Maksim_252 Konu tarihi: 22 Temmuz 2012 Paylaş Konu tarihi: 22 Temmuz 2012 Salam dostlar. İndi bir kitab oxuyurdum. İçində maraqlı hekayələr var. bir neçə hekayə oxuyandan sonra belə bir qərara gəldim. Fikirləşirəm ki, mənə kömək edərsiniz... Hər bir user öz bildiyi maraqlı bir hekayəni burda paylaşsın. 100 hekayə yığıldıqdan sonra onları tək - tək oxuyub elektron kitab halına gətirmək istəyirəm... Hekayələr əlifba sırasına görə düzüləcək... Heç bir ayrı seçkilik olmayacaq. Hərənin hekayəsinin müəyyən bir yerində hekayəni paylaşanın niki qeyd olunacaq... Çalışacam ki, səhifələrin görünüşü maraqlı olsun, hər hekayəyə uyğun görünüş vermək istəyirəm. İstəyən kitabın üz qabığının şəklini hazırlaya bilər... kimin əlindən nə gəlirsə buyura bilər... Kitab hazır olanda adı Windows-az - çıların kitabı (başqa ad da ola bilər) olacaq.. Fikirləşirəm ki, bu kitab hazır olandan sonra böyük marağa səbəb olacaq... Çox xahiş edirəm. Mümkün qədər hamının bildiyi, şablon hekayələr olmasın. Buyurun, hekayələrinizi və şeirlərinizi gözləyirəm. Ümid edirəm ki, ümidimi puç etməzsiniz... Alıntı Link to comment Share on other sites More sharing options...
nasirmamedov Mesaj tarihi: 22 Temmuz 2012 Paylaş Mesaj tarihi: 22 Temmuz 2012 SONBEŞİK RÜFƏT Bir imkanlı dostum var idi(Dost deyəndə ki,sinif yoldaşım).Bir neçə ay bundan qabaq böyük yerdə işləyirdi. Elə ona görə də hamı ona BÖYÜK adam kimi baxırdı (canı-cəsədi bir şey deyildi, yeryapalağının biriydi,neyliyəsən böyük idi də). Günlərin bir günü bu böyük dostum məni evinə qonaq çağırdı.Mən də şair adamam çənə vurmağa adam axtarıram.Bu kişi telefonu söndürər-söndürməz tez durdum pal-paltarımı(paltar deyəndə ki,şalvar-köynək bir də 4-5 ildi geyindiyim,yuyulmaqdan rəng-ırıfı solmuş pencəkimi) geyindim,ya Allah dəbərdim düz dostumgilə. Doğrusu özüm də onunçün darıxmışdım,məktəbi qurtarandan sonra heç görməmişdim onu(indi də nömrəmi hardan tapıb,kimdən öyrənib axır sağ olsun yada salı.Nə isə gəldim çatdım dediyi ünvana(bir neçə hündür mərtəbəli göydələndir,qarşısı da dolu xarici maşınlar,super marketlər,gözəllik salonları və s.) Elə həyətdə durub yuxarı boylana-boylana dostumun nömrəsinə “vzv” atmaq istədim(məndə də kontur bayramdan-bayrama bonus gələndə olur).Qadasın aldığımın elə bil barmağı “YES” düyməsinin üstündə imiş.Tez düyməni basıb “alo” dedi mən də eybimdən söndürmədim. -Dedim- ə... bu ünvandımı? Nə isə... demə düz gəlmişəmmiş.Girdim binaya(mən binaya girəndə gördüm binanın girişindəki beş-altı cavan oğlan mənə yaman diqqətlə baxır.Yox,yo...x elə deyil,düz fikirləşmirsiniz.İndi belə şey nə gəzir. SMS əsridir,kimin nəyinə lazım kim-kimlə gəzdi.Harda oldu istəyirsən yaz SMS-dən,qız tap nemesdən. Dəxli nədir təki “bişir”əndən ol,kimin nə işinə qalıb.Bu şux geyimli cavanlar mənə ona görə belə baxırdılar ki,cındırımdan cin ürkürdü,üst-başım köhnə idi. İndi də nə eybin olur olsun pul,imkan varsa o eyblərə eyb kimi baxmaq özü eybdir. Nə isə..) Harda qalmışdıq? Hə... mindim liftə(adam düz danışsın gərək mən kəndçi adamam o liftin düymələrindən zaddan başım çıxmır. Hələ gördüm bir qız minir mən də özümü soxdum içəri.Soruşdum,xanım ,neçəyə çıxırsız? Gördüm qız mənə çəp-çəp baxdı ki: “ağzının danışığını bil,deyərlər neçənci mərtəbəyə çıxırsınız?”- deyib əsəbi halda “13” düyməsini basdı. Yaxşı ki,şair olmağımı bilmədi,bilsəydi deyərdi kül başuva,şair) Dostum da “14”-də qalırdı.Lift mərtəbəyə çatıb dayandı,qapılar açıldı qız düşdü mən də düşüb 1 mərtəbə yuxarı qalxdım. Qalxa-qalxa yenə dostumun nömrəsin yığdım “YES”-i basmışdım ki,gördüm nəsə bir qız telefondan “Balansınızda kifayət qədər kontur yoxdur”-deyir(Əvvəl elə bildim deyir bala,sizdə kifayət qədər səbr var,gördüm yox belə demir). Müxtəsər dostum demə qapının ağzında məni gözləyirmiş. Bunu gördüm tanımadım.Əşi,adam da bu qədər kökələr? Hələ qarnı bir yana maşallah bir boynu var ki,Ərəbistan kəlinə oxşayır. Girdik evə ,ev də maşallah ev deyil e… saraydı(sağlığına qismət).Oturduq yemək içmək,söhbət,ordan-burdan, hə.. bunun toyundan nə bilim kim oxudu,kim gəlmişdi və s. danışdı(toyunda mənə deməmişdi). Birdən ara sakitləşdi. Soruşdum: -Ay İbiş(əsl adı İbrahim idi),mən hardan yadına düşdüm? -Dedi: Bəs eşitmişəm şairsən dedim bir gəl bizə.Mən hələ özümə həyatım haqda bir şeir qoşdurmağa şair axtarırdım(burda məsələni başa düşdüm ki,bunun mənə işi düşüb ona görə məni axtarı. Bəs bizim mehriban ailəmiz haqda bir şeir yaz. Sonra uşaqlarını çağırdı Təmiş,Cəbiş,Mətiş gəlin əmiylə tanış olun. Bir balaca uşaq da anasının qucağında idi. Dedi bəs bu da mənim sonbeşiyimdir,adı da Rüfətdir. Dedim ay başına dönüm mən zurna-balaban,sintezator ifaçısı deyiləm ki,mənə hava sifariş verəsən mən də ifa edəm.Mən şairəm özü də sifarişlə şeir yaza bilmirəm. Xülasə sağollaşdıq,bu məni qapıdan ötürdü.(Hiss elədim ki,sərin-soyuq,necə deyərlər xoş gəldin!) Düzəldim yola ta dayanacağa qədər fikirləşdim ki,niyə görə uşaqların üçünün adı həmqafiyə(Təmiş,Cəbiş,Mətiş) biri isə sərbəst,özü də Rüfət.Bu məni daha çox maraqlandırdı. Hey düşünə-düşünə gəlib çatdım evə bir az dincəldim,bir stəkan çay içdim gördüm yoxe... fikir məni rahat buraxmır.Axı niyə Rüfət? Özü də sonbeşik,ailədə çox istənməli uşaq.(Çünki,məktəbdə oxuyanda bizimlə oxuyan Rüfət adlı oğlandan İbişin zəhləsi gedərdi. O Rüfət pis oğlan deyildi,amma,İbiş deyərdi adı zəhlətökəndir,xoşum gəlmir. Bax buna görə mənimçün daha maraqlı idi bu məsələ. Bir neçə gün fikirləşəndən sonra hər şey mənə aydın oldu,necə deyərlər quşu gözündən vura bildim.(Başqa dostumdan öyrəndim). Demə bu evi yıxılmış vəzifəyə keçəndən sonra rüşvəti o qədər sevirmiş ki, oğlunun adın rüşvət qoymağa utanıb,ona səslənməsində çox oxşayan Rüfət adın qoyub.İndi işdən çıxıb rüşvət ala bilmir,onun adın sonbeşiyinə baxanda xatırlayır. Hə,millət,deməli rüşvət bizi atsa da,biz onu unutmarıq,çünki onu çox “sevirik”. Necə deyərlər: “Rüşvət,rüşvət a rüşvət Sənsən hörmət,a rüşvət Səni yaman çox “sevir” Yazıq millət,a rüşvət.” Ax...! Vəfasız rüşvət. FENOMEN İT Biri var idi,beşi yox idi.Mini ac idi,beşi tox idi. Bir Dərəbəylər şəhəri var idi. Bu şəhər o şəhərlərdən idi ki,bu şəhərdə soxasox idi. Kimi öz əndamın gözə soxurdu,kimi kasıb olsa da kreditə bahalı maşın götürüb qonşusunun gözünə,kimi də uca villa tikdirib villasın göyün gözünə soxurdu. Lakin hər kəs özün gözə soxmurdu.Yəni,bu şəhərdə yaltaqlar da var idi. Xülasə,bu şəhərdə hər kəsdən çox, “Heç kəs”in diqqətin cəlb eyləyən bir nəfər var idi.Bu bir nəfər,o bir nəfər idi ki,hamı onu tanıyırdı və özləri də onun kimi olmaq istəyirdi. Amma bu diqqətcil “Heç kəs” onun görünməyən tərəfin görürdü.Yəni qabağdan baxanda arxasını,arxadan baxanda isə elə arxasını. Onu da deyim ki,bizim bu “Heç kəs” həmin adamın arxadan elə arxasını görsə də,Elə arxasını görməmişdi. Çünki,bu adam çox görməmişdi.Bu adamın adı isə Məmişdi. Bu Məmiş deyilən qəmiş ki,var bir neçə il bundan qabaq kasıb,fağır,üstü-başı cır-cındır içində olan bir bəni-adəm idi.Heç kimə bir söz deməzdi,heç kəslə sözü çəpləşməzdi.Qonşunun toyuğuna bir daş belə atmazdı.