Jump to content
Forum Windows-az.com

Azərbaycanda nə qədər "Facebook" istifadəçisi var?


zeus

Recommended Posts

facebook1.jpg

Azərbaycanda nə qədər "Facebook" istifadəçisi var?
Yanvarda sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb



Azərbaycanda “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 700 mini ötüb. Ötən il dekabrın 17-dən yanvarın 25-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.

“Facebakers”in hesabatında bildirilir ki, “Facebook” seqmenti daxil olma reytinqində 87-ci yerdədir ki, bu da 2011-ci ilin dekabrı ilə müqayisədə 4 bənd aşağıdır. Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 8,46 faizini təşkil edir. Bu göstərici Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 19,04 faizini təşkil edib. Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir. Say baxımından ilk yeri 18-24 yaşlı (47 faiz), ikinci yeri 25-34 yaşlı (23 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.

Sosial şəbəkənin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Qazaxıstan (362 min 640 istifadəçi), Belarus (354 min 520), Ermənistan (242 min 140), Moldova (231 min 40), Özbəkistan (106 min 80), Qırğızıstan (64 min 740), Tacikistan (24 min 800) və Türkmənistan (12 min 60) kimi ölkələrini qabaqlayır.

“Facebakers”in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Mekshika daxildir. “Facebook” istifadəçilərinin ümumi sayı 762 milyon nəfərdən çoxdur.

“Facebook” şəbəkəsi 2004-cü il fevralın 4-də fəaliyyətə başlamışdır. Hazırda şəbəkənin xidmətləri 60 dildə, o cümlədən Azərbaycan dilində göstərilir.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...