Jump to content
Forum Windows-az.com

Windows-az - çıların kitabı


Maksim_252

Recommended Posts

Dönməzlik

Stalin qatarda M.Ə.Rəsulzadə ilə gedərkən.

-Emin oyaqsan?

-Buyurun, Koba.

Stalin kupeyə daxil olur. Məhəmmədəminin alt köynəyin üstündən üçrən parçanı bədəninə sarıdığını görüb, bir anlıq yerində donub qalıb.

-Emin, bu nədir, bayrağı köynək əvəzi edirsən?

-Koba, bu bayraq dünyanın qövsü-qüzehidir.

Onun rəngləri varlığıma hopmuşdur. Lahıcda da, Bayılda da o mənimlə olmuşdur. Yalnız və yalnız vücuduma ağ kəfən sarınanda onu məndən ayırmaq olar. Pıçıltı ilə deyir: "Bir kərə yüksələn bayraq, bir daha enməz"

Stalin qətiyyətlə cavab verir:

-Emin, bil ki, o bayrağın ancaq qırmızı parçası yüksələcəkdir!

-Koba, dedim ki, bu bayraq mənim üçün qövsü- qüzehdir. Göy qurşağının rənglərini bir-birindən ayırmaq olarmı? Bir də, atalar demişkən, cücəni payızda sayarlar.

Stalin stol-süfrədəki bişmiş toyuğa işarə edərək:

-Sənin sayılan cücələrinin aqibəti məlumdur. Əsəblərini ələ al. Sinfi mübarizəyə başlamayaq. Sənin indi məndən başqa müdafiəçin yoxdur, Emin. Bu həqiqətdir. Ondan qaça bilməzsən. Stalin bu dəfə süfrədəki püstə, innab, əncir qurusu, şəkərbura, paxlava və nəlbəkidəki boşaba göz gəzdirir:

-Yəqin, Novruz bayramından qalıb, Novruz, bayrağının yaşıl rəngini yaşadır, İslam deməkdir.

-Səhv edirsən, Koba. Novruz - Azərbaycan türklərinin islamdan çox-çox qabaqlar yaranmış bahar bayramıdır. Yaşamış, yaşayır, yaşayacaqdır.

-Yox, Emin, yaşamayacaqdır. Bolşeviklərin bir bayramı olacaqdır-Oktyabr! Yeri gəlmişkən, Azərbaycan türkü də, yəqinki, azərbaycanlı oalcaqdır. Müxtəsəri, daşı ətəyindən tök. Nərimanov Leninə qulaq asır. Sən də mənimlə ol, onda bizə heç kəs bir düşmən partiya bata bilməz. Açığını, biz əl-ələ versək, gələcəkdə azərbaycanlıların qeyri kommunist hissəsidə, ilk növbədə, panislamist və pantürkistlər təqib olunmaz.

-Kob, bizim yolumuz dəmir yolu kimi paralel xətt tək uzanır. Bir qatarla getsək də, yolumuz ayrıdır.

Stalin söhbətdən bezmiş kimi:

-Di yaxşı. Bir az şirniyyatdan-zaddan götürüb gəl mənim kupemə çay içək.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • Yanıtlar 135
  • Oluşturuldu
  • Son yanıt

Konuya en fazla mesaj yazanlar

Başımıza daş yağar mı?

 

1971´de Avustralya´da Sydney´de göydən qızıl sarısı yağış yağmaya başladı, yapışqan idi və böyüyüyürdü. Sonradan balarılarının buna səbəb olduğu bilindi.

 

1976´da 3 Mart´da ABD´de Kentucy´de göydən təzə ət parçaları yağmaya başladı. İşin qəribəsi də onda idi ki göydə bulud yoxdu, expertlər bunların at əti parçaları olduğunu dedilər amma tam bir açıqlama olmadı.