Çünki,qorxurdu ki,daş gedib qonşunun uşağının təpəsinə dəyər və qonşu da ondan polisə şikayət edər.Polis də onu get-gələ salar və o da beləcə ac qalar. Bu bəni-adəm ömrün beləcə yaşayırdı.Amma,həyat insanları qəfil kədərləndirdiyi kimi,qəfil sevindirməyi də bacarır.Yəni ki,Məmişin ağlına gəlməyən başına gəldi.Başına gələn isə bu dünyada başına bəla olmadı.Həyatında çevriliş edən bu işlər isə bir günə yox üç ilə baş tutdu.Həmin illərdə necə oldu,nə təhər oldu bunu mən sizə danışıb vaxtınızı almaq istəmirəm.Qısaca olaraq onu deyirəm ki,iş çərxi-fələklik oldu.Həm də bu olanları o birisi dünyada,haqq-hesab günündə Məmiş özü eksklüziv olaraq açıqlayacaq. Bundan siz şoka düşəcəksiniz ya düşməyəcəksiniz bunu day bilmirəm.Mənim sizə deyəcəklərim isə başqa şeylərdir. Bu Məmiş Şəhər İcra hakimiyyətində yaxşı bir vəzifədə işləyirdi. Hər səhər işə gələndə şəhərin meri ilə şəxsən özü salamlaşırdı.Bir Allah bilir ki,onun nəyi yox idi.Yəni,biz biləni hər şeyi var idi. Marka-marka maşınları,dəbdəbəli evləri,banklarda pulları, bir kənddə at ilxıları,qoyun sürüləri nə bilim nələr,nələr... Evində şəxsən öz yataq otağı filanı olan bir iti var idi ki,at boyda.Bu at boyda it erkək idi. Bu itin hətta kisəçisi də var idi ki,onu yuyunduranda həm kisələyir,həm də masaj edirdi. Adam bu itə baxanda düşünürdü ki,kaş mənim də həyatım it günündə olaydı.Məmiş evində bir neçə qulluqçu da saxlayırdı ki, onların da hər birinin öz vəzifəsi var idi.Biri ev süpürmək,biri yemək bişirmək,biri qab yumaq və s. hərə bir işə baxırdı. Lakin bu işə baxanlar arasında birinin işi daha nəzər cəlb edici idi. Nəzər demişkən bu quluqçu işinə görə buna nəzər dəyməsin deyənə üstünə gözmuncuğu da asmışdı (gözmuncuğunun intiharına səbəb olmuşdu). Özü də işi bir olsa da çox məsuliyyətli iş idi. Və quluqçu işinə məsuliyyətlə də yanaşırdı.Neyləsin çörəyi bundan çıxırdı,yaşamaqçün nəsə etmək lazımdır axı... Qulluqçunun işi isə Məmişin şeyinə qulluq etmək idi,itinə. Qulluqçu hər axşamüstü iti gəzməyə aparardı. Hətta şəhərdə bir-iki gəlin bu itə həsəd aparırdı ki, “kaş bizim ərimiz də bu it kimi simpatiçni,bazburutdu olaydı”.Bu itin qəribə bir xüsusiyyəti var idi.Qəribəliyi bu idi ki,azimut əqrəbi kimi ağzın hərdən bir tərəfə tutub hürərdi və qulluqçu da onu o istiqamətdə aparıb gəzdirərdi. Bu fərqliliyinə görə Məmiş dostlarının yanında lovğa-lovğa deyərdi ki,mənim itim fenomen itdir.Günlərin bir günü bu it ağzın Şimala tutub hürdü.Qulluqçu onu istədiyi istiqamətə apardı.Çox getmədi,az getdi gəlib Nazirliyin binasına çatdı. Yenə də iş çərxi-fələklik oldu... Bir neçə gün keçmişdir ki,Məmişi Nazirliyə işə düzəltdilər.Bunu qeyd etmək üçün Məmiş böyük bir “qonaq”lıq da verdi.Məclisin başında isə elə “istedad”lı itini əyləşdirdi. Amma,itin keyfi yox idi.Yəqin darıxdığından idi.Çünki,ona qulluq edən xanım bir neçə gün idi ki, işindən istefa vermişdi. Qonaqlıqda Məmişə bir çox hədiyyələr verildi ki,bunlardan da ən qiymətlisi və Məmişin “ürəy”incə olanı qaz lələyindən olan süpürgə idi.Xəkandazı isə Məmiş ayın sonunda alacağı maaşla almağı qərara aldı. Qeyd: Hekayələrin müəllifi gənc şair Yusif Nazim. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 nasirmamedov, çox sağ ol. Ümidimi itirdiyim vaxt məni ümidləndirdin... Çox sağ ol Birinci hekayəni oxudum, çox xoşuma gəldi Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 koemk, kim istəsə yaza bilər. məcbur eləmirəm Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 koemk, öldümee gülməkdən. amma bu hekayə deyil axı axrıncı xoşuma gəldi Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Koemk, kaş bu fikir həqiqət olardı... Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Nömrəsini siləcək qədər hirslənər, yaddaşında saxlayacaq qədər sevərsən bəzən ♥ Mən sənə inansaydım, sənin üçün savaşardım. Savaşsaydım, mütləq qalib gələrdim. Artıq imtina etdiklərim qədər azadsan! "Üzr istəsəydi dönərdim" demisən.. Diz çöküm Bir daha çıxma qarşıma olar mı? :/ Nə cənnət maraqlıdı mənə, nə də cəhənnəm.. Çünki mən anamı gülərkən də gördüm, ağlayarkən də.. Birinin həyatına eləcə girib...onlar üçün qiymətli bir hala gəlib, sonra da çıxıb gedə bilməzsən../ Həyatımda əvvəlcə sevməyi öyrəndim, çünki sevdikcə özümü hiss etdiyimi öyrəndim.. -Mən yanında olmayanda bəs sən nə ilə məşğul olursan? + Heç,gözləyirəm sən nə vaxt gələcəksən :/ Asan deyildir.Uğrunda hər şeyinizi verdiyiniz insana özgəsi kimi baxmaq... �?’Mən səni sevirəm’’ Həyatda hər şeydən çox satılan sözlər...( Tək diləyim nə bilirsənmi? Gözlərimi bağlamış sənli xəyallar qurarkən, gözlərimi açdığımda yanımda olmağın..( Diqqət yetir "amma"larla məni itirdin, 'kaş ki"lərlə özünü məhv edəcəksən.. -Bəlkə mən də hamı kimi olum? -Necə hamı kimi? -Səni sevməyə icazə verdiyin bütün qızlar kimi Həqiqət budur ki səni nə vaxtsa onsuz da əzab çəkməyə məcbur edəcəklər Amma sənə seçim haqqı verilib: sənin əzablarına layiq olanı tapmaq Səni tanıya bilmirəm deyəndə nə qədər haqlıydın. Çünki mən səni tanıdıqdan sonra özümə heç rast gəlmədim (( Bəli Sevgi var! Kiçik ikən bir nağılda eşitmişdim. Biri var idi biri yox Bir kişinin yumruğundan daha sərtdir bir qadının son sözü. Çünki biri dişlərini tökər, digəri xəyalları.. "Bir müddətlik ayrılaq" cümləsinin mənası - "Səndən yaxşısını tapsam lap yaxşı. Tapmasam təzədən səninlə davam edərik." Mənə nifrət edənlərə nifrət etməyə vaxtım yoxdur. Çünki mən, mənə dəyər verənləri sevməklə məşğulam.. Bir münasibətdə etibarsızlıq varsa, oradakı sevgi yalandır. Çünki güvənmək, sevməkdən daha böyük bir iltifatdır.. O qədər çox xəyal etdim ki səni, bir xəyaldan ibarətsən daha.. Heç unutmadım üzünü, inan çox tanışdır. Könlümə xoş gəldin sevdiyim, bağışla ortalıq bir az dağınıqdır.. Heyif ki mən sənin arzuladığın biri olmadım, amma söz verirəm, heç vaxt unutmadığın biri olacağam Ürəyin sanki Çin malıdır; hələ sevmədən əllərimdə qaldı Ölkənin, fərqli şəhərləriydik. Mən sürgün yeri, sən paytaxt. İlk üsyanhəmişə səndə başlardı. Cəzasını çəkmək həmişə mənə qalardı Əlində nə varsa həyata dair, sonrası heç bir şey ya da və sair, şairin dediyi kimi: Xoşbəxtliyi səndə tapan sənindir, sonrası qonaq... Getdiyim əgər mənsəm, Söylə mənə kimdən getdim? Səndə yox idim onsuz da mən, Mən yenə məndə bitdim.. Siqareti atım deyirəm, tamamilə sənə başlasam. Sən daha tez bitirərsən işimi, belə çox yavaş ölürəm İstədiyin qədər həyatımın sahilində, küncündə ola bilərsən. Təəssüf edirəm, amma bir daha əsla "mərkəzində" olmayacaqsan.. Dünyaya bir daha gəlsən, necə bir həyat istəyərdin sualına kim nə deyərdi bilmirəm, amma mən eyni ananın övladı olmaq istəyərdim.. -Ölümdən niyə qorxursan? -Qorxuram? Qorxmuram! Sadəcə qorxum odur ki, səni o biri dünyada da qarşılıqsız sevim Sevgini səndən öyrəndim dedi və çıxdi getdi. Başqasında yoxlayacaqmış... Qəhrəmanı sən olsansa da, Hekayə mənəm :/ Sevmək mi çətindi yoxsa Sevilmək mi? yada Sevir mi? deyə düşünmək mi... İstədiyin qədər uzağa get, həmişə eyni səmanı paylaşacağıq.. İstər sev istər nifrət et,hər ikisi xeyirimədi.Sevsən ürəyində,nifrət etsən ağlında olacam həmişə.. Hər dəfə danışmaq istəyəndə, ona baxıb susmaqdır sevgi.. Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyünü xatırlamaqdır. Və ən böyük itkinin ona xərclədiyin zaman olduğunu görməkdir. İnsanın unuda bilmədiyi, ağlına gələndə ürəyini ağrıdandır. :/ Yaxşı Mənim oLmαsın, αmα onα kimsə Toxunmαsın! Səsləndilər: -"Oyan Artıq Sevmir Səni" deyə... -"Nə Olar 5 Dəqiqə Daha" dedim ♥ Səni sevdiyimi anlayacaqsan, sevmədiyim zaman. ( Birini sevmək istəyirəm; heç kimi sevmədiyim kimi, Biri sevsin istəyirəm məni, heç sevilmədiyim kimi ♥ Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur :/ Xarici dil öyrənirəm. Sənə olan sevgimi dilə gətirmək üçün Azərbaycan dilində ki, bütün kəlimələr kifayət etmir ♥ -Onsuz mümkün deyil? +Onsuz mənasızdır :/ -Bəs o geri qayıdarsa sən onu qəbul edərsən? -Hə.( -Niyə? Sənə bir dərs bəs etmədi? -Mən onsuz da məktəbdə də hər şeyi birinci dərsdən başa düşmürdüm.:/ Biraz İnsan Ol Sevgilim..! Nə olub, Hər zaman Mələk kimi Çıxırsan Qarşıma :/ Əbədi olaraq belə olmuşdur ki, eşqin dərinliyi ayrılıqdan sonra dərk edilir. Bütün sevgililər dava etdikdən sonra acıq eləyib telefonu söndürür 15 dəqiqə sonra təzdən yandırıb �?’mesaj gəlib görəsən?’ deyə maraqla baxır... Göydə Axtarıb Yerdə Tapdığım Heç Olmadı...Ama Yerdə Tapıb Göylərə çıxartdığım çox oldu !Bir müddətlik ayrılaq... Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Hacker-8km, bu yazdıqların ürəyimi dağladı... Yazdığına görə çox sağ ol. Düzdü bu hekayə deyil amma baxıram ki, bu gözəl sözləri kənara atmaq düzgün olmaz... Bu sözləri də kitabda yeni bir bölməyə daxil edəcəm. Bir daha təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Maksim_252-buyur xosdur Alıntı Link to comment Share on other sites More sharing options...
