Jump to content
Forum Windows-az.com

Windows-az - çıların kitabı


Maksim_252

Recommended Posts

Proqramlar telegramda
  • Yanıtlar 135
  • Oluşturuldu
  • Son yanıt

Konuya en fazla mesaj yazanlar

"Mövlana"dan qısa bir hekayə sizlərə hədiyyə:

 

Bir gün Mövlana evə girər və xanımı ondan soruşar...

bu qədər aşiqsən Mövlaya...şükürlər olsun bu eşqi yaşayıb yaşadana..."yaxşı mənə nə qədər aşiqsən"- deyə soruşar

Mövlana xanımının sualına belə cavab verir...

Sən mənim Yaradandan ötəri yaradılana sevgim, Bir addım gələnə on addım gedişimsən...

Və hər kəsi olduğu kimi qəbul etməyimsən...

Sən mənim Bu günümə şükr və sabahıma dua edişim, azla yetinməyim, çoxa göz dikməməyimsən, Və bağlanmayan ovuc içimsən.

Link to comment
Share on other sites

aze_danger959, canın sağ olsun...

 

Görəsən hekayəmiz davam edəcəkmi?

 

Hekayənin türkcə olmasına baxmayaraq hekayə mənə məxsusdur..

 

Biri varmış, biri yokmuş. Bir Melek varmış. Bu melek meleklerin en güzeliymiş. Bir gün sessiz bayram günü Melek yere inmeye karar vermiş. Bunu duyan diyer melekler ağlamaya başlamış. Meleklerin en güzelinin aralarından ayrılmasına hangi kalp dayanır ki? Neyse Meleklerin en güzeli dünyaya bebek gibi inmiş. Meleklerin en güzeli olduğu gibi bebeklerin de en güzeli olmuş. Bir hayli zaman geçmiş, Bebek büyümüş.“Bebeyin” güzelliyi bir zerre kadar da eksilmemiş. Aksine daha da güzelleşmiş. Hatta güzelliyine bir tatlılık ilave olunmuş. Artık meleyin yere indiyi gün sessiz diyil öyle bir kutlanıyormuş ki, sesleri şehrin her bir yerinde duyuluyormuş. Bebek büyümüş ve dünya güzeli olmuş.

Zaman geçiyormuş. Güzel kız da her geçen zamanda daha da güzelleşiyormuş. Sim – siyah, güzel gözleri, siyah saçları görenlerin aklını başından alıyormuş ama hiç biri bu kızı sevemiyormuş. Çünkü hiç kimse ona yaklaşmaya cüret edemiyormuş.

Zaman zamanı, güzellik de kızı takip ediyormuş. Güzellik kızı takip etdiyi zamanda bir genç bu güzelliyi taşıyan Melek yüzlü kızı görmüş ve aşık olmuş. Tanışmışlar ve ilk önce gencin sevgisi dostlukla başlamış.

Önceleri arkadaşlıkları çok iyi gidiyordu. Hatta Melek bu genci kardeşi gibi görüyormuş. Ama Aşık genç bu hislerin tam tersini yaşıyormuş. Zaman zamanı üsteledikce Genç çocuğun da bu günkü sevgisi de dün yaşadığı aşkı üsteliyormuş. Çocuk yüreyindekileri kıza söylemek istiyormuş ama gönlüne dokunur diye söyleyemiyormuş.

Artık genç aşık bekledikce kızın kendisine olan kardeş sevgisinin artdığını hiss ediyor. Nihayette genç aşık yüreyinden geçenleri kıza haber olarak gönderir.

O günden bütün hayalleri hiç olur. Düşüncelerinde hiç yanılmamışdı. Söylenenler kızın kalbini yaralamış ve kız onu seven gence öfkeyle bakıyormuş. Gencin sevgisini bir türlü kabullenemiyormuş. Genç bunların olacağını biliyordu. Çok üzgündü. Ne yapacağını bilmiyordu. Sonda bütün cesaretini toplayıp kıza yaklaşdı ve ona söylenenleri unutup arkadaşlığı devam ettirmeyi istedi. Ama sanki kızın yüreyi mühürlenmişdi. Kız gencin bu isteyini redd ederek gencin ömrünü karartdı. Kız gencin zaman geçdikden sonra yeniden aşk itirafı duyacağını zann ettiği için dostluk teklifini redd etmişdi.

Ömrü kararmış genç artık hayata küsmüştü. Çünkü meleyi de ona küsmüştü. Artık bu kız tam bir yıldır gençle hiç konuşmuyor. Konuşmadığı her geçen gündeyse genç daha da yıkılıyor.

Bu olanlardan sonra genç bir daha sevmeğeceyine, sevecekse kalbinde gömeceğine söz verir. Hiç bir kıza kötü söz söylemedi, zaten de söylemiyordu. Yalnızca sevdiği kıza bakıyordu. Ondan sonra artık hiç bir kıza bakmadı.

Tanrımız gencin sevgi için çarpan kalbini görüp onu güzeller güzeli bir kızla tanıştırdı. Artık genç ve onu seven kız çok mutlu bir sevgi hikayesi yaşıyorlar.

Şimdi bu hikayeyi Melek okuyorsa Melekden barış teklif ediliyor. Genç aşığın sizin arkadaşlığınıza ihtiyacı var. Artık hiç bir zaman kız kardeşten seçilmeyeceğine söz veriliyor ve Yemin ediliyor.

Şimdi Genç aşığın üzüne gülümseye ve Arkadaşlık hikayesini devam ettire bilirmisiniz?

 

(Hörmətli Oxucu, sizcə nəticə necə olacaq???)

Link to comment
Share on other sites

aze_danger959, bu hekayədə bir az dəyişiklik edib qohumuma və qrup yoldaşıma göndərmişdim... Təbrik mesajları içində ən çox xoşladıqları bu olmuşdu. İndi qrup uşaqları yalvarırlar ki mənim üçün də yaz... wink

 

Hekayəni bəyəndiyinə sevindim... Mənə də maraqlıdır, Görəsən kim tamamlayacaq?

