Jump to content
Forum Windows-az.com

USB Vacuum Mouse


===

Recommended Posts

Mouse_060612.jpg


Yaponiyanın "Thanko" şirkəti "USB Vacuum Mouse" adlı kompüter "siçan"ı iştehsal edib. Bu "siçan"ın qeyri-adiliyi onun tozsoran funksiyalarını yerinə yetirməsindədir. Belə ki, o, istifadəçi kompüter arxasında işləyərkən masanın üzərindəki xırda zibilləri toplayır.

Belə ki, iş yerində səliqə-sahman yaratmaq üçün USB Vacuum Mouse-un sahibinin sadəcə olaraq yemək qırıntılarını və kompüterin ətrafındakı tozu toplayan mini-tozsoranı işə salan əlavə düyməni basması kifayətdir. Doğrudur, bu zaman siçan ətrafdakılara mane ola biləcək səs çıxarır.

Lakin bu qurğunun ən böyük çatışmazlığı onun formasıdır. Belə ki, zibili toplamaq üçün əlavə hissə səbəbindən onu erqonomik adlandırmaq olmaz. Buna görə də istifadəçi uzun müddət istifadədən sonra əl barmaqlarında narahatlıq hiss edə bilər. Qurğunun qiyməti təxminən 15 dollardır.

Xatırladaq ki, tozsoran-siçan buraxan "Thanko" firması ötən illərdə istehsal etdiyi digər maraqlı məhsulları ilə də yadda qalıb. Bunların arasında ən miniatür seriyalı güzgülü kamera, sərinləşdirici oturacaq, islanmış mobil telefonların qurudulması üçün qurutma sobası, bütünlükdə qulağa yerləşən MP3 pleyeri də var.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...