Jump to content
Forum Windows-az.com

Vinton Qrey Serf


===
 Share

Recommended Posts

b7e2bff87d7f001926b579.jpeg


Vinton Qrey Serf "TCP/IP" (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin ötürülməsi protokolunun yaradıcısı, internetin yaradıcılarından biridir. 2000-2007-ci illərdə internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (Internet Corporation for Assigned Names and Numbers və ya ICANN) sədri olub, 2005-ci ildən etibarən "Google Inc" şirkətinin vitse-prezidentidir.


Həyat və fəaliyyəti

Vint Serf (tam adı - Vinton Qrey Serf, Vinton Gray Cerf) 1943-cü il iyun ayının 23-də Nyu-Xeyvendə (ABŞ, Konnektikut ştatı) aviasiya mühəndisinin ailəsində anadan olub. O, məktəb illərini Los-Ancelesdə Van-Nays (Van Nuys) şəhərətrafı qəsəbəsində keçirib, sonra Stenford universitetinə daxil olub. 1965-ci ildə universitetdə riyaziyyat üzrə bakalavr dərəcəsi alıb. 1965-1967-ci illərdə "IBM" korporasiyasında, 1967-1972-ci illərdə isə Los-Ancelesdə Kaliforniya universitetində işləyib. "IBM" korporasiyasında işləyən zaman "QUIKTRAN" proqramlaşdırma dilinin hazırlanmasına kömək edib. 1970-ci ildə Kaliforniya universitetində informatika üzrə magistr dərəcəsi alıb, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Kaliforniya universitetində işləyən zaman Serf bilavasitə internetin sələfi - "ARPAnet" şəbəkəsinin yaradılması sahəsində çalışmağa başlayıb. O, 1970-ci ildə bu layihə çərçivəsində Robert Kan (Robert E. Kahn) ilə əməkdaşlıq etməyə başlayıb.

Serf 1972-ci ildə Stenford universitetinə geri dönmüş və 1976-cı ilədək orada dosent (assistant professor) vəzifəsində çalışıb. Artıq Stenfordda işləyən Serf Kan ilə əməkdaşlığını davam etdirirdi və 1974-cü ildə onunla birlikdə "A Protocol for Packet Network Intercommunication" məqaləsini dərc etmişdi. Məqalədə "TCP" (transmission-control protocol) - verilənləri müxtəlif şəbəkələr arasında ötürməyə imkan verən protokol təsvir edilmişdi. Bu açılışa görə Serf və Kanı çox vaxt "internetin atası" adlandırırdılar.

Serf 1976-cı ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyində (Defense Advanced Research Projects Agency) işləməyə başlayıb. Bu agentlikdə Serf Kan ilə birlikdə verilənlər paketinin ötürülməsi texnologiyalarının hazırlanması ilə məşğul olub. 1978-ci ildə onun iştirakı ilə daha əvvəl hazırlanmış verilənlərin ötürülməsi protokolu 2 hissəyə - "TCP" və "IP" (Internet protocol) bölünüb. Və "TCP/IP" protokolu bu gün internetdə verilənlərin ötürülməsi üçün standart sayılır.

Serf 1982-ci ildən 1986-cı ilə qədər MCI şirkətində vitse-prezident vəzifəsində çalışıb.

O, 1986-cı ildə MCI şirkətini tərk etmiş və Robert Kan tərəfindən yaradılmış milli tədqiqat layihələri üzrə Korporasiyaya (CNRI) keçib. Serf yeni işində informasiya infrastrukturu ilə məşğul olub. O, 1994-cü ildə yenidən MCI şirkətinə geri dönmüş və bu dəfə əsas vitse-prezident vəzifəsində çalışıb. 2005-ci ilədək bu şirkətdə işləyib.

1992-ci ildə İnternet Cəmiyyətini (Internet Society, ISOC) təsis edənlərindən biri, 1992-1995-ci illərdə onun prezidenti, 1998-1999-ci illərdə isə sədri olub.


e6e50fc8b9c72d3d155fdd.jpeg


Serf 2005-ci ildə MCI şirkətindən "Google Inc" şirkətinə keçmiş və 2011-ci ilin sentyabr ayından bu şirkətin vitse-prezidenti vəzifəsində çalışır.

Serf Son zamanlar bir sıra novator layihələrdə iştirak edib. Məsələn, o, 1998-ci ildən planetlərarası internetin yaradılması layihəsi üzrə NASA-nın reaktiv hərəkət laboratoriyası (Jet Propulsion Laboratory) ilə əməkdaşlıq edib. Bundan əlavə, Serf bioelektronika ilə məşğul olmaq haqqında öz niyyətini də bildirib.

Ailəlidir. 2 qızı var.


Mükafatları

1996 - Yuri Rubinsky Memorial Award;

1997 - IEEE Alexander Graham Bell Medal;

Serf və Kan "TCP/IP" protokolunun yaradıcıları kimi 1997-ci ildə texnologiya və innovasiya Milli medalına və 2005-ci ildə ABŞ-ın ən yüksək vətəndaş mükafatı olan azadlıq medalına layiq görülüblər.


68fef30dbdbd19b75ea943.jpeg
Link to comment
Share on other sites

  • 9 months later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...