Jump to content
Forum Windows-az.com

Bakcell-dən pulsuz Facebook xidməti


anar315

Recommended Posts

Bakcell-dən pulsuz Facebook xidməti

 

İndi mobil cihazlar üçün yeni 0.facebook.com səhifəsi bütün Bakcell abunəçiləri üçün pulsuzdur.

 

Siz, 0.facebook.com səhifəsinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratları ilə bölüşə, mesaj göndərə, dostların divarlarında öz sorğularını yaza və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Səhifənin açılma sürətini artırmaq məqsədilə şəkilləri sadəcə bir kliklə baxa biləcəyiniz xüsusi səhifədə yerləşdirmişik. Bununla belə, Facebook səhifəsinin özündə şəkillərə baxmaq yenə də mümkündür, lakin bu zaman istifadə etdiyiniz xidmətə görə tarif planınız üzrə ödəniş etməlisiniz.

 

BAKCELL abunəçiləri 0.facebook.com səhifəsindən trafik haqqını ödəmədən istifadə edə bilərlər. 0.facebook.com səhifəsinin istifadəsi tamamilə pulsuzdur*.

 

Bu xidmətdən istifadə etmək üçün, telefonunuzdan aşağıdakı ünvanlardan birinə daxil olmaq kifayətdir:

 

0.facebook.com

 

0.facebook.com

 

0.facebook.com

 

zero.facebook.com

 

0.facebook.com səhifəsindən pulsuz istifadə yalnız şəbəkə daxilində mümkündür. Səhifəyə pulsuz giriş, Opera mini və trafik sıxılması üzərindən işləyən oxşar brauzerlərlə dəstəklənmir. Bu halda, Facebook-un mobil telefonlar üçün nəzərdə tutulan standart m.facebook.com və sensorlu ekran telefonları üçün touch.facebook.com səhifələrindən istifadə imkanları mümkündür. Bu səhifələrə giriş, istifadə etdiyiniz tarifə uyğun olaraq ödənilməlidir (İnternet paketlər haqqında məlumat yerləşdirilən səhifəyə istinad).

 

* Ödəniş, yalnız şəkillərə baxanda və ya digər mobil səhifələrinə daxil olanda tətbiq olunur. İstifadəçi şəkillərə baxmağa, və ya digər mobil səhifəyə keçməyə cəhd edəndə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə məlumat görsənəcəkdir.

 

Facebook nədir?

 

Facebook 2004-cü ilin fevral ayında yaradılıb. Facebook xidməti insanlara ünsiyyət yaratmaq, cəmiyyətə özünü təqdim etmək və bütün dünya ilə şəxsi fikirlərini bölüşmək imkanını verir. Hər kəs Facebook istifadəçisi ola bilər. Xidmət dostlar və oxşar fikirli insanlar arasında etibarlı şəbəkə şəraitində ünsiyyət üçün bir məkandır. Facebook – baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşən özəl bir şirkətdir. Facebook® - Facebook İnc. şirkətinin qeydə alınmış ticarət nişanıdır.

 

 

http://www.bakcell.com/az/service/63/free-access-to-facebook-from-bakcell

Link to comment
Share on other sites

Proqramlar telegramda
Guest Cavid018

Cox sag ol melumata gore.......Bir xeberde men deyim-)

 

Yanvar 2011-ci ildə, namelum hakerlər mark zuckerberg-in sehifesini hack etmisdiriler....

 

Facebookda yatdi,cox menem-menem deyirdi-)

 

Link to comment
Share on other sites

  • 1 ay sonra...
  • 2 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...