Link to comment
Share on other sites

Hər sabah olduğu kimi yenə də

həmin qadın ağ rəngli əsası ilə

ayaq qoyduğu yerləri yoxlayaraq,

ehtiyatla avtobusa mindi.

Sürücü «Soldan 3-cü yer boşdur

xanım», — deyərək, ona yer

tapmaqda köməkçi olmaq istədi.

Qadın cavan və gözəl bir xanım

idi. Həyat yoldaşısa Hərbi Hava

Qüvvələrinin zabiti idi. Bir neçə ay

bundan qabaq səhv bir diaqnoz

nəticəsində həyata keçirilən

əməliyyatda bu gənc qadın

görmə qabiliyyətini tamamilə

itirmişdi. Əməliyatdan sonra acı

xəbəri eşidən əri isə çox məyus

olmuşdu. Amma həmin anda belə

özünü toplayaraq soz vermişdi..-

arvadını əsla tək qoymayacaq,

ona sonuna qədər dəstək olacaq,

öz ayaqları üzərində durana

qədər ona cəsarət verəcəkdir.

Beləcə günlər bir-birini əvəz edir,

qadın isə hər keçən gün özünü

daha da pis hiss edir, çox sevdiyi

həyat yoldaşına yük olduğunu

düşünürdü. Arvadının bu sıxıntılı,

özünəqapalı vəziyyəti əri

kədərləndirirdi. Tez bir zamanda

bir çarə tapmalı idi. Yoxsa həyat

yoldaşı getdikcə özünə qapılaraq

dünyasından yox olacaqdı.

O bütün günü ömür-gün

yoldaşına necə kömək edə

biləcəyini düşünürdü. Birdən

ağlına yoldaşının keçmiş iş yeri

gəldi. Amma bunu ona necə

deyəcəkdi? Çünki o artıq hər

şeydən inciyən kövrək bir insan

olmuşdu. Bununla belə bütün

cəsarətini toplayaraq axşam çağı

arvadını məsələdən xəbərdar edir

Həyat yoldaşı dəhşətlə «Mən

bunu necə edə bilərəm, axı mən

koram» — deyə qışqırdı. Ona

dəstək olacağını, onu hər gün özü

ilə işə aparacağını və axşam işdən

gətirəcəyini bildirdi. Onu yaxşı

tanıdığını və bu işi bacara

biləcəyini ona deyirdi.

Qadın ümidsiz halda onun

təklifini qəbul edir. Çünki ərini çox

sevirdi, buna görə də onun

qəlbinə dəymək istəmirdi.

Fədakar ər hər səhər arvadını işə

gətirir və axşamlar işdən sonra

onun dalınca gəlirdi. Ancaq ər

daha çox şey istəyirdi… Özünə

söz vermişdi ki, sonuna qədər

gedəcəkdi.

Bir gün axşamçağı arvadına «işə

daha sən özün tək gedib-

gəlməlisən», — dedi. Qadın

dəhşətə gəlmişdi. Bunu heç vaxt

edə bilməyəcəyini deyir. Sözünə

təkid edən ərini görüncə yenə

onun sözünü yerə sala bilmir.

Əslində bunu özü də istəyirdi,

amma özünə o qədər də güvənci

yox idi.

Artıq hər səhər qadın özü

avtobus dayanacağına gedir, özü

avtobusa minir və özü

avtobusdan düşərək işinə gedirdi.

Günlər bir-birini qovalayırdı. Artıq

heç bir çətinlik və maneə yox idi.

Günlərin birində yenə avtobusa

minərkən sürücü ona, «sizə lap

qibtə etmək olar, ay xanım», —

dedi.

Qadın «niyə», — deyə, soruşur.

— Çünki hər səhər sizin arxanızca

gənc bir zabit avtobusa minir,

bütün yol boyunca sevgiylə sizə

baxır, avtobusdan endikden

sonra da yaşıl işıqda yolun qarşı

tərəfinə keçməyinizi gözləyir. Siz

binaya girdikdən sonra da

arxanızdan öpüş yollayıb, sizə

heyranlıqla əl edir.

Bax "Sevgi budur"...!

 

Bilmirəm xoşunuza gələcək ya yox.Dosstumun facebookda paylaşdığır.

Link to comment
Share on other sites

Allahsız Professor və Ağıllı Tələbə

 

 

 

Professor dərsdə tələbənin birinə sual verir:

 

- Hər nə varsa, Allah yaradıb?

 

-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.

 

-Allah hər şeyi, həəər şeyi yaradandır?

-Əlbəttə, ser.

O zaman professor belə dedi: - Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?

Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:

- Professor, sizə sual vermək olar?

-Buyur.

Tələbə ayağa qalxaraq sual verdi:

-Professor, soyuq mövcüddür?

-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:

- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.

Tələbə davam etdi:

-Professor, bəs qaranlıq mövcuddur?

-Əlbəttə mövcuddur.

- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.

Sonda tələbə bir daha sual verdi:

- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?

- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.

Buna cavab olaraq tələbə:

- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!

 

Bu tələbənin adı Albert Eynşteyn idi!

 

 

Təsirləndirici hekayə, çox xahiş edirəm sona qədər oxuyun...

 

 

 

Orta yaşlı kişi ve 25 yaşlı oğlu qatara minirlər, öz yerlərini tuturlar. Gənc oğlan pəncərə tərəfdə əyləşir.

 

Qatar yola çıxır, oğlan əlini pəncərədən çıxarır, birdən heyrətlə qışqırır:

 

- Ata bax, qatar getdikcə ağaclar geridə qalır.

 

Ata cavabında gülümsəyir. Gənc oğlanın yanında 2nəfər əyləşmisdi. Onlar təəccübləndi, 25 yaşlı insan özünü uşaq kimi aparır.

