Jump to content
Forum Windows-az.com

Kompüterin cana zərərləri


My-Comp yek

Recommended Posts

ffacb1d34716.gif


Bu gün özümüzü kompütersiz təsəvvür etmirik. Bunun sağlamlığa zərərli olduğunu necə, düşünürükmü? Monitor qarşısında keçirdiyimiz saatlar orqanizmimizə necə təsir edir?

“Media forum” saytına danışan oftalmoloq Fəridə Abbasova kompüterin gözdə quruluq yaratdığını deyir: “Normalda insan gözünü bir dəqiqədə 18-22 dəfə qırpmalıdır. Bu zaman gözün daxili mayesi bütün bəbəyə yayılır və gözdə quruluq yaranmır. Ancaq kompüterə baxanda qırpma hərəkətləri azalır və bu, gözə ciddi ziyan vurur. Bizə məhz bu problemlə müraciət edənlər çoxdur”.

F.Abbasova kompüterdən müəyyən rejimlə istifadə etməyi məsləhət görür: “İş yerində bütün günü kompüterdən istifadə edənlər hər 40-45 dəqiqədən bir fasilə verməli, göz gimnastikası icra etməlidirlər. Tərkibi təbii göz yasından ibarət göz damcıları var, bu vasitədən istifadə olunması da məsləhətdir.

Uşaqların kompüterdən istifadəsinə xüsusi diqqət yetirilməlidir. Azyaşlılara gündə iki dəfə və hər dəfəsində 40-45 dəqiqədən çox olmamaq şərti ilə kompüterdən istifadəyə icazə vermək olar. Müəyyən yaşa qədər gözün inkişafı davam edir, ona görə də onların kompüterə və ya televizora uzun müddət baxması ciddi problemlər yarada bilər”.

Göz ağrılarından şikayət edənlərə oftalmoloq göz idmanları, stolüstü tennis və topla hərəkətlər məsləhət görür: “Şəffaf rənglərə baxmaq da çox xeyirlidir. Bundan başqa, düzgün qidalanmaya da diqqət yetirmək lazımdır. Uşaqlar hər gün ən azı 150 qram ət yeməlidirlər. Qara ciyər, tərəvəzlər, çox yağlı olmayan balıqlar, dənli bitkilər, bir sözlə, tərkibində A və B vitaminləri bol olan qidalar gözə xeyirdir”.

Professor Adil Qeybulla uzun müddət kompüter qarşısında oturmanın yuxu və sinir pozğunluğuna, yuxugörmələrə səbəb olduğunu qeyd edir: “Bu da nevroza gətirib çıxarır. Yatmazdan ən azı bir saat əvvəl kompüteri söndürmək lazımdır. Təmiz havada gəzib sonra yatmaq xeyirlidir. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və bəzən hətta böyüklərdə də autizim (kiçik yaşlarda başlayan və ömür boyu sürən, ictimai ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlarla nəticələnən, beynin inkişafına mane olan xəstəlik) yaradır. Bu xəstəliyə tutulanlar özlərinə qapanır, saatlarla kompüter qarşısında oturur, evdəkilərlə ünsiyyətlərini, demək olar, tamamilə kəsirlər. Ona görə də valideyinlər uşaqlarının kompüterdən istifadəsinə müəyyən rejim çərçivəsində icazə verməlidirlər”.

A.Qeybulla monitor seçimində diqqətli olmağı məsləhət görür: “Təcrübə göstərir ki, 87 tezlikdən yuxarı monitorlar gözü yormur. Ona görə də kiçik tezlikli monitorlardan istifadə etməmək lazımdır”

"Media forum"
Link to comment
Share on other sites

Proqramlar telegramda
Kompsuz dayana bilmerem ! Narkaman ki narkotiksiz qalmir mende ele kompsuz qala bilmirem bir defe netin pulunu gecikdirdim kecirmedim 2 gun ureyim parttiyirdi az qala axiri gedib kecirdim heqqi bu gunumuzu internetsiz ve kompyutersiz tesevvur etmek bele istemirem zererine gelince ise yaxin dostumun bir sozu var ee eshi cehennemeki harda qirilar qirilar..:)))
Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...