Jump to content
Forum Windows-az.com

"Youtube" haqqında ən maraqlı faktlar


zeus

Recommended Posts

YouTube_1.jpg

"Youtube" dünyanın ən böyük video-paylaşım saytıdır. 2005-ci ilin fevralında Stiv Çen, Çad Hörli və Cayd Kərim (Jawed Karim) tərəfindən yaradılan bu internet səhifəsi hazırda 30-dan çox dildə fəaliyyət göstərir. "Youtube" haqqında bir neçə maraqlı faktı diqqətinə çatdırırıq.

"Youtube"un qurulmasına səbəb məşhur şirkətin satılması olub. Belə ki, "PayPal" ödəmə sisteminin "eBay"a satılmasından sonra orada işləyən Stiv Çen, Çad Hörli və Ceyvd Kərim şirkətdən əldə etdikləri pulla "Youtube" saytını qurublar.

"Youtube.com" saytı fəaliyyətə başlayanda bir qarışıqlıq yaranmışdı. Belə ki, həmin vaxt fəaliyyət göstərən emal firması olan "Universal Tube and Rollform Equipment"ın saytı "utube.com" kimi fəaliyyət göstərirdi. Hər iki saytın "yutub" oxunması və yazılışlarının da çox oxşar olması emal firmasının rəhbəriliyini narahat edir. Onlar "Youtube" haqqında məhkəməyə şikayət edirlər. Məhkəmə isə bu şikayəti təmin etmir. Belə olan halda emal firması "utube.com" saytını "utubeonline.com" olaraq dəyişdirir.

"Youtube" saytına ilk video 23 aprel 2005-ci ildə Cayd Kərim tərəfindən yüklənib.

"Youtube" saytı 9 oktyabr 2006-cı ildə "Google" şirkəti tərəfindən 1.65 mlrd dollara alınıb.

2011-ci ildə "Youtube" saytından 490 milyon nəfər istifadə edib. Bu zaman ümumilikdə 92 milyard səhifəyə baxılıb. "Youtube"da ayda 2.9 mlrd saat vaxt keçiririk.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...