 

Oğlan birdən yenə qışqırır:

 

… - Ata bax, göl, heyvanlar . . .

 

Buludlar qatarla bərabər hərəkət edir.

 

Digər 2nəfər yenə təəccüblənir.

 

Yağış başlayır. Damcılar oğlanın əlinə dəyir. Oğlan sevinclə:

 

- Ata, yağış yağır. Su əlimə dəyir. Görürsən ata?

 

Digər 2 nəfər oğlanın atasından soruşur:

 

- Oğlunuzu niyə klinikaya müalicəyə aparmırsız?

 

Atası:

 

- Biz elə indi klinikadan gəlirik. Oğlum bu gun ilk dəfə görə bilir.

 

 

 

bunlarda məndən inşallah tez bir zamanda hazır olar

Link to comment
Share on other sites

Elmir_Hamidi, bəli pdf olacaq. Amma sadə bir şey olmayacaq. Yəni yalnızca copy-paste etməyəcəm. Tamam başqa bir şey var fikrimdə...

Hekayə bilən dostların varsa sayta dəvət elə.. onlar da öz bildikləri hekayələri pylşsınlar. Beləliklə hekayə paylaşan userlər artar və kitab daha maraqlı olar...

Link to comment
Share on other sites

Hekayə 1

Özün düşün, özün qərar ver!

 

 

 

 

Bir zamanlar böyük bir dağda qartallar yuva qurarmış. Bir qartalda dört dənə yumurtası ilə bu dağda yaşarmış…

 

Bir gün bir zəlzələ olmuş və yumurtalardan bir dənəsi dağdan diyirlənə diyirlənə , kəntdə bir fermaya düşmüş. Bu ferma bir toyuq fermasıymış.

 

Fermadakı toyuqlar bu deyişik və normaldan böyük yumurtanı sahiblənməyə qərar vermişlər. Yaşlı bir toyuq bu yumurtanı qorumasi altına almış.

 

Bir gün bala qartal doğulmuş. Ətrafında toyuqları görmüş. və özünü bir toyuq bilmiş. Bütün toyuqlar da ona bir toyuq kimi davranmışlar.

 

Ailəsini də çox sevirmiş. İçindən bəzən mən kiməm? Çünki bunlara bənzəmirəm deyirmiş, amma O, bir toyuqmuş, bunu belə bilməliymiş...

 

Bir gün fermada oyun oynayarkən yuxarı baxdığında bir qrup qartalın azad uçduqlarını görmüş. "Aman Allahım, nə qədər gözəl uçurlar. Məndə onlar kimi uçmağı çok istəyərdim" demiş. Toyuqlar, bu düşüncəyə birlikdə gülmüşlər." Sən bir toyuqsan və toyuqlar uça bilməz demişlər.

 

Bala qartal, daha çox göy üzünə baxır və ucan qartallar kimi uçmaq azad olmaq istəyirmiş. Nə vaxt bu düşündüyünü dostlarına , ailəsinə desə, hamısından bu cavabı alırmış. " Sən bir toyuqsan. Unut bu xəyalları...."

 

Zamanla bala qartalda bunu qəbul etmiş. Xəyal qurmaqdan vazkeçmiş və həyatını bir toyuq olaraq yaşamağa qərar vermiş. Və həyatının sonu gəldiyindədə bir toyuq olaraq ölmüş...

 

 

Nə olduğunu düşünərsən o olarsan. Əgər həyatının hər hansı bir zamanın da, qartal olma xəyalını qursan xəyallarının ardından get... Toyuqların sözlərinin deyil.

 

 

 

 

Azərbaycanın İlk Milli Şəxsi İnkişaf portalının facebook səhifəsinə siz də qoşulun!

 

Hekayə 2

 

Atamı istəyirəm...

 

 

 

Ata yorğun-arğın evə qayıdanda 5 yaşlı uşağının qapının qarşısında dayanıb onu gözlədiyini gördü. Uşaq atasına, "Atacan, bir saatda nə qədər pul qazanırsan ?" deyə soruşdu. Onsuz da yorğun gələn ata, "Bu sənin işin deyil" deyə cavab verdi. Daha sonra uşaq "Ata, xahiş edirəm, bilmək istəyirəm "deyə təkid etdi. Ata" Əgər bu qədər çox bilmək istəyirsənsə, 20 manat "deyə cavab verdi. Bundan sonra uşaq "Yaxşı, mənə 10 manat borc verərsən?"deyə soruşdu.

 

Adam daha da əsəbləşib "Mənim sənin axmaq oyuncaqlarına və bu kimi şeylərinə ayıracaq pulum yoxdur, dərhal otağına get və qapını bağla "dedi.

Uşaq səssizcə otağına çıxıb qapını bağladı. Ata əsəbi-əsəbi "Bu uşaq nə cəsarətlə məndən 10 manat istəyir" deyə düşündü. Aradan bir saat keçdikdən sonra ata bir az sakitləşdi və uşağa pulu niyə istədiyini belə soruşmadığını düşündü, "Bəlkə də həqiqətən lazım idi". Yuxarı uşağının otağına çıxdı və qapını açdı. Yatağında olan uşağa, " Yatmısan?" deyə soruşdu. Uşaq "Xeyr" deyə cavab verdi.

 

"Götür, istədiyin 10 manat. Sənə bir az öncə sərt davrandığım üçün üzr istəyirəm. Amma uzun və yorucu bir gün keçirdim "dedi ... Uşaq sevinclə qışqırdı, "Təşəkkürlər atacan "... Həmin an yastığın altından digər əzik pulları çıxartdı. Atasının üzünə baxdı və yavaşca pulları saydı. Bunu görən adam daha da əsəbləşərək, "Pulun olduğu halda niyə məndən pul istəyirsən?. Mənim, sənin axmaq uşaq oyunlarına ayıracaq pulum yoxdur "deyə qışqırdı. Uşaq: " Pulum var idi amma kifayət qədər yox idi "dedi və üzündə utancaq bir gülüşlə pulları atasına uzatdı; "Atacan, götür 20 manat...İndi bir saatını mənə ayıra bilərsən mi ?..."

