Jump to content
Forum Windows-az.com

“Facebook” smartfon hazırlayacaq?


zeus
 Share

Recommended Posts

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan “Facebook” 2012-ci ildə şəxsi smartfonunu hazırlaya bilər. Bu barədə şirkətdəki mənbələrə istinadən "Nyu-York Tayms" qəzeti yazıb. Qəzetin məlumatına əsasən, “Facebook” rəhbərliyi bununla bağlı işə “Apple”-ın bir sıra keçmiş əməkdaşlarını götürüb. Həmin əməkdaşların hamısı “iPhone” və “iPad” qurğularının hazırlamasında iştirak ediblər.

 

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu, artıq şirkətin üçüncü cəhdidir. Şirkətin şəxsi smartfonu yaratmaq ideyası 2010-cu ildə yaranıb, lakin o zaman onu hazırlamaq mümkün olmadı. “Facebook” 1 il sonra bu istiqamətdə yenidən, həm də bu dəfə Tayvanın smartfon istehsalçısı “HTC” şirkəti ilə birgə cəhd etdi.

 

Lakin o zaman “HTC Baffi" smartfonu bir neçə səbəbə görə işıq üzü görmədi. Hazırda sosial şəbəkənin rəhbərliyi bu istiqamətdə aparılmış işlərə yenidən başlayıb. "Nyu-York Tayms" qəzetinin versiyasına görə, şirkətin onun üçün yeni olan sahədə belə fəallıq göstərməsi yeni gəlir mənbələri tapmaq cəhdi ilə bağlıdır.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...