DieseL Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Yaxın bir dostumun həyat hekayəsidi. Bir ANAmın Gerçək Nağılı I Hissə Mən rayonumuzun çox hörmətli ailələrindən birinin nümayəndəsiyəm. Ali məktəbi qazandım. Universitetde ohxuduqum müddətdə bir türk iş adamı məni görüb, bəyənir. Biz Necmi ile tanış olduq, münasibət qurmaqa basladıq. Onda menim 19, Necminin isə 23 yaşı var idi. O, cox varli bir ailənin tək oğlu idi və Bakıya İş qurmaqa gəlmişdi. Mən isə qara, ama bir o qədərdə gözəl, suyuşirin Kənd qızı Zemfira idim. Onda qardasım gildə qalirdim, o evli idi. Mənidəki MOSKVA Univermaqinda ise duzeltmişdi ve mende hem oxuyub, hemdeki isleyirdim. Necmi ile birlikdə çooox gözəl günlərimiz keçdi. Mən çoh xöşbəxt idim. Sanki bütün dünya mənim idi. Nəhayətki öz paramı tapdığımı dьüşünürdüm. O, həmişə məni dərsdən sonra götürür və evə qədər ötürürdü. Sözün düzü bu münasibətin davam edəcəyinə o qədərdə inamiım yoh idi, İnanmirdim ki meni ailem Necmiye versin. Çünki ohxumaqa evden icazeni bir teher almisdim. Onudaki sagolsun menim müəllimlərim. Onlar atamdan icazə almasaydılar mən indi oxumaqa gəlməzdim. Müəyyən müddətdən sonra bizim gələcək ilə baglı ortaq ciddi fikirlerimiz yarandı. Gələcək planlarımızı qurmaqa basladıq - Biz evlənirik, çoxlu usaqlarımız olur. Mən ən çox qizimizin olmasını isdeyirdim. sonra onlari baş-başa verib bцyutmeyimizi. onlari evlendirmeyimizi. yaşlı nene ve baba olmaqımızı xeyal edirdik. İller keçdi, men universiteti bitirdim və Evə, kəndə qayitmaq məcburiyyetində qaldım. Necminində işi burda alınmadigindan o, geriye, İstanbula qayıtmaqa məcbur idi. O vaxtki rejim burda turk iş adamının iş qurmasına o qədərdə geniş imkanlar yaratmırdı. Biz bir-birimizi çoh sevirdik, ayrilmaqda isdəmirdik. Necmi, onunla evlenmeyimizi ve onla Turkiyeye getmeyimizi teklif etdi. Mense ona ailemin razılığı olmadan bu qerari tek başıma vere bilmeyeceyimi dedim. Qardaşım bunu biləndə çox əsəbləşdi, məni döydü, evə dustaq elədi. Necmiyle elaqe saxlaya bilmedim. Mənə necədə ağır idi. Axı men onu sevirdim. Günlərlə Bağlı otaqda saxlanıldım. 8-ci gün idi, dünən olmuş kimi hələ də yadımdadı. Qapının arasından 1 zerfin otaqa atildiqini gördüm. İlk baxışdan heç nə anlamadım, ama zerfi götürüb tez içindəki məktubu oxudum. Məktub türk dilində yazılmısdı, Necmidən gəlmisdi. Çox sevindim. Bilmirəm niyə, ama məktubun əvvəlini yox sonunu oxudum. Hələdə bu günə kimi niyə belə etdiyimi başa düşə bilmirəm. Məktubunun sonunda yazılmışdı: Eyer beni hakikaten seviyosansa Akşam saat 8de ol Avtovagzalin karşısında. seni bekliycem. Saniyomki gelcen. Seni seven biri... Nece sevinmisdim. Ucurdum sevincimden. Sanirdimki Necmi meni atib gedib. Sen deme bu bele deyilmis. Esas mesele menim bu evden nece çıxhacaqım idi. Qardaşım arvadından kömək isdədim, yalvardım ki mene kömək etsin. Ona oxuya-oxuya isleyib yigdiqim bütün pulları vereceyimi dedim. Ustundən müəyyən müddət keçəndən sonra qapı açıldı. Qapını açan qardaşım arvadı idi. Mən ona pulların yerini göstərdim və oda əvəzində məni buraxdi. Mən evdən qaçdim, acindanda lap başım gicəllənirdi və İlk aqlima gələn gedeceyim yer refiqem Nigar oldu. Onlara çatanda saat 11:10 idi. Çox saqolsun, məni qapıdan geri qaytarmadı. Məni doyuzdurdu bir az yatdim, yatanda Nigara dedimki meni saat 6da oyatsin. Oyananda tez saata bahdim - saat 8-e 25 deqiqe islemisdi. Nigar məni oyatmamisdi. Onun otaqina keçib ona niye məni oyatmadıqını sorusmaq isdeyende qapidan esitdim ki Qardasimla danisi. Ona deyir: - Məndə bayaqdan sizə zəng edirəm, ama is yerinizdən deyirlerki burda yohdu. Zemfira bizdədi, indi yatib Men sakitce hec bir ses salmadan ordan qaçdim. Yaxsiki Nigara harda ve saat necede goruseceyimizi dememisdim. Agliyirdim... Çünki artik saat 8:30 idi, gecikmisdim... Nə edəcəyimi bilmirdim. Geri qayitmaq imkanimda yox idi. Bir eyin basina küçədə qalmısdım. Ama içimdən bir səs mənə görüş yerinə getməyimi deyirdi. Hələdə yadımdadı!!! İndiki 20 yanvar metrosununun pillelerini yorgun halda çıxırdım. çox yorulmusdum. Birdən bir səs esitdim - Zeeem...!!! Sağa teref döndüm. Necmi idi məni çağıran. inanilmaz sevincliyidm. Evveller baxibda hemise güldüyüm HİND kinolari kimiydi sanki her şey... O həqiqətəndə Necmi idi. Mənə tərəf gəldi və səni sevdiyimi və gəlməyəcəyini düşündüyünü söylədi... -Mənsə ona gülümsəyərək - Mənsiz hara gedirsən? - deyə soruşdum... -Məktubda yazdıqlarımla razısan? - deyə, sual verdi... Məktubda yazilanlari isə oxumamisdim.Nədən söbət getdiyini bilmirdim... Ama Necmiye - senle ölüm olsa belə razıyam - deyə cavab verdim. Və artıq bu gündən acılı - şirinli supriz dolu yeni həyat, yeni səyfə axıldı üzümüzə... Həmin gün sanki bir sonluğun başlanğıcı yazılırdı. Qovusduğumuz gün əlbətdəki məni çox mutlu edirdi və sanki savaş açdığım bu dünyaya qalib gəldiyimi sanırdım, çünki sevgim və sevdiyimlə birlikdə idim. Gələcəkdə isə bu sonluğun nələr gətirəcəyini bilmirdim, bilməkdə isdəmirdim. Onsuzda gec idi, qərarımı Necmini seçəndə vermişdim. Qolumdakı saata bahanda artiq ahşam saat 09:10 idi, onu deyimki həmin saatı hələdə həmin gündən, sevgini seçdiyim gündən xatirə saxlayıram. Hədiyyə kimi Necmi vermişdi doğum günümdə onu mənə. O günlərdən, Necmimdən mənə qalan bir saat və sənsən xatirə kimi Sözün düzü hara gedəcəyimizi bilmirdim, havada qaralmışdı. Yəqinki Nigar gildən qaçdığımıda qardaşım bilirdi, böyük ehtimal məni axdarir. Ona görədə Necmidən gedeceyimiz yeri soruşdum. Hava da soyuq idi, üşüyürdüm, acmışdımda. Səsim əsə - əsə Necmidən soruşdum: Biz hara gedəcəyik! Mən qorxuram, Necmi, qardasım bizi tapar! Necmi soyuqqanlıqla üzümə baxaraq gülümsəyərək dedi: Aşkım! Sen hiз endişe duyma, Ben seninleyim, hep olcamda. Bizki yeminliyiz! Şimdilik sana bir şeyler alayım yemeye, belkide acsın sen şimdi. Yakınlıkda bir kafe var, bakayımda bir şey ala biliyom mu sana. Ama akşama benim bir arkadaş var, evli. Karısı dediki bize gelsın. Siz gedinceye kadar bizde kalsın, korkmasın. Bende onun bir ablası sayılırım artık. Senin pasaportun nerde? Elbet senin dış pasaportunda yok, ayarlamamız lazım. Birdən yadıma düşdüki pasportum Nigar gildə, baş qoyduğum yastığın altında qalıb. Öz – özümə fikirləşdimki görəsən Nigar onu görüb? Birdən qardaşıma verər. Dodaqımı dişləyəndə Necmi nəsə bir problemin olduğunu başa düşdü. Artıq acımasız olan yeni həyatımda ilk çətinliklə qarşılaşdım.Ağlamaq tutdu məni. əgər pasport olmasa hec yerə gedə bilməyəcəm. Ona hər şeyi dedim. O isə kiçik şeylərə görə özümь üzməməyimi və həll edəcəyini dedi. Rahatladım... Axşama getdik Necminin bəhs etdiyi dostu gilə. Hər gün Necmi gəlib mənə baş çəkirdi. 6 ay orda qaldım. Ayda, necədə gözəl insanlar, ailə idilər. İlkin və Aysel 2 ay idiki ailə həyatı qurmuşdular. Bu müddətdə Aysel ilə elə yaxın olduq ki, sanki illərdir bir – birimizi tanıyırıq. Necə deyərlər məni əlinin içində saxlayırdılar. Başa düşürdümki niyə Necmi məni onlara etibar etmişdir. Aysel ile mehribanligimiz o dərəcəyə çatmışdıkı söz vermişdiki qız olsa adını mənim adımı qoyacaq. Inanırdı ki qızı olacaq, çünki bunu çoh isdəyirdi. Yadımdadı, Fevral ayının 18 – i idi. İlk dəfə idiki doğum günümь doğma ailəmdən kənarda keçirirdim. Ama bu ailə mənə onlardan da əziz olmuşdu. Ən əsasi isə Necmi yanımda idi. Həmin günь Aysel gildə qeyd etdik. Necmi mənə gözəl bir bağlamada hədiyyə verdi. Nə olduğunu soruşanda dedi ki aç, özün gör. Açanda 2 sənəd var idi. Biri xarici pasport digəriysə Nigar gildə unutduğum və indiyə qəqdər özümü bağışlaya bilmədiyim pasport idi. Azad idim artıq. Paspotu isə necə Nigardan aldığını soruşandaysa dediki: Seni Aysellere burakdığım günün yarını direk Nigara gitdim. Ve ondan aldım. Gerisini düşünme sen. Mutlu ol yeter! Senin ilə dünyanin o biri başına belə gedə bilərəm artıq Deyə qışqırdım və Necmini möhkəm qucaqladım və gцzlərim doldu. Hər şey super gedirdi və bundan belə də bu cür olacağına inanırdım. Mənə necədə çətindir bundan sorasını danışmaq. Aysel erkən doğum yapdı. Gözəl bir qızı oldu. Sanki nur parçası idi. Ama təəssüfki Ayseli xilas etmək olmur. Necədə ağrılıdı həmin günləri yada salmaq. Heqiqətəndə hər şey bir vahtlar baxıbda inaanmadığım və güldüyüm Hind kinolarındaki kimi cərayan edirdi. Təəssufki belə oldu. Aysel öz qızını görə bilmədi, axi o bunu çoh isdəyirdi. Haqsizliqdi bu!!! İlkin bu dərdə dözə bilmirdi. Çoxlu içirdi. Necmi ilə onlarda qalırdıq. Məndə uşağa baxırdım. Körpəyə ad qoymamışdıq, sözün düzü qoya bilmirdik. Axi bu Ayselin arzusu idi. Ilkin uşağ doğulandan bir dəfə də olsun ona baxmamışdı. Daha doğrusu baxa bilmirdi. Həmişə körpəyə hirslənirdi, ona Ayselin ölümünün səbəbkarı kimi adlandırırdı. Hər dəfə Necmi İlkinə hirslənirdi, onun bu hərəkətini pisləyirdi. Hər mübahisənin sonuysa İlkinin Necmini ağlayaraq qucaqlamasıyla