 

Hekayə 3

 

Kral və Müdrik Adam

 

 

 

"Bir zamanlar çox bədbəxt bir kral varmış. Xəyal edə biləcəyiniz hər şeyə sahibmiş. Amma yenə də xoşbəxt deyilmiş. Uzaq ölkələr də daxil olmaqla hər yerdən çoxlu sayda müdrik adamlar gəlmiş; amma yenə də kralı xoşbəxt edə bilməmişlər. Bir gün

 

Kral uzaq dağlarda yaşayan müdrik adamı çağırmalarını istəmiş. Dərdinə olsa olsa o çarə olar deyə düşünmüş. Yaşlı müdriki onun yanına gətirmişlər. Kral bədbəxtliyini izah etmiş və ona xoşbəxt olmağın yolunu göstərsə müdrikə nə istəsə verəcəyini söyləmiş. Müdrik bir az düşünmüş və demiş:

"Kralım, sizi xoşbəxt edəcək tək şey var: Ölkədə ən xoşbəxt adamı tapın və onun bir köynəyini borc alıb geyinin. Xoşbəxtliyin sirrini kəşf edəcək və çox xoşbəxt olacaqsınız. "

Bir dəfə geyindiyi paltarı bir daha geyinməyən, minlərlə köynəyə sahib zəngin kral, çox həyəcanlanmış. Adamlarını ölkənin hər yanına axtarışa göndərmiş. Adamları bütün ölkəni dolaşmışlar və hər kəs ölkənin ən xoşbəxt adamı olaraq eyni adamı göstərmiş. Kralın adamları ölkənin ən xoşbəxt adamını tapmışlar və heyrətlə görmüşlər ki, ən xoşbəxt adamın bir köynəyi belə yox imiş!

 

Hekayə 4

 

Quyuya Düşən Eşşək Məsəli...

 

 

 

 

Bir gün bir kəndlinin eşşəyi quyuya düşmüş. Heyvan saatlarla qara- qara düşünür, düşdüyü quyuda fəryad edirmiş. Kəndli isə quyunun başında oturmuş bu vəziyyətlə necə başa çıxacağını düşünürmüş.

 

Kəndli düşünüb daşınıb yaşlı heyvanı o quyudan qurtarmağa dəyməyəcəyinə qərar vermiş. Ona görə tək çarə quyunu və içindəki heyvanı torpaqla örtmək imiş. Kənddən bir neçə qonşusunu kömək üçün çağırmış. Kürəkləri əllərinə alıb, başlamışlar quyunun dibindəki eşşəyin üzərinə torpaq atmağa.

 

Yazıq heyvan başına gələnləri anlamış və acı-acı fəryad etməyə başlamış. Lakin bir müddət sonra təəccüblü bir şey olmuş, kürəkləri atdıqca heyvanın səsi də azalmağa başlamış və sonunda az qala heç səsi çıxmaz olmuş. Kəndlilər bu vəziyyətə təəccüblənmişlər və nələr olduğunu anlamaq üçün quyunun dibinə baxdıqlarında bir də nə görsünlər, hər atılan torpaq quyuda qatlar yaratmış və heyvan onlardan silkələnərək az qala quyunun ağzına qədər gəlməmiş mi? Onlar təəccüblə baxarkən bizim eşşək atmış addımları, sevinərək çölə çıxmış...

 

Həyat bəzən bizimdə üzərimizə kürəklə tozlar örtər. Bunlarla başa çıxmağın tək yolu şikayətlənib, sızlanıb dayanmaq deyil, bir düşünüb silkələnmək və bütün o tozlardan xilas olmaq, beləcə aydınlığa addım atmaqdır.

 

Bu yoldan heç bir zaman imtina etməyin, sadəcə silkələnin, tozlar üzərinizdən getsin və xoşbəxtliyə çatmağın bu 5 möcüzə qaydasını unutmayın:

 

1) Qəlbini kin və nifrətdən qoru.

 

2) Qəlbini gərəksiz narahatlıqlardan qoru.

 

3) Sadə yaşa, xoşbəxt yaşa, içdən sev.

 

4) Həyata qarşı sən daha verici ol.

 

5) Həyatdan həmişə daha az şey gözlə.

 

 

 

Azərbaycanın İlk Milli Şəxsi İnkişaf portalının facebook səhifəsinə siz də qoşulun!

 

hekayə 5

Bir Universitetin Hekayəsi

 

 

 

Kobud, solğun, köhnəlmiş paltarlar içindəki qoca ər – arvad utanqac bir əda ilə rektorun ofisindən içəri girər - girməz katibə yerindən atılaraq qarşılarını kəsdi... Bunlar kimi nə olduğu bilinməyən kəndlilərin Harvard kimi bir universitetde nə işləri ola bilərdi? Adam, yavaşca rektorla görüşmək istədiklərini dedi. Bu mümkün deyildi... Rektorun o gün onlara sərf edəcək 1 saniyəsi belə yox idi. Yaşlı qadın çəkingən bir səs tonu ilə “ Gözləyərik “ deyə mırıldandı. Onsuzda birazdan sıxılıb gedəcəklərdi... Katibə heç bir şey demədən masasına keçdi.

 

Saatlar keçdi qoca cütlük hələ də gözləyirdilər... Nəhayət katibə yerindən qalxdı “Sadəcə bir dəqiqənizi ayırın, yoxsa getmək fikirləri yoxdu“ deyərək rektoru razı salmağa çalışdı. Gənc rektor həvəssiz bir şəkildə qapını açdı. Yaşlı qadın dərhal sözə başladı. Harvardda oxuyan oğullarını 1 il əvvəl bir qəzada itirmişdilər. Oğulları burada çox xoşbəxt imiş, onun xatirəsinə universitet daxilində bir yerdə, bir abidə kimi bir şey qoydurmaq istəyirdilər.

