Jump to content
Forum Windows-az.com

Visual C# – Giriş


===

Recommended Posts

Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da proqramlaşdırma sahəsinə maraq günü gündən artmaqdadır. Qısa bir sübut göstərim, mənim qaldığım 9 mərtəbəli binada 10-15 nəfərə yaxın müxtəlif universitetlərdə bu ixtisasla oxuyanlar var. Və bu ixtisas üzrə seçimlər də günbəgün artmaqdadır. Nə isə… Çox təəssüflər olsun ki, Azərbaycanda bu sektorda inkişaf edən sadəcə bəzi tələbələrin marağıdır. Universitetlərdə bu baxımdan hələ ki, heç bir inkişaf gözə dəymir. Təbii ki, bunu ümumi götürməyək, bəzi universitetlərdə həvəsli müəllimlər də vardır, hər halda. Şəxsən özümün də təhsil aldığım Azərbaycan Texniki Universitetində bu barədə vəziyyət acınacaqlıdır. Belə ki, heç bir yeni proqramlaşdırma dilləri tədris proqramlarına salınmır, təsəvvür edin, ən müasir proqramlaşdırma dili “Delphi”-dir. Amma bizim univeristetdə də tələbəyə nə isə öyrətmək istəyən müəllimlər var, bu danılmaz bir həqiqətdir. Söhbəti çox uzatmayaq, mövzudan da çox kənara çıxmayaq deyə, gəlin elə bir başa olaraq mətləbə keçək. CSharp Nədir? C# Proqramlaşdırma Dili (si şarp şəklində tələffüz edilir), Microsoft’un şirkəti tərəfindən yaradılmış və inkişaf etdirilən yeni nəsil bir dildir. .NET platforması altında işləyir. Bu dilin hazırlanmasına Pascal, Delphi və J++ proqramlaşdırma dilinin hazırlanmasında bilinən Anders Hejlsberg liderlik etmişdir. Sintaksis olaraq məhz ən böyük rəqibi olan JAVA dilinə daha çox bənzəsə də, Veb proqrmlaşdırma dillərindən olan PHP dili ilə də çox böyük bənzərlik göstərir. Nəzərə alsaq C# yuxarıda adıçəkilən iki dildən də sonra yaranıb, onda bu qənaətə gələk olar ki, C# bu dillərə nisbətən daha müasir, rahat və əlverişlidir. Çünki bu dildə, JAVA və bənzəri bir çox dildə olan əskikliklər aradan qaldırılıb və bir o qədər də yeniliklər edilib. Məhz yuxarıda saydığımız ünsürləri də bu hadisə ilə bağlamaq olar. Əgər hər hansı bir proqramlaşdırma biliyiniz varsa, mütləq C#-da ona bənzərliyi hiss edəcəksiniz. Əslində danılmaz bir həqiqətdir ki, Microsoft şirkəti özü də C#-ın digər proqramlaşdırma dillərindən üstün tutduğunu gizlətmir və məhz bu dil Microsoft-u proqrmlaşdırma sektorunda da liderlik etməsinə səbəb olur. Digər üstünlüyünü deyim, çünki bu hissəsi xüsusilə bilinməlidir. Siz C# dilini öyrənməklə yalnız Vizual C# -da deyil, Microsoft-un bütün yeni sistemlərində: Microsoft ASP.NET, WPF, WCF, Silverlight-da da heç bir problemsiz işləyə biləcəksiniz, çünki Microsoft bütün bu sistemlərdə işləmək üçün C# dilini təqdim edir. Qısası, əgər öyrənmək üçün C# dilini seçmisinizsə, əcəb eləmisiniz… :) Onu bilin ki, düz yoldasınız… Giriş edib, kod yazmasaq günah etmiş olarıq, buyurun bu da ilk kodumuz olsun, klassik “HELLO WORLD” proqramı:

 

using System;

using System.Collections.Generic;

using System.ComponentModel;

using System.Data;

using System.Data.Sqlclient;

using System.Drawing;

using System.Linq;

using System.Text;

using System.Windows.Forms;

 

namespace WindowsFormsApplication1

{

public partial class Form1 : Form

{

public Form1()

{

InitializeComponent();

}

 

private void button1_Click(object sender, EventArgs eas)

{

MessageBox.Show("HELLO WORLD!");

}

}

}

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...