bitirdi. Bir gün gecə İlkinin yatanda qızın otağına keçəndə gördüm. Sakitcə qapıya yahınlaşdım. İlkinin körpəsini qucaqlayaraq necə ağladığını və ona nələrisə dediyini eşitdim: Axi niyə sən doğuldun? Mənə Aysel lazımdı... Onu geri qaytar... Onsuz alınmır... Ama sən necədə ona bənzəyirsən QIZIM... Və mən ata ilə balanı tək qoyub getdim öz otağıma. Həmin gecə allaha yalvarirdim ki bundan sonra İlkinin həyatında hər şey düzəlsin və qızıyla xoşbəxt olsunlar. Səhərisi gün durub yemək hazırlayanda İlkinin həmişəki kimi qabaqcadan hər şeyi hazırladığını gördüm. Körpədə qucağında idi, oynadırdı onu. Sevincimdən gözlərim doldu, nəhayətki dualarım qəbul oldu deyə şükür etdim. İlkin işə Necmidən qabaq getdi. Səbəbsə vacib bir işinin olması idi. Yola salanda qızı möhkəm qucaqladı və hər bir söz yadımdadı, 3 cümlə dedi: Qızıma yaxşı bax. Mən gedirəm, sənə əmanətdi haaa!!! Gediş o gediş oldu. İlkin bir daha geri dönmədi. Biz onu çox gözlədik. Ama onu bir daha görmədik.Artıq yaxinlarımızdan sadəcə balaca körpəcik qalmışdı. Müəyyən müddətdən sora Necmi mənə evlənmə təklifi etdi və körpənidə övladlığa götürməy istəyində olduğunu dedi. Baş verən üzücü günlərdən sonray ilk dəfə idi ki nəhayət yaxşı bir nəsə eşitdim. Düşünmədən hər iki təklifə hə dedim. Sevgiyə sədaqətli, körpənisə öz doğma övladlarımdan ayırmayacağıma, öz övladım kimi böyüdəcəyimə və heç vaxt onun bu həqiqətləri bilməyəcəyinə and içdim. Biz evləndik. Körpəni övladlığa götürdük. Qızımın adı qoyulmamışdı. Ağlıma gələn ilk adsa əlbətdəki Aysel adı oldu. Mənə dar günümdə kömək olan, öz köməyini əsirgəməyən Ayselin xatirəsini əbədiləsdirmək üçün onun övladına, övladımıza, övladıma onun adını qoydum. Artıq Türkiyəyə getmək vaxdi gəlib çatmışdı. Necminin atası bütün işləri Necmiyə devr etdiyindən getməyə məcbur idik. Əlbətdəki mənə burdan getmək, bütün anıları burda qoyubda getmək çətin idi. Ama orda məni daha yaxşı günlərin gözlədiyini hiss edərək və buna inanaraq hazırlaşırdım. Uçuş günüdə təyin olunmuşdu. İstanbula birbaşa uçuş olmadığından biz birinci Moskvaya, ordanda İstanbula gedəcəkdik və Dekabrın 29 – u İsatnbulda olacağımızı planlaşdırırdıq. Yeni ili Türkiyədə qarşılayacaqdıq. Getmək üçün hər şey hazır idi. Vaxt idi. Orda məni nələrin gözləyəcəyini belə bilmirdim. Ama hər şeyi danışacam. Bəlkə də aylarım, günlərim yadaki saatlarım qalıb. İsdəyirəm ki hər şeyi, övladlarını hər şeydən зoh sevən anan üçün əziz olan xatirələri biləsən. Bəlkə də məni qinayacaqsan. Ama nə etmisəmsə sevdiyimdən etmisəm. Atanı, bacını, qardaşını və səni sevdiyim üçün etmişəm........ II Hissə Sevgi böyük qüvvədir! Hər şeyə qadirdir! Qızımızla birlikdə İstanbula gəlib çatdıq. Artiq həyatımda yeni bir şəhər, yeni bir səyfə açılmışdı. İlk dəfə idi ki bu cür gözəllik görürüdüm. Ama yenə də narahat idim. Bu gözəlliyin arkasında hansı qorxunclukların, iyrəncliklərin, oyunbazlıqların, sahtekarlıqların olduqunu bilmirdim. Əgər bu cür olsa da belə mən bunlara, olacaqlara hazır idim mi? Yol boyu Necmi hər dəfə məktub söbətini yadıma salırdı... - sən bütün bunlara hazırsan? - deyə soruşurdu. Mənsə: - orda yazılanların nə olursa olsun hec umrumda deyil. İçimdəkini bilirsən, səni seçdim, SEVGİMİZİ!!! Ancaq içimdə məni narahat edən suallar var idi. Mən məktubu ohumamışdım. Necminində daima nələri nəzərdə tutduqunu anlamirdim. Bəlkə də anlamaq isdəmirdim. Elə bilərsənki nədənsə peşman idim.Yox, qətiyyən!!! Əlbətdəki heç nədən qorhmurdum. Çünkü Necmi yanımda idi, O məni daima qoruyacaqdi. Mən ona inanirdim! Digərbir tərəfdən isə İlkinə verdiyim söz, axı Aysel mənə əmanət idi...Onu qoruyacagima soz vermişdim, qızımızın məndən və Necmidən başqa heç kəsi yoh idi artıq bu dünyada. Bayaq dediyim kimi, artiq çatmışdıq. Mən sanırdım ki bizi qarşılayan olmayacaq. Necmi sanki nədənsə narahat kimi hey sağa - sola bahirdi. Mənsə dillənmirdim. Sanki Necminin bu narahatciliqindan agah kimi Ayselde durmadan hey agliyrdi. Dəhlizlə getdiyimiz zaman birden Sağ tərəfdən - Necmi, Oğlum biz burdayiz...! Yaşli bir qadın səsi eşitdim. - Necmi. deyəsən səni çağırırlar - mən dedim. O tərəfə dönəndə gördümkü gözəl geyinmiş, başı bağlı nurani bir üzlu qadın bizə tərəf doğru gəldi. - Necmi, oğlum! Nasılsın? uzun zaman oldu görmeyeli be kuzum seni. Neden hiç yazmadın? Merak etdik ya seni hepimiz, baban, ben, ablan, abilerin, her kes. Bu kiz kim?! Mənə tərəf göstərərək soruşdu. Anladımki deyesen hemin qadin, Necminin anası məni heç bəyənmədi. Necmiysə Karim və çoçuğum deyerek anasının sualini cavabladı. Sözün düzü Necminin bu tonda danismasını ilk dəfə idiki görürdüm. Anası dərhal mənlə maraqlanmadan sıradakı suali o olduki - Kız mi, erkek mi? sözün düzü təəccübləndim bu suala və içimdə gülümsündüm. Ve mende de bir anlıq daxilən bir sual yarandı - Görəsən o niyə uşağın cinsiyyətiylə maraqlandı? Necmi kiz deyən kimi elə bil hanimin turklər demiskən Qara Dənizdə Gəmiləri batdı. Hanimin kefi itdi birden. ve biz ordan getdik Necminin ailesinin yaşadığı yerə. Necmi mene yolda furset düşən kimi bir söz dedi - Ayselin Bizim kizimizin olmamasını hiç bir kimse bilmemeli Məndə əlbətdəki razi oldum. Mənim üçün bu lap yahşı. Ayseli doğma qızım kimi böyüdəcəkdim. Necminin ailesi ilə taniş oldum. Sözün düzü ailə çoh maraqlı gəldi mənə. İlk dəfə idiki əsl ailəm ilə birlikdə idim. Sevincli idim. 78 cilin yeni ili idi. Bayramı Necminin ailesi ile birlikde qeyd etdik, ele onsuzda bir yerdə qalırdıq =). çöldədə yaman qar yağırdı. Necminin anasına hemişə Hanimim deyirdim. Hanimim pencereye teref yahinlasdı və bir anlıq mənə üzünü çevirib dedi - Gələn il bu vaxtı oğlan nəvəsi verərsən mənə Bu anda mən gülümsəyərək Necmiyə bahanda gördümki o üzünü məndən çevirdi. Mənsə yeqinki utandi deyə fikirləsərək hec ciddiyə almadım. İllər keçirdi... Necmi böyük bir iş adamına çevrildi. Heyatimizda her şey hecdə mən arzuladığım kimi getmirdi. Əvvəllər sanırdımki hər şey mən isdədiyim kimi olcaq, Necmi ilə xöşbəxt həyat keçirəcəm. Təəssufki bu belə olmurdu. Hər dəfə evdə narazıçılıqlar olurdu. Səbəbdə mənim başga millətdən olmam idi. daima tehqir olunurdum Hanimim tərəfindən. Bu həmişə Necmi evdən işə gedəndən sonra olurdu. o evə gələndən sonraya hər şey dəyişirdi. Hanimim sanki bir mələk olurdu. Mənsə ailəmi sevdiyimdən, onu qorumaq isdəyimdən dolayı Necmimə hec nə demirdim. Bu arada qızımız da böyüyürdü. onu o qəddər çoh sevirdimki. Mənə hər şeyə bahmayaraq dözməyə məcbur edən, həyat sevgisi verən Sənin bacın və Atan idi. onlara olan sevgimi heçnə bitirə bilmirdi. amma yenədə xöşbəhtliyim tam deyildi. mənim nədənsə övladım olmurdu. artıq 3ncü il olurduki mənim uşağım olmurdu. Hanimim ən çoh buna görə məni təhqir edir, alçaldırdı. ona oğlan torun vermədiyim üçün məni qınayir və günahlandırıdı... İllər kecir və nəhayət ailə həyatimin dördüncü ilində bir övlad dünyaya gətirirəm. Nədənsə buna ən çoh sevinən Hanimim olur. Çünki nəhayət ki ona oğlan torun vermişdim. Niyəsə sanırdımki bu deyəsən tam xöşbəhtliyim deyil. Bir anlıq səbəbini bilmirəm, ama Necminin həmişə söz açdığı MƏKTUB yadıma düşdü. deyəsən hər şeyi anlamağa başlayırdım. Hanimima mən yoh, onun oğlunun qanından olan Oğlan övladı lazim idi. Səbəbsə... Hər nəysə... Bundan sora daha agrılı günlərim başladı. Təsəvvür edə bilərsənki ANAnı öz övladından məhrum etmək nə deməkdi...? mənə Orhanimi göstərmirdi Hanimim. Ən çohx vaxtı oğlumla Hanimim keçirirdi. Sanki Anası Hanimim idi. Mənsə sadəcə istifadə olunmuş bir əşya idim. ama nədənsə bundan sonra evdə hörmətim qalxdı. Sanki onlar üçün əhəmiyyətli bir şey etmisdim. Orhani daima evdə nədənsə qoruyurdular, heç yerə qoymurdular, sanki hər kəsdən özəl bir insan kimi böyüdürdülər onu. Ona bahanda orhana edilən münasibətlər sanki Necmiye edilənlər ilə ohşar idi. Necmiyə aynıyla bu cür münasibət göstərilirdi. Orhan sanki mənə evdə qulluqcu kimi munasibət gösdərirdi.Oğlumu məndən soyutmuşdular. Mənə bir Ana kimi bahmırdı. Bu həqiqətəndə çoh ağrılıydı. Övladının sənə necə soyuq olması, sənə laqeyid yanaşması və hələdə mənim indiki vəziyyətimi bilə-bilə mənlə maraqlanmaması neçə ağırdı... Artiq 87 c il idi. Ayselin 10 , Orhanimin 6 yaşı var idi. Oğlum, Hemin illərdə sanırdım ki Yəqinki Ən pis günlərim yavaş-yavaş arhada qalib. Çünki Hamilə idim. Mənə Hanımım tərəfimdən o gədər ilgi gəlirdiki. İndi başa düşürdüm ki məgər o illəri mən yahşı günlərimi yaşayırdım. Növbəti illərsə. Sən dünyaya gələndən sonra olanlarsa..... ehhhhhh....... Onda muayinə olanda günlərin bir günü Həkim mənə həyatımı məhv edən bir həqiqət dedi. Hansiki sən artiq bunu bilirsən. Duzdu, mən Rak idim. İndiyə qədər hələdə necə sağ qaldığım mənimcun möcüzədi... Onda səni dünyaya gətirməyim çoh təhlükəli idi. İndi buna peşmanda deyiləm ki sənin kimi bir övlad dünyaya gətirmişəm. O illərə qayidandasa, mənə