 

Rektor bu təsirli hekayədən duyğulanmaq yerinə hirsləndi. “ Madam “ dedi, sərt bir səslə “ Biz Harvardda oxuyan və sonra ölən hər kəs üçün bir abidə qoysaq bura qəbiristanlıq olar “. “ Xeyir, xeyir “ deyə qışqırdı yaşlı qadın “ Abidə yox, bəlkə Harvarda bir bina əlavə etdirə bilərik “. Rektor köhnəlmiş paltarlara nifrət dolu bir nəzərlə baxaraq “ Bina? “ deyə təkrarladı. “ Siz bir binanın nə qədər pula başa gəldiyini bilirsiniz? “ Sadəcə axırıncı tikdirdiyimiz korpusa 7 milyon dollar xərcləndi. Söhbəti bağladığını düşündü, artıq bu qocalardan canı qurtaracaqdı. Yaşlı qadın üzünü yoldaşına çevirərək “ Universitet inşa etmək üçün lazım olan pul budur? Yaxşı, elə isə biz niyə öz universitetimizi inşa etdirmirik? “. Rektorun üzü qarmaqarışıq idi. Qoca kişi başı ilə təsdiqlədi. Stanfordlar bayıra çıxdılar.

 

Şərqi Kaliforniyaya, Palo Altoya gəldilər. Və Harvardın artıq əhəmiyyət vermədiyi oğulları üçün onun adını əbədi yaşadacaq olan universiteti inşa etdirdilər. Amerikanın ən prestijli universitetlərindən birini - STANFORDU...

Link to comment
Share on other sites

hekayə 6

Kəndli ilə Canavar

 

 

 

Bir Canavarı ovçular pis sıxışdırmışlar. Qurd meşədə oraya bura qaçar, ancaq arxasındakı ovçuları heç cür dəf edə bilməz. Canını qurtarmaq üçün dəli kimi qaçarkən bir kəndliyə rast gələr. Kəndli əlində yabasıyla tarlasına girməkdədir. Qurd adamın önünə çökər və yalvarmağa başlar: “ Ey insan nə olar kömək et mənə, arxamdakı ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən kömək etməsən bir az sonra məni tutub öldürəcəklər. “ Kəndli bir an düşündükdən sonra yanındakı boş çuvalı açar, qurda içinə girməsini söyləyər. Çuvalın ağızını bağlayar, kürəyinə atar və getməyə davam edər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular kəndliyə bu ətrafda bir canavar görüb görmədiyini soruşarlar, kəndli “ görmədim “ deyər və ovçular uzaqlaşar.

 

Ovçuların yaxşıca uzaqlaşdığından əmin olduqdan sonra kəndli kürəyindəki torbanı endirər, ağızını açar, qurdu çölə çıxarar. " Çox təşəkkür edirəm " deyər qurd, “ Mənə böyük bir yaxşılıq etdin. “ “ Əhəmiyyətli deyil " deyər kəndli və tarlasına getmək üzrə getməyə başlar. “ Bir dəqiqə ” dayan deyə səslənər qurd: Çox uzun zamandır bu ovçulardan qaçıram, çox əldən düşmüşəm, qüvvətimi toplamağım üçün bir şeyler yeməyim lazımdır və burada səndən başqa yeməli bir şey yoxdur. " Kəndli çaşar: “ Axı, mən sənin həyatını xilas etdim. “ “ Edilən yaxşılıqlardan, verilən xidmətlərdən daha tez unudulan bir şey yoxdur “ deyər qurd. “ Mən də öz çıxarım üçün sənin yaxşılığını unutmaq və səni yemək məcburiyyətindəyəm. ” Bir müddət mübahisə etdikdən sonra, meşədə qarşılarına çıxacaq olan ilk üç adama bu mövzunu soruşmağa və ona görə davranmağa qərar verirlər. Qarşılarına əvvəl yaşlı bir uzunqulaq çıxar. “ Nə vəfası “ deyər uzunqulaq, “ Mən sahibimə illərcə xidmət etdim, yüklərin daşıdım, gəzdirdim. Bir işə yaramadığımda məni beləcə qapıya qoydu. ..” Bir sıfır önə keçən qurd sevinərkən bir itə rast gələrlər. “Mən xidmətin dəyərini bilən bir sahib görmədim ” deyər it, " İllərdir sədaqətlə xidmət edirəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hücum edərəm, amma o məni hər gün təpiklər, çubuqla vurar..." Qurd kəndliyə dönər, “ Bax gördün “ deyər.

 

Kəndli də son bir səylə “ Amma üç deyə danışmışdıq, birinə daha soruşaq, sonra məni ye “ deyə cavab verər. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarından keçənləri, izah edərlər. Tülkü həmişə nifrət etdiyi qurda bir oyun oynayacağı üçün sevinər. “ Hər şeyi anladım amma…” deyər tülkü “ Bu kiçik torbaya sən necə yerləşdin? “ Qurd bir şeylər söyləyər, tülkü inanmamış kimi edər: “ Gözümlə görmədən inanmam...” Işin sonuna gəldiyini düşünən qurd torbaya girər girməz, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağzını möhkəmcə bağlayar. Kəndli əlinə bir daş götürər və “ Məni yeməyə çalışdın həə, nankor varlıq “ deyərək torbanın içindəki qurdu öldürər.

