Jump to content
Forum Windows-az.com

“Microsoft” Azərbaycanda İT akademiyaları yaradacaq


===

Recommended Posts

1336496922_be6fdf36c6f.jpg


“Microsoft” korporasiyası Azərbaycanda “Microsoft IT Academy” (“Microsoft”-un İnformasiya Texnologiyaları Akademiyası) layihəsinə start verib. Məlumata görə, şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Microsoft” –un ilk tədris mərkəzi açılacaq.

“Microsoft IT Academy” təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimləri başa vurduqdan sonra imtahan verərək “Microsoft”-un sənaye sertifikatlarını əldə edə biləcəklər. Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlanması planlaşdırılır.

Bununla yanaşı, AMİU-nun tələbələri “Microsoft Virtual Academy” çərçivəsində pulsuz online təlim də keçə bilərlər. Bulud texnologiyaları əsasında yaradılan bu tədris sistemi tələbələrə online rejimdə əlavə təlimlər keçməyə və imtahan verərək sertifikat almağa imkan verir. “Microsoft”-un strateji planlarına İT akademiyaların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması daxildir.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...