çohlu basgi var idiki sənu dünyaya gətirməyim. ən çoh atan tərəfindən. o qorhurduki bizim Sevgimizin axiri İlkinlə Ayselin sonu kimi olsun. Yalvarirdiki bunu etməyim. AMA nə yahsiki mən bunu, onlarin dediyini etmədim. sən yanimdasan indi və mənə dəstək olursan, mənim qayğıma qalirsan... Ama sən dünyaya gəldin. Sevincim oldun və səni onların əlinə verməyəcəyimə and icdim. Çünki hər şeyi, MƏKTUBU anlamışdim. orda yazılanları artıq dərk edırdim. Sənə görə Mübarizə aparmağa söz verdim. çünki səni əlimdən yenə alacağdılar. Ahi sən oğlan idin... Təəssufki sonra olanlar məni sevincimi yaşamağa imkan vermirdi... III Hissə Qayıdaq həmin illərə. Sənin olacağına həm sevinirdim, həm də ki üzülürdüm. Sevinirdim ki, sən, can parçam dünyaya gələcək. Sənin uğrunda mübarizə aparacaqdım, səni onlara verməyəcəkdim. Imkan verməzdim ki sən də Orhan kimi olasan. Ayseldə çoh sevinirdi qardaşı olmağına. Üzülməmə isə 2 səbəb var idi. Həkimlərində dediyi kimi səni dünyaya gətirməm çoh təhlükəli idi. Ya sən, ya da mən ölə bilərdim. Sənin ölmən mənim həyat eşqimin bitməsi demək idi, çünki son ümüdüm sən idin. Qorhum ölmək deyildi. Sadəcə bu cür sonluğu isdəmirdim. Apardığım bu mübarizənin belə sonluqla bitməyini isdəmirdim. Səni onların əlinə vermək isdəmirdim. Ancaq fikrimdə qərarlı idim. Fikrimi dəyişməyəcəkdi. Həyatımda ikinci dəfəsidirki belə qərarliydim. Birinci dəfə sənin atanı seçəndə, həyatımı onunla davam etdirəcəyimə qərar verməm idi. Bu qədər olanlara bahmayaraq peşmanda deyiləm, təəssuflənirəmki mən buna layiq deyildim. Indiysə səni dünyaya gətirməmdə qərarlı olmam. Bu dəfə isə inanırdım ki yahşı olacaq, Olmalıdırda. Ancaq Necmi - hələ də gec deyil, fikrindən vaz keç, bu təhlükəlidir hər ikiniz üçün. Bütün bu olanlara görə çoh üzgünəm. Mən isdəmirdim belə olsun. Bütün olanların Günahı məndədir. Indiysə bu qədər olanlardan sonra səni itirmək isdəmirəm. Ahi mən səni höşbəht edəcəyimə söz vermişdim. Bunu etmə! deyərək məni fikrimdən döndərmək istəyirdi. Ama hamısı əbəs idi. Qərarımı vermişdim. Artıq hamiləliyimin altıncı ayı ıdı. Hərəkət edə bilmirdim. Aysel onda 6. sinifə gedirdi. Hanımım isə yenədə Orhanı məndən soyutmaqa davam edirdi. Anan Ikinci bir qardaşını gətirəcək, hamısını sənin əlindən alacaq o – Bu cür fikirlər deməklə Hanımım əlindən gələni edirdi ki Orhan mənə nifrət eləsin. Əlbətdək mən etiraz edəndə ki bəsdirin belə etdiniz, ahı o mənim oğlumdur, niyə belə edirsiz? Əvəzindəysə hər dəfə söyüşlər, nalayiq sözlər eşidirdim, Ağlayırdım. Mənə ancaq 12 yaşlı Aysel - Ana narahat olma, Hər şey düzələcək. Mən atamla danışaram. Oysa ninemle danışar. Ağlama! deyərək ürək – dirək verirdi. Yazıq qızım da mənə görə çoh narahat olurdu. Elə vahtlar olurdu ki heç dərsə getmək isdəmirdi Aysel. - Mən dərsə getsəm sən yenə tək qalacaqsan. Mən isdəmirəm sənə yenə nəsə desinlər, isdəmirəm sən ağlayasan, ANA deyə etriraz edirdi. Ancaq çoh sevinirdiki ablası olacaq. Heç isdəmirdi ki qardaşı olsun. Çünki isdəmirdiki qardaşı Orhan kimi olsun, Orhan da onu incidirdi, Aysellə yola getmirdilər. Orhan hər dəfə onun saçlarını yolanda, o da orhanın qulaqlarından dartıb qıpqırmızı edərdi və hər ikisi də oturub ağlaşardılar. Yadıma düşəndə gülməyim gəlir... Ama bir gün Orhan mənə bir söz dedi. Onda 1989 – cu ilin yay ayları idi. Sanki ürəyimi çıhartdılar yerindən o kəlimələri eşidəndə. Yüksək bir tonla Mənə dedi ki: - Nədən burdasan, Sən mənim Anam deyilsən. Çıh get burdan. Biz səni isdəmirik Onda o qədər ağlamışdım ki. Bir ANA kimi bu sözləri can verdiyi övladı tərəfindən eşitmək hər şeyin bitimi demək idi. Sancılar tutdu, məni təcili hastaneye apardılar məni. Atavın dediklərinə görə doğum çoh ağır keçdi. Çoh narahat idilər, ən əsası da Atan. 89 – cu ilin sentyabrında sən dünyaya gəldin. Həkimlər inana bilmirdi ki hər ikimiz sağ çıhacayıq. Heç kəs inana bilmirdi. Komada idim. Olanlardan heç həbərimdə yoh idi. Hanımım yenə də bu dəfə səni almaq isdəyirdi, necə ki illər öncəsi kimi Orhanımı almışdı. Bu dəfə ATAn etiraz edibmiş və bilmirdim necə ama, imkan verməyib ki səni mənim əlimdən alsınlar. Doğuş ağır keçdiyindən mən müəyyən müddət hastanede qaldım. Hər gün səni mənə gətirirdilər, heç ağlamırdın... Daima susurdun. Elə bil susaraq bütün bu olanlara etiraz edirdin. Elə toppuş idin ki, sənə gücüm çatmırdı hətda, Mənsə çoh sevinirdim. Ikimizdə sağ qalmışdıq. Səni öz istədiyim kimi böyüdəcəkdim. Çünki Necmi mən gözümü açanda mənə söz verdi. Dedi ki - hər şey yahşı olacaq. Bundan böylə sən isdədiyin kimi olacaq. Sən ən yahşısına layiqsən. Mən yenə də ümüdümü itirməmişdim. Necmi ilə yaşadığımız illərdə İlk dəfə idiki Necmi ilə aramızda mübahisə düşdü. Sözümüzün çəp gəlməsinə səbəbsə sənin adının nə olacağı idi. Günlərlə söbətimiz getdi... Atan deyirdi ki sənin adını Atilla qoyaq. Mənsə inad edirdim ki Cavid. Çünki mən Hüseyin Cavidin vurğunu idim. Onun şərəfinə isdəyirdim ki sənin adın Cavid qoyum. Ahırda belə bir qərara gəldik ki əsl adın Atılla, göbək adınsa Cavid olsun. Hastanedən çıhmaq günü gələndə məni aparmaqa ancaq Atanla, bacın gəlmişdi. Sözün düzü təəccüblənmişdim, Hanımım yoh idi. Etiraf edim ki sevincli təəccüb idi. Səbəbini soruşandasa - hələ gözdə, görəcəksən Cavabı alırdım. Aysel nədənsə sənə yahın durmurdu . Səbəbinisə sən artıq bilirsən. Ama sonradan hər şey düzəldi. Çünki getdiyimiz yerdə nə Hanımım, nədəki digərləri var idi. Yeni evimiz Beşıktaşda 2 mərtəbəli bina idi. Sonda isə Necmi mənə - Biz artıq dördümüz qalacayıq: Sən, mən, qızımız və oğlumuz Atilla. Onlar daha biz heç narahat etməyəcəklər. gülümsəyərək dedi. Ancaq yenə də tam höşbəht deyildim. Ahı mən ANAyam, oğlumdan ayrıyam, Orhanımdan uzaqdayam. İllər keçdi, Sən böyüdün, böyük oğlan oldun artıq. Hər şey necədə gözəl gedirdi. Ama deyəsən həqiqətəndə həyat mənlə daima mübarizə aparırdı, məni höşbəht olmaya imkan vermirdi. Həstəliyim daha da ağırlaşırdı. Atanın məni aparmadığı ölkə qalmamışdı, təki sağalım. Müalicələr isə sadece müəyyən bir müddətlik idi. Buna bahmayaraq biz höşbəht idik. Ahırki refiqəm Ayselə və İlkinə verdiyim söz yerdə qalmırdı. Ayseli Atilladan ayırmırdım, necəki Orhandan ayırmırdım. Bacın bir gözəl bir qız idi ki. Eyniylə anasına ohşuyurdu. Gözlərindənsə İlkinə bənzəyirdi. Çoh təəssufki onlar Ayselin bu gününü görə bimədilər. Ayselin tək arzusu övladının bəhrəsini görmək isdəyirdi. Deyirdiki nəvəm olsa ona bir corbalar tohuyacam rəngbərəng. Həqiqətəndə həyat çoh acımasızdı. Indi isə mən onları tohuyuram sənə. Ehhh həyat. IV Hissə Artıq 2002 ci il idi. Bir gün atan evə bikef gəldi. Səbəbini soruşandasa heç nə demədi. Günlərlə Necmi bu cür oldu. Bir gün o mənlə oturanda keçmiş günlərdən söbət açdı. Onsuzda biz onunla həmişə keçmişdən söbət edərdik. Amma bu dəfə isə basga cür oldu. Ancaq o danışdı və mən qulaqasdım. Həmin gün söbət edəndə əlində mənə tanış gələn bir şey var idi. Bu Necminin mənə yazdığı MƏKTUBUN aynısıydı. Heç nə başa düşməmişdim. Necmi zərfi çıhardaraq həzin səslə, içindən ah çəkərək soruşdu ki, Sən məktubu onda tam ohumuşdun? - etiraf edim ki yoh. Cünki məktubu itirmişdim. Aysel gildə olanda hara qoymuşdumsa tapa bilmirdim. Bəlkə də yolda itirmişdim biz onlara gedəndə - mən bilirəm ki sən bu məktubu tam ohumamısan. Mən bunu çohdan bilirdim. Sən Aysellə gecə oturub söbət edəndə mən eşitdim ki sən ona dedinki, Necmi mənə demişdi ki sən Məktubda yazılanlarla razısan?-Mənsə ohumamışam, gərək ohuyum Onda mən sənin otağına gedərək məktubu qoyduqun yerdən götürdüm, bu əlimdə olan həmin məktubdu. Götür ohu. Ama deyimki mən bunu seni itirməmək üçün etdim. Məni bağışla. Ama sevən insan hər şey edərdi. Mən məktubu aldım ondan və ohumaqa başladım. Bəli, mən burda yazılanlarla artıq tanış idim. Çünki artıq burda yazılanları realda yaşamışdım çünki. Bəli çoh ağrılıydı. Ama Atana mən hirslənmədim. Çünki biz bir-birimizi qarşılıqlı aldatmışdıq. Məndə ona demirdimki mən məktubu ohumamışam. Yadımdadı! Ona demişdim ki - Sonu ölüm olsa belə mən sənlə gedəcəm Çünki sevirdim! Necmidə bunları məni sevdiyindən, itirmək qorhusundan etmişdi. Həmin gün Necmiylə sonuncu söbətimizi edirdik. Sanki Atan bunu bilirmiş kimi. 2002 – ci il yanvarin 12- sinə keçən gecə ATAn rəhmətə getdi. Yatıb durmadı. Səbəbinisə hələ də bilmirəm. İnanılmaz idi. Artıq bu olanlar mənə ağır deyil, həqiqətəndə gülməli gəlirdi. Həyat sanki mənimlə oynayırdı. Olanları özüm dərk edə bilmirdim. Nə baş veriridi? Özünündə yadındadı. nələr baş verdiyi. Bircə dayağımız olan ATAnda artıq yoh idi. Görəsən bundan sonra daha nələri itirəcəkdim... Və nəhayət Hanımım peyda oldu. Necminin ölümündə məni günahlandırırdı. Onu mənim öldürdüyümü, yeganə səbəb olaraq məni gösdərirdi. Məni adamlara sizin qarşınızda döydürtdürürdü. Bu isə mənim hastalığımı daha da ağırlaşdırırdı. Sonda Hanımım usağları, əsasəndə