 

Sonra tülküyə dönər “Sənə minnəttaram məni bu qurddan qurtardın “ deyər. Tülkü də “ Mənim üçün bir zövq idi “ deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə ilişər, bu kürkü satsam cox pul edər, pulu düşünər və və qəfildən əlindəki daşı tülkünün başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu torbadan atar:

 

“ Haqlıymışsan qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş… “[

 

Hekayə 7

 

Möcüzə

 

 

 

 

Sally, kiçik qardaşı Corc haqqında ana və atasının danışdıqlarını eşitdiyi zaman hələ səkkiz yaşı vardı. Qardaşı çox xəstə idi və onu xilas edə bilmək üçün əllərindən gələn hər şeyi etmişdilər. Corcun yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı, lakin bunun üçün kifayət qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi Sally: " Ancaq bir möcüzə onu xilas edə bilər." Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı qumbarasını (pul qabı) gizlətdiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Çaşmamaq üçün tam üç dəfə saydı qumbaradan çıxardığı qəpikləri. Sonra hamısını cibinə qoyaraq tələsik evdən çıxıb, küncdəki aptekə getdi. Əczaçının diqqətini çəkə bilmək üçün böyük bir səbirlə gözlədi. Əczaçı çox məşğul idi və bir adama dərmanlarını necə istifadə edəcəyini izah edirdi. Bu qədər işin arasında səkkiz yaşındakı bir uşaqla maraqlanmağa heç niyyəti yox idi, amma Sally- nin gözlədiyini gördükdə " Bəli, nə istəyirsən de görək " dedi. " Bir az cəld ol, gördüyün kimi cənabla maraqlanıram " deyərək yanındakı qəşəng geyimli adamı göstərdi. Sally " Qardaşım " dedi. Səssizcə udqunduqdan sonra davam etdi: " Qardaşım çox xəstədir, bir möcüzə almaq istəyirəm." Əczaçı Sally- yə baxaraq " Başa düşmədim " dedi. " Şeyy, atam onu ancaq bir möcüzə xilas edə bilər ” dedi, bir möcüzə neçəyədir, cənab? " Əczaçı Sally- yə sevgi və kədərlə baxdı bu dəfə: " Təəssüf edirəm kiçik qız, biz burada möcüzə satmırıq, sənə kömək edə bilməyəcəyəm " dedi. Sally o qədər asan imtina etmək istəmədi. Əczaçının gözlərinin içinə baxaraq " Qarşılığını ödəmək üçün pulum var mənim, mənə yalnız qiymətini söyləməniz kifayətdir " dedi. Bu vaxt Sally və əczaçının yanında gözləyən yaxşı geyimli bəy Sally- yə dönərək " Nə növ bir möcüzə lazımdır qardaşın üçün kiçik xanım? ” deyə soruşdu. " Bilmirəm " dedi Sally. Sonra gözlərindən aşağı süzülən yaşlara fikir vermədən davam etdi: " Tək bildiyim, o çox xəstədir və anam əməliyyat keçirməzsə xilas ola bilməyəcəyini söylədi və ailəmin də əməliyyatı ödəyə biləcək pulu yoxdur. Amma atam “ Onu ancaq bir möcüzə xilas edə bilər ” dedikdə mən də pulumu alıb bura gəldim." " Nə qədər pulun var? " deyə soruşdu yaxşı geyimli adam. " Bir dollar və on bir sent " dedi Sally. " Və dünyadakı bütün pulum budur! " " Bu yaxşı bir şansdır, kiçik qardaşını qurtarmaq üçün lazımlı olan möcüzə üçün kafidir bu pul " dedi, yaxşı geyimli adam. Adam bir əlinə pulu alıb, o biri əliylə də Sally- nin əlini tutaraq " Məni yaşadığın yerə apararsanmı? " deyə soruşdu. " Kiçik qardaşını və ailəni tanımaq istəyirəm " dedi. Yaxşı geyimli adam Dr. Carlton Armstronq idi və Corc üçün lazımlı olan əməliyyatı edə biləcək tanınmış bir cərrah idi. Əməliyyat müvəffəqiyyətlə nəticələnmiş və ailə heç bir çətinlik çəkməmişdi. Birlikdə xoşbəxtlik içində evlərinə döndükləri zaman hələ yaşadıqları hadisələrin təsirindən xilas ola bilməmişdilər. Ana " Hələ də inana bilmirəm. Bu əməliyyat bir möcüzədir! Doğrusu xərci nə qədərdir maraqlıdır " dedi. Sally öz- özünə gülümsədi. O bir möcüzənin neçəyə başa gəldiyini çox yaxşı bilirdi. Tam bir dollar və on bir sent!...

 

hekayə 8

 

Çirkin görünən şeylərin pərdə arxası

 

 

 

 

 

Çirkin ördək balası hekayəsini yəqin ki, hamınız eşitmisiniz. Elə isə hamının çirkin hesab edib, ələ saldığı ördək balasının əslində ən gözəl quşlardan biri olan Qu quşu olduğunu da unutmamısınız. Həyatda gözəlliklərlə yanaşı çirkin görünən məqamlarla da qarşılaşırıq. Əslində yaradılışı və təbiəti etibarilə heç bir şey çirkin deyildir, çünki həyatdakı hər şey ya bilavasitə gözəldir, ya da nəticə etibarilə gözəldir. Çirkin görünən şeylərdəki gözəllikləri kəşf etmək isə bizə düşür.

 

Günəş və ay parlaq olub işıq sahibləridir, yəni bilavasitə gözəldirlər. Buludlar və gecə isə ilk baxışda qaranlıq görsənirlər, lakin buludları keçərsəniz, günəşə varar, gecəni dələrsəniz, gündüzə qovuşarsınız. Bunlar da nəticə etibarilə gözəldir. Eynilə bu misal kimi, meyvə bilavasitə gözəldir, dərman nəticəsi etibarilə. Yemək bilavasitə gözəldir, pəhriz nəticəsi etibarilə. Gül bilavasitə gözəldir, gübrə nəticəsi etibarı ilə.