 

Ama 25 iyul 1973´de ABD´da Albany´da saat 16:15´da göydən yağan minlərcə kağız sözün həqiqi mənasında bilinməyəndi. üçdə ikisi ağ olan kağızlarda, hecç başa düşülməyən, şekiller ve grafikler vardı, heçbir expert bunların nə olduğlarını başa düşmədi.Şəhər iki gündə ancağ təmizləndi

Link to comment
Share on other sites

Dostlar bir hekayə də məndən:

 

HAMINI QUCAQLAYAN HAKİM

Li Şapiro təqaüddə olan hakimdir. Heç vaxt belə ürəkdən sevən adam görməmişdik. Həyatının hansısa bir anında Li belə bir nəticəyə gəlib ki, dünyada sevgi hər şeydən üsündür və hamıya qucaq açmağa başlayıb. Həmkarları ona ayama da (taxma ad) qoşublar – “qucaqlayan hakim” (“dar ağacında asan hakim”in tərsi olaraq). Onun maşınının üsrünə yapışdırdığı etiketdə belə yazılmışdı: “Hirslənmə! Məni qucaqla!”

Altı il bundan qabaq Li özünə otuz naxışlı, yapışqanlı ürəkdən ibarət “sevgi dəsti” yaratdı.

Onu qucaqlayan hər kəsə ürək verirdi.

Onu tez – tez insanlara təmənnasız sevgisindən danışmaq üçün müxtəlif tədbirlərə dəvət edirdilər. Bir dəfə San – Fransiskoda konfransda yerli televiziyanın şərhçisi ona dedi:

- Tribunadan adamları qucaqlamaq sizə rahatdır. Real həyatda bu çətin alınar.

Şərhçi ona San – Fransisko küçələrində tanımadığı adamları qucaqlamağı təklif edir.

Li razılaşdı, küçəyə çıxdı, ardınca da bir qrup televiziya reportyoru.

- Salam, - Li qarşısına çıxan ilk qadına dedi – Mən Li Şapiroyam, təqaüddə olan hakim. Bu ürəyin əvəzində məni qucaqlamaq istəmirsiniz?

- Məmnuniyyətlə, - deyə qadın cavab verdi.

- Bu çox asandır, - deyə şərhçi başını yellədi.

Li ətrafa baxıb yol polisi olan qızı gördü. Qız yüksək tonla “BMW” sahibi ilə yazılmış cəriməyə görə mübahisə edirdi. Sevgiylə yüklənmiş hakim ona tərəf yönəldi.

- Məncə sizə sakitlik lazımdır. İcazə verin sizi qucaqlayım.

Qız müqavimət göstərmədi.

Teleşərhçi yenə inanmadı.

- Baxın, avtobus gəlir. San – Fransiskoda avtobus sürücülərindən qəzəbli, qaşqabaqlı adam yoxdur. O da sizi qucaqlasa, başqa məsələ.

Li çağırışı qəbul etdi. Avtobus dayanacağa girdi. Li kabinəyə yaxınlaşıb dedi:

- Salam, mən Li Şapiroyam, keçmişdə hakim olmuşam. Sizin işiniz əsəbidir, gərgindir, gəlin qucaqlaşaq, məncə siz yüngülləşəcəksiniz.

Boyu iki metr, çəkisi iki yüz funt olan nataraz birisi kabinədən aşağı tullandı.

- Gəlin!

Televiziya müxbirlərinin ağzı açıq qaldı. Televiziya işçisi dedi:

- Təsli oluram, daha sözüm yoxdur!

Bir dəfə Linin tanışı Nensi Conston gəldi. O, kloun idi, kloun paltarını geyinmişdi, qrimlənmişdi.

- Li, sevgi dəstini götür, əlillər evinə gedək.

Gəldilər. Nensi xəstələrə kloun papaqları və ürəklər xatırlayırdı, qucaqlaşmağı da yaddan çıxarmadılar.

Li isə bir az karıxmışdı: o, hələ müalicəsi olmayan xəstələri, əqli cəhətdən geri qalanları, iflicləri qucaqlamalı olmamışdı. Amma birtəhər öyrəşdi. Nensi ilə birlikdə palataları gəzdi. Onları həkimlər, tibb bacıları, sanitarlar müşayiət edirdi.

Bir neçə saatdan sonra ən ağır xəstələrin yatdığı sonuncu palatalara çatdılar. Onlara baxmaq belə ağrılı idi. Li və Nensi burada da sevgi paylamağa başladılar. Ürəklər və kloun papaqları ilə bəzədilmiş tibbi personal da onlarla idi.