səni ona verməyimi və burdan çıhıb getməyimi tələb etdi. Deyirdiki öz hoşumla verim, yohsa lap pis olacaq mənim üçün. Məni verdi məhkəməyə. Onda sənin 12 yaşın var idi. Əlbətdə ki Necminin ölümü mənə pis təsir etmişdi. Ömür yoldaşımı itirmişdim. Dözmək olmurdu. Məhkəmə Ayselin 25 yaşı olduğundan onu serbest seçimi olduğuna, seninsə 12 yaşın olduğundan məhkəmə sənin vekaletini isə mənə verdi. Hanımımım gösdərdiyi səylərə bahmayaraq istədiyinə nail olmadı. Necmi bütün sərvətini övladları və mənim aramda tam bölmüşdü. Bunu mən bilmirdim. Məhkəmədə bilindi ki ATAn evvelceden vəsiət hazırlayıbmış. Məhkəmə təklif etdiki götürüm. Sənində vəkalətin məndə olduğundan sənin adına olan muvəqqəti mənim adıma keçdi. Ancaq mən istemedim, imtina etdim. Artıq Necmisiz onların hec bir mahiyyeti yoh idi. Əlim hər şeydən üzülmüşdü. Bircə Kəlimə yadımdadı, o anda sən məni qucaqlayaraq demişdin ki - ANA, mən səni isdiyirəm. Sənlə Qalmaq! Artıq İstanbul mənə dar gəlirdi. Ayseldə mənimlə deyildi. Bircə mənə qalan sən oldun. Fikirləşdim ki Azərbaycana qayıdım və qalan ömrümü orda keçirim sənlə. Həmdə ki çoh ağrıyırdım. Onda hələ də sənin həbərin yoh idi. Bir tərəfdəndə Ayselin mənlə qalmaması məni üzən səbələrdən idi. Onu da başa düşürəm indi. Nə qədər olmasa da artıq o həmin həyata uyğunlaşmışdı, özüdə ki sevirdi. Sevgisini atıbda mənlə gəlməsi inandırıcıda görünmürdü. O da mənim kimi sevgisinə görə hər şeyi qurban verirdi. Onu məcbur edə bilməzdim də. Ama istəmirdimdə Aysel onlarla, mənim həyat eşqimi daima məhv etməyə çalışanlarla qalsın. Yenədə öz seçimi. Necmi öləndən sonra ondan geriyə heç nə isdəmirdim qalsın.Məhkəmənin verdiyi qərardan sonra sən mənim idin onsuzda. Təkcə sən mənə bəs idin, başqa heç bir şey isdəmirdim. Bizə varis qoyduğu hər şeydəndə imtina etmişdim. Yerdə ancaq onun mənə aldığı zinət əşyaları idi. Yadımdadı, yəqinki sənində yaddaşında qalmış olar. Bir yerdə səninlə getdik Bosfor boğazını kıyısına. Necminin mənə verdiyi zinət əşyaların hamısını çantamdan çıhartdım. Və hamısını atdım dəryaya. İstəmirdim o günlərdən nəsə qalsın, Sən bəs idin mənə. Ama birini atmağa əlim gəlmədi. O, ATAnın mənə Bakıda tanış olduğumuz vahtlar doğum günüm olanda hediyyə verdiyi qol saatı idi. Bircə onu ata bilmədim. Yadındadı 2 il bundan əvvəl olar təqribən sən onun qolbağını qırmışdın, çoh ağlamışdım onda. Səbəb elə bu idi, onun mənə çoh dəyərli olması. Gözləyirdim ki Necminin ili cıhsın, il çıhdı. Artıq Bakıya gəlmək vahdı idi, əlimdə olan pulu cəmləşdirdim. Son dəfə Necminin məzarını görməyə getdim. Mənə aldığı Sarı Rəngli şalı onun ayaqları altından torpağa basdıraraq sanki məni eşidirmiş kimi söbət edirdim. Məzarı üstündən bir ovuc torpaq götürdüm. İndi pəncərənin qarşısında duran qızılgülün torpağı həmin gətirdiyim torpağdandır. 2003 – ci ilin iyunu idi. Pulum samalyot biletinə çatmadığından Bakıya avtobusla getməli olcağdıq. Heç bilmirdim orda hara, kimə gedəcəyik. Fikir tutmuşdu məni. Ümüd edirdim ki gedib iş tapacam, işləyəcəm və bir təhər dolanacayıq. Ona görədə Bakıda yaşayan bacıma məktub yazdım. Məktubda ondan ora gəlidikdən sonra mənə müvəqqəti yaşamağa bir yer təşkil etməyini haiş etmişdim. Cünki orda heç yeri tanımırdım ahı, 25 ildiki Bakıya gəlmirdim. Böyük ehtimal hər şey dəyişmişdi. Əvvəllərdə həmin bacımla yazışırdım. Həmdə ki rica etmişdim ki mənim gəlməyimi heç kəs bilməsin. Ailəmdən əlaqə sahladığım yeganə şəhs o idi. Məktubu yazdığımdan 1 hefte keçməmiş bacıma yazdığım məktubun cavabı gəldi. Məktubda müsbət cavab yazılmışdı. Yadımdadı, ikimiz yola düşəndə bizi yola salmağa təkcə Aysel gəlmişdi. Ayrılanda onun gözləri dolmuşdu. Amma ağlamırdı. Səbəbini isə soruşanda mənə bilirsən nə dedi?: - üzülerəm ona görəki sən gedirsən, Atilla gedir. Ama nə olar məni başa düş. Mən də gələ bilmərəm sizinlə. Mənim burda sevdiyim var. Onu qoya bilmerem tək, bir-birimizi sevirik. Ama getməyinə bir tərəfdən də sevinirəm, çünki artıq canın qurtarır bunların əlindən. Atillanın yadında qalmasa da mənim hər şey yadımdadı, səni necə incidirdilər. Elə bilirsən ki istəyimdən qalıram burda? Yoh, məndə azad olunacağım günü gözdüyürəm. Sevgilimlə evlənib burdan ayrılmağı planlaşdırırq. Məndə sənin kimi canımı qurtaracam burdan, ANA! Hara gedirəmsə gedim, ama sizi yaddan çıhartmayacam. Onsuzda halamın ev ünvanı var məndə də. Məktub yazacam həmişə sizə. Səndə orda dəqiq qalacağın bir yer tapandan sonra, ünvanı mənə deyərsən və həmin ünvana yazaram! Ama bilki mən səni, sizi sevirem, çoh isdirəm sizi. Söz verirəmki höşbəht olacam, sənin kimi ANA olacam övladlarıma. Bilirəm Orhanıda görmək isdəyirdin. Nə qədər yalvardımsa da gəlmədiki gəlmədi. Heç nə olmaz! Qoy gəlməsin, neynirsəne elə övladı? Gör Atilla sənə necə oğul olacaq... Bu son cümləni deyəndə artıq özünü sahlaya bilmədi. Ağlayaraq mənə bərk sarıldı, elə sıhdı ki, sanki bu dəyqə nəfəsim kəsiləcəkdi. Yanaqlarımdan doyunca öpdü. Bilirəm doya bilmədi. Səndə heç ondan geri qalmırdın. Səndə qoşuldun ona, başladın ağlamağa. Mənsə yenədə Orhanı günahlandırmırdım. Çünki bütün bu olanların, yəni Orhanın mənə qarşı belə soyuq olmasıın səbəbi Hanımım idi. Birdən bizi ayıracaq səs gəldi: - İstanbuldan Iğdıra yollanan qatara minik başlandı Heç istəməzdim bir daha ona bənzər ayrılıq səslərini eşidim. Ağlamaqdan gözlərim qıp – qırmızı olmuşdu. Nəhayət məni İstanbuldan, Necmimdən qalan anılarımdan bəlkə də bir dəfəlik ayıran qatar yola düşdü. Əlimi başıma atanda gördüm ki başımdakı kəlağayı yohdu. Sən demə onu məni qucaqlayanda Aysel götürmüşdü. Hatirə olaraq qalsın deyə. Yol boyu keçmişdə olanları bir film kimi gözümün önündən keçirdim. Cavabını tapa bilmədiyim o qədər suallar var idi ki. Niyə ahı mən bütün bunları yaşadım. Hansı günahı işləmişdim ki belə etdi tanrım. Məgər sevgini seçmək, onun arhasınca getmək və onun uğrunda mübarizə aparmaq belə ağır günah imiş? Yohsa başqa bir nəsə? Məktubu lap başdan ohusaydımda belə mən yenə də Necmini seçəcəkdim onsuzda. Ehhh... Cavabsız suallar məni dəli edirdi. Olan olmuşdu, heçnəyi dəyişmək olmazdı. Sadəcə bundan sonrasını fikirləşmək qalırdı. İndiyə kimi sevgim uğrunda mübarizə aparırdım, onu qorumağa çalışırdım. Artıq son mübarizəm sən idin. Yol boyu sənə baharaq hey fikirləşirdim ki bundan sonra sənin üçün nələr edim, səni hoşbəht görüm. Əzab çəkməni isdəmirdim. Ahı bütün bu olanlardan sonra sən mənim yeganə ümüdüm idin. Sonra sənlə mən İqdırdan İrandan keçməklə avtobusla gəldik Bakıya. Bakı avtovagzalında bizi halan qarşılamalıydı. Saat 14:15 – da avtobus avtovagzalda idi artıq. İllərdir üzünü görmədiyim bacım məni qarşılamalıydı. Narahat idim ki onu taniya bilmərəm, o da məni. Çünki hastalığım üzündən çoh arıqlamışdım. Məktubda bacıma demişdim ki əynimdə bənövşəyi rəngdə pencək və qara rəngli yupka olacaq. Kassanın yanında durmuşduq sənlə. Kənardan keçənlər elə bahırdıkı. Çoh narahat idim. Düşünürdümki birdən bacım gəlməz, yada məni tanımayıbda tapa bilməz. Qorhu məni pis günə qoymuşdu lap. Bir qadının mənə yahınlaşdığını gördüm. Həminki gözlər! illərdir qoyub getdiyim gözlər yadımdan çıhmamışdı. Bu mənim bacım idi. Biz bir – birimizi elə qucaqladıq ki. Amanallahım! Sözlə ifadə edə bilmərəm bu hissləri. Biz onların evinə yola düşdük. Bacım gil 28 mayda qalırdılar. Bakı 26 il bundan əvvəl qoyubda getdiyim Bakı deyildi. Biz metroya minməli idik. 20 yanvar metrosu! Məni ağlamaq tutdu. Bura ilə bağlı yaddaşımda və qəlbimdə dərin iz qoymuş bir hatirə, hadisə var idi. Burda biz Necmiylə görüşmüşdük, burda ona - Sənlə sonu ölüm olsa da belə gedərəm demişdim. O qəddər ağladım ki, bütün içimdəki acıları boşaltdım. Həmin yer uzun illər bundan əvvəl bir sonun başlanğıcının yazıldığı yer idi. Həmin gözəl arzularla dolu başlanğıc artıq bitmişdi və mən yenə də həmin başlanğıcın sonunda idim. Ama bu dəfə mən bu sonluğun başlanğıcını istəmirdim artıq. Çünki mənə artıq öz başlanğıcım yoh, sənin yeni həyatın daha önəmli idi. V Hissə Dostlar bu hekayənin ardını artıq Zemfiranın oğlu olan Atillanın dilindən eşidəcəksiniz. Biz onda ANAm ilə birlikdə getdik halam gilə. ANAm iş tapıncaya qədər halam onlarda nə qədər lazımdırsa qala biləcəyimizi dedi. Əlbətdəki biz buna çoh sevinmişdik. Halamın 2 qızı var idi. Onun əri vahtilə onları tək qoyub gedibmiş. ANAmın səhərisi gün ilk işi bizim sənədlərimizi qaydaya salmağa baçlaması oldu. Bir tərəfdən də mənim məktəb problemim var idi. Ona görə də ANAm hər şeyi tez etmək isdəyirdi. Sözün düzü hansı orqanlara getdiyini bilmirdim onda. Azerbaycanca hec o qədərdə danışa bilmirdim, dil problemim var idi. Mən onda Atilla Ulusoy kimi gedirdim nufuz cüzdanında. ANAm tezliklə bizim vətəndaşlıq sənədlərimizi həll etdi. Artıq mən Nəbiyev Cavid idim. ANAm öz qızlıq familiyasını götürmüşdü. Səbəbsə, nənəm vahtilə ANAma demişdi ki - Siz