zeus Posted May 19, 2012 Share Posted May 19, 2012 1. "Twitter"in həmtəsisçisi Cek Dorsi xidməti ilk əvvəl "Twitch" adlandırmaq istəyirdi, lakin sonra onu daha ahəngdar "Twitter" ilə əvəz edib. Layihənin kod adı isə "twttr" sözü olub. 2. "Twitter"in loqosunu xidmətin həmtəsisçisi, qrafik dizayner Biz Stoun fikirləşib. 3. "Twitter"in baş direktoru Dik Kostolo əvvəllər peşəkar komik aktyor idi. 4. Mesajların qruplaşdırılması üçün populyar alət olan heşteq "Twitter" xidmətinin istifadəyə verilməsindən 1 il sonra təqdim edilmiş və o, istifadəçilərdən biri tərəfindən təklif edilmişdi. 5 .Xidmətin mövcudluğu ərzində ilk "Qızıl tvit" (Golden Tweet Award) mükafatını 2010-cu ildə amerikalı teleaparıcı Stefan Kolbert alıb. 6. "Twitter"də dərc edilmiş istinadlar üzrə maksimal klik sayı əldə etmək üçün ən yaxşı vaxt Nyu-York vaxtı üzrə saat 13:00-dan 15:00-dək olan müddət sayılır. 7. Aktyor Çarli Şinin mikrobloqu 1 sutkadan az bir müddətdə milyon izləyici toplamaqla rekord qırıb. 8. "Twitter"də mesajların 3/4-ü təxminən 5 faiz istifadəçi dərc edilir və xidmətdəki hər beşinci hesab sahibi heç vaxt mesaj dərc etməyib. 9. "Facebook" sosial şəbəkəsinin rəsmi hesabı 3,6 milyon izləyici ilə brend mikrobloqları arasında beşincidir. 10. ABŞ Konqresinin kitabxanası "Twitter" xidmətinin istifadəçiləri tərəfindən dərc edilmiş bütün mesajları arxivləşdirir. Quote Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Posted May 19, 2012 Share Posted May 19, 2012 Melumata gore tesekkurler. Quote Link to comment Share on other sites More sharing options...
aze_danger959 Posted May 19, 2012 Share Posted May 19, 2012 Melumata gore tesekkurler. Quote Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Posted May 19, 2012 Share Posted May 19, 2012 ....məlumat üçün təşəkkür... Quote Link to comment Share on other sites More sharing options...
Hacker-8km Posted May 19, 2012 Share Posted May 19, 2012 tesekkur Quote Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.