Jump to content
Forum Windows-az.com

Mac OS X-in yeni versiyası təqdim olunub


===

Recommended Posts

osx.jpg,300.jpg


Apple şirkəti Mac kompüterləri üçün əməliyyat sisteminin yeni versiyasını - Mac OS X 10.8-i təqdim edib. Əməliyyat sistemi Mountain Lion (dağ şiri) adlandırılır və tərtibatçılar artıq onun ilkin versiyasını yükləmək imkanına malikdirlər.

Yeni sistem mobil iOS sistemindəki bir sıra funksiyaları özündə birləşdirməklə yanaşı, tərkibinə Messages (bu iChat-ı əvəz edəcək) və Notes, Reminders (xatırlatma aləti) və Game Center oyun əlavələri daxil olacaq. Bundan başqa, sistemdə “Bildiriş mərkəzi” də yer alıb.

Mountain Lion ƏS Apple-ın yanvarda işə saldığı iCloud bulud servisi ilə inteqrasiya edəcək. Bulud servisində olan məlumatlardan istifadə edən Mac kompüterləri avtomatik poçt, təqvim, FaceTime videorabitə servisini və digər proqramları işə salacaq.

Əməliyyat sistemində kompüteri potensial zərərli proqramlardan müdafiə etmək üçün nəzərdə tutulan Gatekeeper aləti yer alıb. Onun köməyi ilə istifadəçi digər mənbələrdən proqramların yüklənilməsinin qarşısını almaqla etibarlı proqram təminatçısını seçə bilər.

Yeni versiyanın satışa cari ilin yazında çıxarılacağı gözlənilir.


Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 9 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...