyindən bildiriblər ki, Azərbaycan ərazisində İnternet-mağaza açmaq üçün lisenziya tələb olunmur: "Respublika ərazisində gəlir əldə etmək məqsədilə fəaliyyət göstərən şəxs Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə müvafiq olaraq vergi uçotuna durmalıdır. Bu məqsədlə fiziki şəxs yaşadığı yer üzrə vergi orqanına Vergilər Nazirliyinin təsdiq etdiyi forma üzrə ərizəni, habelə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməli, ərizəsində də mövcud vergitutma sistemlərinin birini göstərməlidir. Lakin Azərbaycan vətəndaşlığı olan fiziki şəxslər bunun üçün vergi orqanına gəlməyə bilərlər. Bunun üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az saytına daxil olaraq burada bir neçə dəqiqə ərzində müvafiq məlumatları daxil etməklə onlayn qaydada uçota dura bilərlər. Vergi orqanı fiziki şəxsin vergi ödəyicisi kimi uçotunu sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz həyata keçirir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verir.

Vətəndaşlar hüquqi şəxs yaratmaqla da sahibkarlıq fəaliyyəti göstərə bilərlər. Bu məqsədlə Vergilər Nazirliyinin www.e-taxes.gov.az saytında hüquqi şəxslərin yaradılması üçün müvafiq sənədlərin siyahısı var. Saytda sahibkarın hazırladığı sənədlərin ilkin yoxlanışı da mümkündür. Məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxsin ən geniş yayılmış formasıdır və onun yaradılması üçün daha az sayda ərizə, forma, digər hesabatlar və sənədlər tələb olunur. Bakı şəhərində hüquqi şəxslərin, eləcə də xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyatı Bakı şəhəri, Heydər Əliyev prospekti, 105 ünvanında həyata keçirilir".
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...