Jump to content
Forum Windows-az.com

Naqilsiz Qoşulma Protokolu....


Guest Cavid018

Recommended Posts

Guest Cavid018

1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.

 

WAP haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətlər və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox iri həcimli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal hazırda 500-dən çox şirkət bu konsorsium-a üzvdür. 1998-ci ilin may ayında ilk WAP - v1.0 redaksiyası işıq üzü görür. Konsorsiumun tam bitkin olmasına baxmayaraq səvh və yanlışlıqlar çox idi. Və praktiki olaraq 1 ildən sonra 1999-cu ilin iyun ayında ictimaiyyətə yeni WAP 1.1 standartı təqdim edilir. 2000-ci ilin yayında isə WAP 1.2 və onun inkişaf etmiş WAP1.2.1 nəşr etdirilir. Axırıncı WAP 2.0 versiyası 2002-ci ilin yanvarında çıxır.

 

İlk olaraq WAP geniş bir texnologiyalar və mobil şəbəkə sahələri (GSM, CDMA və s) üçün yaradılır. Hətta UMTS/CDMA2000 1X tezliyində olan 3G şəbəkəsinin dəstəyi də nəzərə alınmışdı. WAP qurğu və xidmətlərdən aslı olmayan, kiçik ekranlı mobil telefonlar üçün optimallaşmış, məhdud yaddaşlı və yüksək olmayan tərtib olunmuş məlumatların naqilsiz ötürülməsi üçün açıq standart kimi düşünülmüşdür. WAP 1 standartlarında müxtəlif limitlər var idi, belə ki bir səhifə ağ-qara rəngdə olmalı, 4 KB-dan çox olmamalı, şəkillər gif və ya xüsusi yaradılmış wbmp formatında olmalı idilər. WAP 2 standartı çıxdıqdan sonar bu limitlər aradan qaldırıldı.

 

WAP 2.0 WAP 2.0 – XHTML və CSS-in ixtisarlaşdırılmış variantını istifadə edən WAP-ın mükəmməlləşdirilmiş versiyasıdır. Bu da o demkdir ki WAP 2.0-da olan saytlara kompüterdə adi brouzerdə heç bir əlavə plaginlər yükləmədən baxmaq olar. XHTML Mobile Profile (XHTML MP) — WAP 2.0-də mobil telefonlarda işləmək üçün istifadə edilən nişanlanma dilidir. WAP-ın CSS üçün olan versiyası WAP CSS adnanır və XHTML MP-də dəstəklənir.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...