hara gedirsiz gedin, mən onsuzda sizi tapacam və Atillanı sənin əlindən alacam Ona görə ANAm hər şeyi dəyişdirtmişdi. Artıq mən Bakıda məktəbə düzəldim, yəniki məktəbə gedirdim artıq. Onu deyim ki məktəb dönəmində çohlu problemlərlə üzləşirdim. Çünki dili bilmirdim. ANAmınsa yeganə problemı iş idi. Hər gecə onun necə ağladığını görürdüm. Bu məni çoh üzürdü, əlimdənsə heç nə gəlmirdi. Onda mənim 13 yaşım var idi. Hiss edirdim ki biz artıq Halama yük oluruq. Ama nəhayət mama iş tapdı. Günlərin bir günü mama evə gələndə sevincək halda - artıq mən iş tapdım oğlum dedi. Nəhayət! Elə sevinmişdim ki. ANAmın iş yeri Sumgaitda idi. O, Sumgaitdakı Kimya zavodunda laborant kimi işə düzəlmişdi. Və ən yahşı tərəfi onda idi ki ona ordan evdə verəcəkdilər. ANAmın dediyinə görə zavodda işləyən və evi olmayan işçilərə Zavodun nəzdində olan yataqhanalrdan birində ev verilirdi. ANAm o qədər sevinirdi ki. Amma bilmirəm niyə o, çoh sürətlə arıqlayırdıki. Biz sumqayıta köçdük. Həqiqətəndə biz höşbəht idik. Mən artıq 9 cu sinifdə ohuyurdum. Sözün düzü o qədərdə dostum yoh idi. Başım həm ohumaqa, həm də ki işləməyə qarışmışdı. Çünki anamın işdən qazandığı maaş bizim yeməyimizə və mənim hazırlıq yanına getdiyim məllimlərin puluna yetmirdi. Ona görə də mən işləmək məcburiyyətində idim. Mən onda Sumqayıtın girəcəyində olan maşın bazarında bir kafedə oficiant işləməyə başlamışdım. Bu yolla məllim pullarımı özüm yığırdım. Ama ANAmın səthi məni daha çoh narahat edirdi. O günü – gündən daha çoh pisləşirdi. Nə qədər təkid edirdimsə ki həkimə getsin, getmirdi. Həmişə bunu deyərdi - Cavidim, əgər mən həkimə getsəm nə qədər pul cıhacaq həkimlərə. Mənim yeganə isdəyimsə sənin ohumaqındır. Sən ohu universitetə gir o mənə yetər. Sonra artıq həkimə gedərəm. Ya da ki - Hə sabah sən dərsə gedəndə mən gedərəm deyərdi. Mən deyəndəki qoy məndə gəlim, cavabındaysa - sən dərsindən qalma, ohumaqını ahsatma. Yohsa məni incitmiş olarsan. İllər keçir. Mənim Gözəl ANAm hər gecə Atamın ona hediyye verdiyi saata baharaq aglayardı. Və hər dəfədə məni qucaqlamaqla bitərdi bu. Bir dəfə mən həmin saatın qolunu qırmışdım. Mənə nələr deməmişdi ANAm. Ama sonra hirsi soyuyanda məni bərk – bərk qucaqlayaraq demişdi - bu saat çalışmasada mənə çoh əzizdir, Sənin kimi. Necmimdən mənə qalan ancaq bu saat və sənsən. Məni bağışla, özümü sahlaya bilmədim. Birdə olmayacaq. Ayse ilədə mütemadi olaraq yazışırdıq. Bacım evlənmişdi o sevdiyi oğlanla. Ayrılmışdı nənəm gildən. Oda muradına çatmışdı. Mən artıq dayı idim. Ayselin oğlu olmuşdu. Anam elə sevinirdi ki Aysel evlənəndə. Ama təəssuflənirdki o Qızının toyunu görə bilmədi, hey deyirdi - Ahi biz niyə belə olduq? Hərəmiz bir yerə yayıldıq Aysel ANAmdan yazmışdı ki məktubda oğlumun adını sən qoy. Bunu sən etməlisən. ANAmsa bilmirəm niyə, ama ona cavab olaraq yazmışdıki oğluna İlkin adını qoysa onu çoh şad etmiş olar. Qardaşımda onda Almanyada yaşayırdı artıq. Atamın var dövlətinə sahib çigib orda məskunlaşmişdi. Mən bacımdan onun nömrəsini almışdım. ANAmdan gizlin Orhana zəng etdim ki ANAmızın vəziyyəti pisdi, onun müalicəsinə pul lazımdı. Cavabında sa mənə - özü seçdi bu yol. Öz günahıdı. Özü bilər. mənlik deyil Belə cavabdan sonra nə deyəsən həmin qardaşa. Mən ona heçnə demədən telefonu söndürdüm. Artıq o nömrəmi bildiyindən hər dəfə zəng edərək məni əsəbləşdirirdi. Mənə ANAmı atıb onun yanına gəlməyi, əvəzindəysə burda yahşı yaşayacağımı deyirdi. Mənsə hər dəfə etiraz edirdim. Nəhayət ANAm öz arzusuna çatdı. Hər dəfə deyərdiki bircə oğlum universitetə girsin, ölsəm əgər qəm yeməm. Adam olsun! Mən Neft Akademiasına dahıl oldum 2007 – ci ildə. ANAm o qədər sevinirdi ki. Nəhayət arzularımdan biri gercəkləşdi, deyə qsevinirdi. Universiter mənim həyatımı bütövlkdə dəyişdi. Ətrafım yahşı insanlar ilə cəmlənmişdi. Qrub yoldaşlarım, DEBAT sayəsində Tanıdığım və hələ də birlikdə olduğum dostlarım oldu. Mənə ən pis günümdə kömək olan qardaşlar qazandım. Tofiq Sadixov, Ramiz Əliyev, Könül Cəfərova, Mədinə Qəhrəmanova, Şiriyev Əziz, Vəliyev Vəli və adını burda yaza bilməyibdə ürəyimdə olan insanları qazandım. I kursda olan da sanki Tanrı ANAmın sözlərini eşidirmiş kimi onu yataq həstəsi elədi. Bunları mənə indi danışmaq necədə ağırdı. Ama geriyə dönüş yohdu artıq... həkimlərin dediyinə görə ANAmın ödündə problem var imiş, ödündə daş var imiş. Həmin gün 2007 – ci ilin noyabır ayının 22 sində ANAm əməliyyat olundu. Həkimlərin dediyinə görə bədən o qədər zəifləmişdi ki operaciyadan Sağ çıhmaqa ümüd yoh imiş. Dəli olmuşdum. Ona bir şey olsaydı mən ölərdim. Ahı niyə həmişə belə olurdu? ANAm bu olanlara layiq deyildi. Fikirləşirdim ki bura qədər imiş. Onun tanrıya üz tutubda dediyi arzusu yerinə yetirdi artıq - Oğlum bircə universitetə dahil olsun, ölsəm belə qəm yeməm. Həkimlər operaciya otaqından çıhanda üzündə bir təbəssüm var idi. Həkim deyən dəki - Hər şey qaydasındadır!... Necə sevinmişdim. Sevincimdən həkimi elə qucaqladım ki... ona çoh saqol dedim - çoh saqol həkim, ANAmı hilas etdin. Onu mənə geri qaytardın! Sağol Həkim ANAm gözünü açan kimi ona bir şad həbər verdim. ANAAAA Aysel Bura gələcək yayda. Ama tək gələcək. ANAm bir sevinmişdi ki. Offfff bu niye davam eləmirdi ahı belə görəsən? Niyə daima problemlər bizdən əl çəkmirdi. Bir neçə ay sonra ANAm yenə də həstahanay düşdü. İnfakt keçirmişdi. Ona səbəb qardaşımın ona yazdığı məktub olmuşdu. Mən hələdə bilmirəm ki o məktubda nələr yazılmışdı. ANAmın bu cür vəziyyətə düşməsi Ayselin bura gəlməsi ana təsadüf etmişdi. Mən dözə bilmirdim. Heç kəs məni anlaya bilmirdi. Çünki bunları bilmirdi. Dostlar eşitmişəm ki bunları ohuyandan sonra ağlayanlar olub. Mən bunları yazmıramki siz ağlayasız. Belə etməyin. Sizə indi deyəcəklərim çoh ağır olacaq. Bunu indi ohuyanlar içində olan hadisələri mənimlə birlikdə yaşayanlarda var. ANAm həstahanada olanda, offf hələ də yadımdadı iyulun 24 idi. Evdə oturub TRT 1 dən həbərlərə bahırdım həmişəki kimi. Səhərisi gün Aysel də olacaqdı artıq bakıda. Birdən, Birdən belə bir Titr keçdi ekrandan - Bu gün Iqdırdan Təbrizə gedən avtobus qəzaya uğtayıb! Ölən və yaralananlar var... Ölənlərin içində mənim bacım, ANAma həmişə dəstək olan Ayselin də adı var idi. Deli oldum. Mən bunu necə ANAma deyəcəkdim ki, ANA qızın ölüb!... özümü itirdim. Hər şeyi atıbda qaçmaq isdədim buralardan. İnana bilmirdim bütün bu olanlara. Niyə ahi belə olurduyee... ne pislik etmişdik ki görən kiməsə? Evdən qaçdım. Bunu mənə yahın olan adını sadaladığım və sadalamadığım dostlar bilirlər. Getdim neçə günsə qaldım dostum gildə. Hər kəs məni ahdarımış. Bütün dostlarım küçələrə düşübdə məni ahdarırmışlar. Ama mən ANAma bu cür vahtda lazım olduğumu və onun yanında olmağımı düşündüm. Qyıtdım geriyə. Ama heçnə deyə bilmirdik Halamla ANAma. Halamla razılaşmışdıq ki müəyyən bir müddət heçnə deməyək, gizlədək. Hər dəfə ANAm Ayselin harda olduğunu, niyə hələ də gəlmədiyini, niyə məktub yazmadığını soruşanda onun pasportunda problem olduğunu və bu yahınlarda hələ gəlməyəcəyini deyirdık. ANAmı aldatdığımıza görə hələ də özümü bağışlaya blmrəm. Ama o bunu bilmədi. Çünki bilməyə vahtı çatmadı. Həkimlər məndən gizdədirmişlər ANAmın əsl yataq səbəbinin nə olduğunu. ANAmın xərçəng olduğunu son günlərində bilmişdim. ANAm yataq həstəsi olmuşdu. Tərpənə belə bilmirdi. Onu bu əllərimlə sahlayırdım. Yemək yedizdirirdim. Gecələr yatmırdı, məndə onunla bərabər yatmırdım. Daima yanında idim. İndiyə kimi gözümün önündən keçmir. Mənə baharaq deyirdi - Mən öləcəm? Düzünü de! Mən ölsəm sən neyniyərsən? Yalvarırdıki bircə ölməsin. Çünki isdəyirdi ki mənim evlənməyimi görsün. Nəvələri olsun. Hələ onda mənim 20 yaşım olmamışdı. Mənsə ona deyərdim ki - onun öləcəyini bilə - bilə, Hara ölürsən ay arvad... hələ biz sənlə birlikdə mənim 20 yaşımı qeyd edəcəyik. Necədə özümə bağışlaya bilmədiyim yalanlar danışırdım. Hər dəfə də yalvarırdım ki Əgər ANAma nəsə olacaqsa qoy mən evdə olanda olsun. Isdəyirdimki Anamın yanında olum. Günlərin bir günü ANAm səhərini yüksək əhval ruhiyədə açdı. İnana bilmird Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Eh.. İndi onsuz da kitaba marağ qalmıyıb heç kimdə Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 DieseL, çox sağ ol... Mümkünsə müəllifin adını da yaz ===, mövzunun başlığında da yazmışam ki, ümid edirəm ki, böyük marağa səbəb olacaq... Həm də ki, kitaba marağı olmayanlar haqqında niyə fikirləşirsən ki, 4 nəfər bu işdə mənə köməyə gəlib (yuxarıdakı hekayələri paylaşanlar). Sən də bir hekayə paylaşsan 5 olacaq. Mənim də kitabda yazacağım hekayələr var. Ən az 6 hekayə düzəlir? Hələ bəzi dostlarımız 2 hekayə paylaşıb... Deməli maraq var. Əgər sənin də marağın varsa buyur bildiyin bir hekayəni gözləyirəm... Alıntı Link to comment Share on other sites More sharing options...
