Jump to content
Forum Windows-az.com

HTML sənədinin gövdə hissəsi (<BODY> teqi)


===

Recommended Posts

HTML sənədinin gövdə hissəsi <BODY>....</BODY> teqi daxilində verilənlərdən ibarətdir. Veb səhifənin tutumu gövdə hissəsində, yə'ni <BODY>....</BODY> teqi daxilində verilir və verilənlər brauzerdə əks olunur. Səhifənin tutumuna mətn, şəkil, bağlantı, siyahı, cədvəl və s. aiddir.

 

<BODY> teqinin bir sıra parametrləri vardır. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik.

 

Background parametri. Bu parametr vasitəsilə şəkli arxa fona daxil etmək olur:

<body background="şəklin ünvanı">...</body>

 

HTML 4.01 versiyasında arxa fona daxil edilən şəklin enini və uzunluğunu təyin edən parametr yoxdur. Buna görə də arxa fon şəkli səyyahda (brauzerdə) həqiqi ölçüsündə görsənəcəkdir. Əgər arxa fona daxil edilən şəkil səyyahın pəncərəsinin ölçüsünə nisbətdə kiçikdirsə, o zaman səyyahda üfuqi və şaquli olaraq təkrarlanacaq.

 

e58d1ac8b1b40894834a63.png

Fona daxil etmək istədiyimiz şəkil

 

Şəkilin arxa fona daxil edilməsi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>BODY teqi</title>

</head>

<body background="horse.png">

<p><font color="white">Arxa fona daxil edilən şəkil</font></p>

</body>

</html>

 

cf60a6b840e914da380443.png

 

Bgcolor parametri. Bu parametr vasitəsilə veb səhifənin arxa fon rəngini təyin etmək olur. Susma halında arxa fon rəngi ağ rəngdədir. Susma halı dedikdə bgcolor parametrinin istifadə olunmadığı hal başa düşülür.

 

<body bgcolor="rəng">... </body>

 

Rəngin qiyməti 2 üsulla verilə bilər:

-rəngin adını daxil etməklə;

-16-lıq ədəd vasitəsilə.

 

black (rəngin adı) və yaxud #000000 (16-lıq ədəd vasitəsilə)

white (rəngin adı) və yaxud #FFFFFF (16-lıq ədəd vasitəsilə)

silver (rəngin adı) və yaxud #C0C0C0 (16-lıq ədəd vasitəsilə)

navy (rəngin adı) və yaxud #000080(16-lıq ədəd vasitəsilə)

 

Veb səhifənin arxa fon rənginin təyin edilməsi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>BODY teqi</title>

</head>

<body bgcolor="black">

<p><font color="white">Veb səhifənin arxa fon rəngi qaradır,

mətnin rəngi isə ağdır.</font></p>

</body>

</html>

 

e8e62440b7c245b2008fac.png

 

TEXT parametri. Bu parametr vasitəsilə veb səhifədəki mətnin rəngini təyin etmək olur:

<body text="rəng">... </body>

 

Veb səhifədəki mətnin rənginin təyin edilməsi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>BODY teqi</title>

</head>

<body text="green">

<p>Mətnin rəngi yaşıldır.</p>

</body>

</html>

 

1ab1c27de6e16dd7a94212.png

 

LINK parametri. Bu parametr vasitəsilə hələ baxılmamış (sadə) bağlantının rəngini təyin etmək olur:

 

<body link="rəng">... </body>

 

ALINK parametri. Bu parametr vasitəsilə aktiv (sıxılmış) bağlantının rəngini təyin etmək olur:

 

<body alink="rəng">... </body>

 

VLINK parametri. Bu parametr vasitəsilə artıq baxılmış bağlantının rəngini təyin etmək olur:

 

<body vlink="rəng">... </body>

 

Sadə, aktiv və artıq baxılmış bağlantının rənginin təyin edilməsi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>BODY teqi</title>

</head>

<body link="blue" alink="red" vlink="black">

<a href="link.html">Bağlantı</a>

</body>

</html>

 

2ea2289d1024d65ceb1293.png

 

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...