Jump to content
Forum Windows-az.com

Facebook İstifadəçilərinin Yalnız 8%-i Yenilənmiş İnterfeysi B


===

Recommended Posts

facebook-xronika.jpg


Son dövrlərdə Facebook-a bir sıra yeniliklər edilmiş, o cümlədən istifadəçilər öz dostlarının “Xronika”sına çıxış əldə etmişlər. Bu xronika sayəsində hər bir Facebook üzvü öz dostları tərəfindən hətta illər öncə dərc edilən məlumatlar, şəkillər və s. informasiyaya açıq çıxış əldə edə bilər.

Tənqidçilərin fikrincə, “Xronika” funksiyasını işə salmaqla, Facebook, üzvlərinin məxfiliyini qoruyub saxlayan bir resurs kimi öz etibarını itirdi.

İstifadəçilər Xronikadan Razıdırlarmı?

Sophos şirkətinin sosial şəbəkənin 4000 istifadəçisi ilə apardığı sorğu nəticəsində məlum olub ki, yalnız 5% üzv bu yeniliyi müsbət qarşılayıblar. Sorğu iştirakçılarının 51%-ində bu, ciddi narahatçılığa səbəb olub, 8% isə bildirib ki, “buna alışmaq gərəkdir”.

Yaxın bir neçə həftə ərzində istifadəçilər xronikada təsvir olunmasını istəmədikləri hər bir məlumatı pozmaq imkanına dair xəbərdarlıq alacaqlar. Bunun üçün istifadəçilərə düz bir həftə vaxt veriləcək, müddət bitdikdən sonra xronika avtomatik olaraq bütün sosial şəbəkə istifadəçilərinin ixtiyarına veriləcək.

Fəallıq Siyahısı

Facebook-un mətbuat katibi bildirib ki, Xronikada xüsusi bir funksiya – Fəallıq Siyahısı (Activity Log) işə salınacaq. Onun köməyilə məxfilik parametrlərini dəyişdirmək mümkün olacaq. Başqa sözlə, Facebook istifadəyə veriləndən bugünədək istifadəçilər öz dostları üçün dərc etdikləri hər bir məlumata çıxış yarada biləcək.
Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 6 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...