DarK_MoNSteR Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Maksim Sen Menim En Xowuma Gelen Userlerden Birisen... Amma Cox Teesufki Kitaba Verilesi Hekayem Yoxdu... Amma Boyuk Maraqla Gozleyirem... Ugurlar ^^ Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Dark_Monster, çox sağ ol qardaş... Hekayə paylaşmağın zəruri deyil. İnşallah dostlar hekayələri paylaşacaq. Əlindən başqa nəsə gəlirsə buyura bilərsən... Məs: Hekayələrə baxıb həmin mövzularda şəkil tapa bilərsən? Alıntı Link to comment Share on other sites More sharing options...
HeLMaX Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Axı dünya fırlanır... Məşhur basketbolçu Hidayət Türkoğlu yoldaşıyla birlikdə gəzirdilər, Əvvəl akvariumçuları gəzdilər, sonra Ayasofya, Sultanahmet, Topkapı Sarayı, Gülhane Parkı deyərkən, Yeni Məscidin önünə qədər gəldilər. Orada qışqıra qışqıra simit satan bir uşaq vardı. Basketbolçu birdən dayandı…Sonra simitçiyə yaxınlaşdı: — Simitin necəyədir? — 300 min qardaş… — Dəzgahda neçə simit var? — 70-80 dənə var hərhalda… — Hamısını alsam neçə edər? — Səksən desək 24 milyon. — Al sənə 30 milyon… Fərz et ki hamısını aldım… — Sağ ol qardaş… sağ ol… Basketbolçu üç onluq çıxardıb simitçinin önünə buraxdı. Yoldaşı çaşmış idi. Üç beş addım getmişdilər ki yoldaşı Hidayətə yaxınlaşıb pıçıldadı. — Hidayət sən dəlisənmi? — Yooo — Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin? — Boşver soruşma. — Deyək ki soruşuram. Həm də israrla soruşuram. — Elə isə söyləyim. — Taxtanın kənarı diqqətini çəkdimi? — Xeyr. — Baxsaydin görəcəkdin. Taxtaya bir ad yazılmışdı. — Necə bir ad? — Hidayət! — Yoxsa? — Bəli o dəzgah, əvvəllər mənim idi. Duanın hökmü Bir qadın mağazaya girir ve mağazadakı satıcıya:"Ərim çox xəstədir.İşləyə bilmir.7 uşağım var və onlar çox acdır.Yeməyə ehtiyacımz var"deyir. Satıcı qadına tərs və acıqlı şəkildə baxaraq dərhal mağazanı tərk etməsini tələb edir.Qadın ailəsinin ehtiyaclarını düşünərək:"Çox xahiş edirəm,yeməyə ehtiyacımız var,uşaqlarım acdır.Pulum olan kimi borcumu qaytaracam sizə"deyir. Satıcı ona heç bir şey verməyəcəyini söyləyir.Bu məqamda kənarda gözləyən müştəri bunların söhbətini dinləyirdi.Satıcıya yaxınlaşdı və dedi:"Mən bu qadının istədiklərinin pulunu verəcəm.Sən onun istədikləri ərzaqları ver". Satıcı qadına tərəf istəksiz bir şəkildə baxır və kinayəli tərzdə deyir:"Ey qadın,almaq istədiyin ərzaqların siyahısı varsa bu tərəzinin bir gözünə qoy!Mən də onun ağırlığı qədər istədiklərini tərəzinin o biri gözünə qoyacam" deyərək lağ edir. Qadın bir anda tutulur və pərt olur,sonra çantasını açaraq üzərinə bir şeylər yazılmış kağız parçasını çıxarır və tərəzinin bir gözünə qoyur. Müştəri təəccüblü şəkildə baxarkən,satıcı çoxdan tərəzinin o biri gözünə əlinə keçəni doldurmağa başlamışdır.Amma kağız olan göz tərpənmirdi. Tərəzinin gözündə artıq üstündəki ərzaqlardan yer yox idi.Satıcı məcbur olub onların hamısnı böyük bir torbaya qoyub qadına verdi. Satıcı məətəl bir şəkildə tərəzinin gözündəki kağızı götürüb oxuyur.Bir də görür ki,orada bir alış-veriş siyahısı yoxdur.Sadəcə orda belə bir dua yazılmışdır:"Allahım!Nəyə ehtiyacım olduğunu ancaq sən bilirsən.Özümü sənə təslim edirəm.Mənə kömək ol!" Satıcı donub qalır.Qadın satıcıya təşəkkür edərək mağazadan ayrılır. ------------------------- iki ədəd hekayə də məndən.. Alıntı Link to comment Share on other sites More sharing options...
DarK_MoNSteR Mesaj tarihi: 23 Temmuz 2012 Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Elimden Geleni Ederem... ^^ Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 23 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Temmuz 2012 Çox sağ ol HeLMaX.Minnətdaram. Mümkünsə hekayələrin müəllifinin adını da yaz... Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 24 Temmuz 2012 Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 "Bu da keçər" Bir şah olur.Bu şah həmişə çox fikirli gəzir.Bir gün vəzir şahdan soruşur. - Ey şahım.Nə üçün sən həmişə fikrlərə qərq olursan.İstər xoş gün olsun,istərsə pis gün.Sənin könlün xoş olmur.Dərdini de,əlac edək. ...Şah bütün saray əhlini yığıb deyir. - Mən pis gündə ona görə fikirli oluram ki,xalqımın gələcəyi üçün narahat oluram.Xoş gündə ona görə fikirli oluram ki,yaxşı günün az olduğunu düşünürəm.Yenə də pis günlər olacağını fikirləşirəm. ...Vəzir deyir.Şahım, biz nə edək ki,sən heç vaxt fikirli olmayasan ? ...Şah deyir.Mənə elə bir üzük düzəltdirin ki,mən bu üzüyə baxanda fikirlərim dağılsın.Kim belə bir üzük düzəltsə,mən həmin zərgəri cah-cəlalla mükafatlandıracağam. ...Belə də edirlər.Bütün zərgərlər dünyanın ən bahalı firuzə,yaqut,almaz daşlarından üzüklər hazırlayırlar.Amma heç bir üzük şahın fikirlərini dağıda bilmir.Günlərin bir günü bir dəmirçi saraya yaxınlaşır və şah üçün dəmirdən bir üzük hazırladığını bildirib deyir ki,bu üzük şahı bütün fikir və qəm dəryasından azad edəcək.Bunu gedib şaha çatdıranda,şah həmin dəmirçinin onun hüzuruna gətirilməsini əmr edir.Dəmirçi şahın hüzuruna gəlir və dəmirdən hazırladığı üzüyü şaha verib deyir. - Şah sağ olsun.Nə vaxt fikrə getsəniz bu üzüyə baxarsız... ... Dəmirçi şahın yanından cah-cəlalla çıxır.Bunu görən saray əhli soruşur. - Sənin dəmir üzüyünün sirri nədir ki,şahın qəm-qüssəsini dağıtdı.Bütün qiymətli üzüklərin görə bilmədiyini ,bir qırıq dəmir parçası gördü ? ...Sadə dəmirçi cavab verir... - Şərt qiymətdə deyil.Mən o üzüyün üzərinə bu sözləri yazmışam, "Bu da keçər" . ... Bunu eşidən saray əhli sadə dəmirçinin zəkasına afərin deyib,ona şahı bu bəladan qurtardığı üçün təşəkkür etdilər... Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 24 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 DarK_MoNSteR, təkcə şəkillər deyil, əlindən gələn istənilən bir şey edə bilərsən... Kamran, çox sağ ol Qardaş Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 24 Temmuz 2012 Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 ...Maksim_252 , halal xoşun... Alıntı Link to comment Share on other sites More sharing options...
DieseL Mesaj tarihi: 24 Temmuz 2012 Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 Müəllifin adı hekayədə qeyd olunub. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 24 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 Diesel, çox sağ ol... hələ ki hamısını oxumamışam deyə görməmişəm... bir daha təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
•SaiD• Mesaj tarihi: 24 Temmuz 2012 Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 İbrətamiz hekayə Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı. Işi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isə xəzinədə idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaq mümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı. Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: “Görəsən nə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinənin qapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı. Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı: “Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi. Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. Indi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə. Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklə dolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər. Imza: SaiD!!! “ sene ugurlar Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 24 Temmuz 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 said, çox sağ ol... Dostlar, burda yazılan bütün hekayələr kitabda yer alacaq amma belə pis çıxmasın müasir hekayələr də paylaşsanız çox gözəl olar... Çünki, şahlar haqqında hekayələrə o qədər də maraq qalmayıb... Ümid edirəm ki, məni düz başa düşərsiniz... Alıntı Link to comment Share on other sites More sharing options...
•SaiD• Mesaj tarihi: 24 Temmuz 2012 Paylaş Mesaj tarihi: 24 Temmuz 2012 maksim menim yazdigim hekaye ibretlik hekayesidi eksine indi qedim dovrun hekayelerine maraq var indikiler nediye qiz oglanan gorusdu onu eledi bunu eledi Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.