 

Hekayə 9

 

Dörd Kəpənək

 

 

 

Dörd kəpənək bir gün bir alov görürlər. Bunun necə bir şey olduğunu öyrənmək istəyirlər. Birinci kəpənək alova bir az yaxınlaşır və üzərinin işıqlandığını görür. Yoldaşlarının yanına gəlir və:

 

“Bu alov işıqlandırıcı bir şeydir! “ deyir..

 

İkinci kəpənək bununla kifayətlənməyərək daha çox şey öyrənmək istəyir. Bir az daha yaxınlaşır və isti olduğunu hiss edir…

 

“ Eyni zamanda bu alov isidici bir şeydir! “ deyir..

 

Üçüncü kəpənək bununla da kifayətlənməyib, bir az daha yaxınlaşır. Bir anda alovun qanadlarını yaladığını hiss edir və yanmış qanadlarıyla geri dönür… Dostlarına belə deyir:

 

“ Və bu alov yandırıcı bir şeydir! “

 

Sonuncu kəpənək daha da çox şey öyrənmək istəyir. Bir az yaxınlaşır, işıqlandığını görür. Bir az yaxınlaşır, istiləndiyini hiss edir. Bir az daha yaxınlaşdıqda alov qanadlarını qovurur.

 

Və bir az daha yaxınlaşdıqdan sonra tamamilə yanan kəpənək "poff !" deyə gözdən itir…

 

Alovun həqiqətən nə olduğunu bəlkə də bir tək o öyrənir amma geri dönüb söyləyə bilmir… Çünki o alovun içində itir… Və bir şeyi, ancaq alovun içində itən görə bilərdi!…

 

 

Hekayə 10

 

Dörd Kəpənək

 

 

 

Dörd kəpənək bir gün bir alov görürlər. Bunun necə bir şey olduğunu öyrənmək istəyirlər. Birinci kəpənək alova bir az yaxınlaşır və üzərinin işıqlandığını görür. Yoldaşlarının yanına gəlir və:

 

“Bu alov işıqlandırıcı bir şeydir! “ deyir..

 

İkinci kəpənək bununla kifayətlənməyərək daha çox şey öyrənmək istəyir. Bir az daha yaxınlaşır və isti olduğunu hiss edir…

 

“ Eyni zamanda bu alov isidici bir şeydir! “ deyir..

 

Üçüncü kəpənək bununla da kifayətlənməyib, bir az daha yaxınlaşır. Bir anda alovun qanadlarını yaladığını hiss edir və yanmış qanadlarıyla geri dönür… Dostlarına belə deyir:

 

“ Və bu alov yandırıcı bir şeydir! “

 

Sonuncu kəpənək daha da çox şey öyrənmək istəyir. Bir az yaxınlaşır, işıqlandığını görür. Bir az yaxınlaşır, istiləndiyini hiss edir. Bir az daha yaxınlaşdıqda alov qanadlarını qovurur.

 

Və bir az daha yaxınlaşdıqdan sonra tamamilə yanan kəpənək "poff !" deyə gözdən itir…

 

Alovun həqiqətən nə olduğunu bəlkə də bir tək o öyrənir amma geri dönüb söyləyə bilmir… Çünki o alovun içində itir… Və bir şeyi, ancaq alovun içində itən görə bilərdi!…

 

 

Hekayə 11

 

Ölümə tərk edilən pişik

 

 

 

 

 

Çox qədim zamanlarda bir qadın vardı. Bu qadın sanki təmizlik xəstəsi idi. Səhər açılan kimi ev təmizliyinə başlayır, axşama qədər təmizliyə davam edirdi. Evin hər hansı bir yerində bir toz görsə hövsələdən çıxır və əsəb keçirirdi. Bu gərəksiz, həddindən artıq vasvasılıq onun əsəblərini korlamışdı, ətrafında sanki terror havası əsdirirdi.

 

Analarının bu vəziyyətindən uşaqları da bezmişdi. Çünki evdə istədikləri kimi oynaya bilmirdilər. Buna görə kim bilir neçə dəfə anaları tərəfindən döyülmüşdülər. Onlar üçün evin bir həbsxanadan fərqi yox idi.

 

Analarının olmadığı bir gün uşaqlar küçədən çox şirin bir pişik balası gətirdilər. Bala pişik çöldə üşümüşdü və qarnı da aç idi. Analarının heyvanlara qarşı sərt bir tutumu vardı. Uşaqlar daha əvvəl evdə bir pişik bəsləmək istədiklərini söyləmişdilər. Amma o, buna şiddətlə qarşı çıxmışdı.

 

Aralarında düşünüb qərar verdilər. Pişiyi evə alacaqdılar və onunla bir az maraqlandıqdan sonra anaları görmədən çölə çıxaracaqdılar.

 

Pişiyi evlərinə aldılar və qarnını doydurdular. Qarnı doyan pişik uşaqlarla oynamağa başlamışdı. Bu halda pişiklə oynayarkən saatın tez keçdiyinə diqqət edə bilməmişdilər. Bu sırada evin hər tərəfi də dağılmışdı.

 

Analarının gəlmə saatının yaxınlaşdığını fərq edən böyük qardaş, digər qardaşlarına pişiyi dərhal evdən çıxarmaları lazım olduğunu söylədi. Çünki anaları evin bu halını görməməli idi. O gəlmədən dərhal evi təmizləmələri lazım idi.

 

Tam bu sırada qapı açıldı və içəriyə anaları girdi. İçərinin dağınıqlığını görən qadın hirsdən dəliyə dönmüşdü. Bir yandan qışqırıb bağırır, bir yandan əlinə keçirdiyi şeyləri uşaqlarına atırdı. O əsnada gözü bala pişiyə ilişmişdi.

