Mehebbet Konu tarihi: 17 Şubat 2011 Paylaş Konu tarihi: 17 Şubat 2011 Hamıya salamlar!Hörmətli sayt heyyəti və əziz sayt iştirakçıları,saytımızdan məndə hamı kimi cox bəhrələnirəm.Buna görə hamıya təşəkkür edirəm və sizlərə nakam sevgi ilə qarşılaşanda duyğusal hisslərə qapılaraq yazdığım şeirlerimdən birini sizlərə ərmağan edirem.Arzum budur ki,Allah hər kəsə saf sevgi bəxş etsin1Bütün sevənlər bir-birinə sadiq olsun.Amin!!! ---------Dünya--------- Ömrüm günüm getdi bada, Vəfasız yar köçdü yada, Tənha qaldım bu dünyada, Tək qalasan hər an,dünya. Ürəyim od tutub yandı, Sevən qəlbim parçalandı, Demə sevgi bir yalandı, Dəyişmisən yaman,dünya. Olmuşdum eşqimin qulu, Yalan oldu sevgi yolu, Dünya vəfasızla dolu, Sabaha yox güman,dünya. Məndə sevib inanmışam, Eşqə düşüb yanılmışam, İndi bildim aldanmışam, Sevgim olub talan,dünya Çəkdirdin mənə iztirab, Verdin hər an zülüm,əzab, Çox zülmünə gətirdim tab, Görüm olasan viran,dünya Həyat zərgər,insan zərdi Cox adama verib dərdi, Namərd edirsən qovub mərdi Mərdə namərd olan dünya. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 17 Şubat 2011 Paylaş Mesaj tarihi: 17 Şubat 2011 Çox sağol qardaş şeirlərə görə Alıntı Link to comment Share on other sites More sharing options...
Mehebbet Mesaj tarihi: 18 Şubat 2011 mövzunu açan Paylaş Mesaj tarihi: 18 Şubat 2011 Səndə sağ ol qardaş!Əyər sizlərə mənim şeirlərimi oxumaq xoşdursa,özümü dünyanın ən xoşbəxt insanı hesab edərəm. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest fariz.ibiyev Mesaj tarihi: 3 Mart 2011 Paylaş Mesaj tarihi: 3 Mart 2011 Qesheng Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.