Jump to content
Forum Windows-az.com

“Yahoo!” “Facebook”u məhkəməyə verir


zeus
 Share

Recommended Posts

1aaf41a425fa.jpg

ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərindən olan “Yahoo!” korporasiyası “Facebook” sosial şəbəkəsini intellektual mülkiyyət hüquqlarını pozmaqda ittiham edib.

“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, populyar axtarış saytının sahibi olan korporasiya Mark Tsukerberqin şirkətini “Yahoo!”nun patentləşdirdiyi texnologiyalardan istifadə etməkdə də suçlayıb.

İki şirkətin nümayəndələri məsələyə aydınlıq gətirmək üçün danışıqlar masası arxasına oturublar. Onlar “Yahoo!”nun 20 patendindən 10-u ətrafında fikir mübadiləsi aparıblar. Sonuncu danışıqların detalları barədə açıqlama verməsə də, korporasiyadan bildirilib ki, dünyanın ən nəhəng sosial şəbəkəsi ilə məhkəmə çəkişməsinə hazırlaşırlar. Tələb olunacaq təzminatın miqdarı da açıqlanmayıb.

Əgər iş məhkəməyə gedib çıxarsa, bu, sosial media bazarında ilk məhkəmə çəkişməsi olacaq. Hələlik patentlə bağlı ən səs-küylü iş iki texnologiya nəhəngi - “Apple” və “Samsung” arasında hələ də davam edən məhkəmə çəkişməsidir.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir.
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...