 

- Deməli məndən xəbərsiz evə pişik almısız. Bax indi mən sizə nə edim? Dərhal otağınıza çıxın. Sizə müddətsiz evdən çölə çıxma qadağanı qoyuram, dedi. Pişiyi də əliylə götürüb anbara atdı. Yazıq pişik çox qorxmuşdu. Qadın, anbarın qapısını kilidlədi və qışqıraraq belə dedi:

 

- Bu pişiyi bura kilidləyirəm. Açarı da məndədir. Sizə bir cəza olsun, pişik burada aç susuz qalacaq və öləcək. Hünəriniz var biriniz onu buradan çıxarmağa çalışsın, görün onda bu evdə nələr olacaq!

 

Bu sözləri eşidən uşaqlar çox qorxmuşdu. Otaqlarından çölə çıxa bilmirdilər. Yazıq pişik isə miyovuldayıb dayanırdı. Pişiyin bu yazıq- yazıq miyovuldamaları daş ürəkli qadının ürəyini yumşaltmırdı.

 

- Oh olsun sənə. Ölənə qədər səni oradan çıxarmayacağam, deyirdi.

 

Aradan günlər keçdi və pişiyin miyovuldaması dayandı. Pişik ölmüşdü və anbardakı qoxu evin içinə yayılırdı. Qadın pişiyi anbardan çıxarıb çöldəki zibil qutusuna atdı…

 

Bu hekayə burda bitir. Baş verənləri siz özünüz mühakimə edin və nəticə çıxarın. Bir şeyi unutmamaq şərtilə "Mərhəmət etməyənə mərhəmət olunmaz."

 

Və bir ana evin tərtib və nizamı pozulur deyə uşaqlarını oyun oynamaqdan məhrum etməməlidir. Evin müəyyən bir qismini oyun yeri olaraq ayırmalı və uşaqlarını məhdudlaşdırmamalıdır.

 

Hekayə 12

 

Bir şey ancaq dəyərini bilənin yanında qiymətlidir

 

 

 

 

 

Vaxtilə peşəsində mütəxəssis olan bir şəxs, illərcə yanında yetişdirdiyi şagirdini sınamaq istəyir. Onun əlinə iri bir brilyant verib: "Oğlum, bunu al, qarşına hər çıxan biznesmenə göstər və nə qədər pul verdiklərini soruş, ən axırda isə zərgərə göstər. Brilyantı heç kimə satmadan yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə bildir."

 

Şagird, əlində brilyant bir baqqal dükanına girir və "Bunu alarsınızmı?" deyə soruşur. Baqqal parlaq bir muncuğa bənzətdiyi ləl- cəvahiratı alır; əlində o tərəf, bu tərəfə çevirir, sonra: "Buna bircə lirə verərəm. Bizim uşaq oynasın" deyir. Şagird təşəkkür edib çıxır. Bir manufakturaçıya gedir. O da parlaq bir daşa bənzətdiyi ləl-cəvahirata ancaq beş lirə verməyə razı olur. Üçüncü olaraq dərziyə gedir: " Buna nə verərsiniz? " deyə soruşur. Dərzi belə bir baxır, "Bu…" deyir "mənim tikdiyim paltarlara yaxşı bəzək olar. Bundan qaş dediyimiz bəzəklərdən edərəm. Buna on lirə verərəm."

 

Şagird son olaraq zərgərə gedir. Zərgər ləl- cəvahiratı gördükdə yerindən dik atılır. " Bu qədər böyük brilyantı haradan tapdın? " deyə heyrətlə qışqırır və dərhal əlavə edir. " Buna neçə lirə istəyirsən? " Şagird soruşur: " Siz nə qədər verirsiniz? "

 

Zərgər : " Nə istəsən verərəm. "

 

Şagird, " Xeyr verə bilmərəm." deyə daşı almaq üçün uzandıqda zərgər yalvarmağa başlayır: " Nə olar bunu mənə sat. Dükanımı, evimi, hətta torpaqlarımı verim." Şagird əmanət olduğunu, satmağa səlahiyyəti olmadığını, ancaq qiymət öyrənməsini istədiklərini izah edənə qədər bir xeyli dil tökür. Ustadının yanına dönən şagird böyük bir təəccüblə macərasını ona danışır. " Bundan nə anladın? " deyə ustadı soruşur. Şagirdin verdiyi cavab çox doğrudur: "Bir şey ancaq dəyərini bilənin yanında qiymətlidir."

 

Həyatda dəyər bilənlərdən olmağınız arzusuyla…

 

Maksim qaqa gəlmirlər üzlərinə daş yamanıb xex=)

 

hekayə 13

 

Yolumuzdakı maneələr

 

 

 

Qədim zamanlarda bir kral, saraya gedən yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərədə oturmuşdu. Baxaq görək nələr olacaq?

 

Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri bir- bir gəldilər, səhərdən günortaya qədər hamısı qayanın ətrafından dolanıb saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi yığır, amma yolları təmiz tuta bilmir. Sonda bir kəndli gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəki səbəti yerə qoydu, iki əli ilə qayanı qucaqladı və gücənə- gücənə itələməyə başladı. Sonda qan tər içində qalsa da qayanı yolun kənarına çəkdi. Tam səbətini yenidən kürəyinə alırdı ki, qayanın köhnə yerində bir kisənin dayandığını gördü. Kisəni açdı… Kisə qızıl dolu idi və içində də kralın qeydi vardı … "Bu qızıllar qayanı yoldan çəkən adama aiddir " deyirdi kral. Kəndli, bu gün də bir çoxumuzun diqqət etmədiyi bir dərs almışdı.

 

 

 

Hər maneə, həyat şərtlərimizi daha da yaxşılaşdıra biləcək bir fürsətdir…

Link to comment
Share on other sites

Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:

 

'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik… Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm. 1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə, sən mənimsən yenə də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əksik olursa, məsələn, 99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür...

 

Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir…

 

Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.

 

Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.

 

Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur: 'Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim.Say bunları, bircə şeyi unutma ki 100cü gül

dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...'

 

Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır… Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar sancmışdı. Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir...

 

Və beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır.

Link to comment
Share on other sites

  • 5 hafta sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...

×
×
  • Create New...