Jump to content
Forum Windows-az.com

Sayt www ilə və onsuz


===

Recommended Posts

c991d70a4e81f00e27a066.jpeg


Yəqin ki bir çoxlarınız bilir ki, mysite.azwww.mysite.az eynidir, yəni səyyahın ünvanına yazdıqda eyni sayt açılır. Lakin bir çoxları bilmir ki, bu, axtarış sistemləri üçün bir-biri ilə əlaqəli olmayan tamamilə müxtəlif saytlardır. Bu isə pisdir.

Belə ki axtarış sistemləri təkrarı heç də sevmirlər. Yəni tutaq ki, http://mysite.az/1.html səhifəsi və http://mysite.az/2.html səhifəsinin məzmunu tamamilə eynidir və ya oxşardır. Nəticədə, ən yaxşı halda səhifələrdən biri indeksləşmədən çıxarılacaq, ən pis halda isə filter qoyula bilər.

Bir halda ki, wwwonsuz olan sayt - bu, müxtəlif saytlardır, o zaman sayta olan bağlantılar da müxtəlif olacaq. Axı kimsə sizin saytınıza bağlantını www.mysite.az kimi, kimsə isə mysite.az kimi qoya bilər. Nəticədə, ümumi "çəki" 2 sayta bölünəcək. Belə ki axtarış sistemləri (Google, Yandex və s.) mysite.azwww.mysite.az ünvanlarını tamamilə fərqli 2 sayt kimi qəbul edirlər.

Bu problemi həll etmək mümkündür. İlk növbədə saytınız www ilə və ya onsuz olması barəsində qərara gəlmək lazımdır. Aşağıda hər 2 hal üçün kodlar verilib. Qeyd edim ki, həmin kodları .htaccess faylına əlavə etmək lazımdır.

www ilə olan hal üçün kod:

RewriteEngine On

RewriteCond %{HTTP_HOST} ^windows-az.com$ [NC]

RewriteRule ^(.*)$ http://www.windows-az.com/$1 [R=301,L]



Sözsüz ki, windows-az.com əvəzinə öz saytınızın adını yazın.

www ilə olmayan hal üçün kod:

RewriteEngine On

RewriteCond %{HTTP_HOST} ^www.windows-az.com$ [NC]

RewriteRule ^(.*)$ http://windows-az.com/$1 [R=301,L]
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...