Li nəhayət Leonard adlı sonuncu xəstəyə yaxınlaşdı. O, ifadəsiz baxışlarını boşluğa zilləmişdi, ağzının suyu iri ağ önlüyünə tökülürdü.

Li dedi:

- Gedək, Nensi, buna heç cür kömək edə bilmərik.

- Nə danışırsan, Li?! Məgər o, bizim kimi adam deyil?

Nensi kloun şlyapasını Leonardın başına qoydu, Li isə ürəyi Leonardın döşlüyünün üstünə qoydu, özünü toparlayıb əyildi və onu qucaqladı.

Birdən Leonard astadan ciyildədi:

- İiiii! İiiii!

Palatadakı digər xəstələr əlləri altında olan əşyalarla səs salmağa başladılar. Li çevrilib həkimlərin, tibb bacılarının, sanitarların ağladığını gördü.

- Sizə nə olub?

Baş tibb bacısı göz yaşları içində cavab verdi:

- İyirmi üç il ərzində ilk dəfədir Leonardın üzündə təbəssüm görürük.

Görün insanları xoşbəxt etmək etmək necə də sadə bir işdir...

 

Link to comment
Share on other sites

Dəmirçinin hekayəsi

 

 

Bir gün şah vəzir-vəkili ilə şəhərə çıxır. Şəhəri dolanarkən camaatın içində gözəl bir qadın görür. Bir könüldən min könülə qadına aşiq olan şah onun kimliyini soruşur. Şaha deyirlər ki, həmin qadın gənc dəmirçinin həyat yoldaşıdır. Dəmirçini bir bəhanə ilə aradan götürmək istəyən şah onu saraya dəvət edir. Soruşur ki, sən gün ərzində atın ayağını nallamaq üçün neçə mıx düzəldə bilirsən? Dəmirçi deyir ki, gün ərzində çox çalışsam 30-40 ədəd mıx düzəldə bilərəm. Şah ona əmr edir ki, sabah sübhədək 40 min ədəd mıx hazırlasın. Dəmirçi deyir: — Mənim buna gücüm çatmaz, 40 min mıx hazırlamaq imkanım yoxdur. Amma dəmirçi nə qədər yalvarırsa, şah razılaşmır və deyir: — Əgər hazırlamasan, boynunu vurduracağam. Dəmirçi saraydan çıxıb bazara gedir. Toyuq, yağ, düyü alıb evə dönür… Arvadına deyir ki, axşama yaxşı bir şam hazırlasın. Arvadı səbəbini soruşduqda, söyləyir ki, yeməkdən sonra deyərəm. Axşam süfrə kənarında əyləşib toyuq-plov yeməyə məşğul olurlar. Arvadı soruşur ki, bu şam nə münasibətlədir? Dəmirçi deyir: — Şah əmr edib ki, sabaha qədər 40 min mıx hazırlayım. Əgər hazırlamasam boynumu vurduracaq. Arvadı narahatlıqla deyir: — Bunu tez desəydin, mən də kömək edərdim, düzəldərdik. Dəmirçi deyir: — Sən yox, sənin qohum-əqrəban da gəlsə, sabaha qədər 40 min mıx hazırlaya bilmərik. Şahın bəhanəsi başqa şeydir. Arvadı soruşur: — Bəs nə fikirləşirsən? Dəmirçi səmaya işarə ilə deyir: — Qoy O fikirləşsin, mənim fikirləşməyimdən bir şey çıxmaz. Səhər açılır. Dəmirçi arvadı ilə halallaşdığı vaxt məmurlar qapını döyürlər. Məmurlar onlarla getmək üçün hazırlaşan dəmirçiyə deyirlər: — Haraya gedirsən? Dəmirçi deyir: — Yoxsa məni aparmağa gəlməmisiniz? Deyirlər ki, bundan ötrü gəlməyiblər. Dəmirçi onların nə üçün gəldiyini soruşur. Məmurlar belə cavab verirlər: — ötən gecə şaha sui-qəsd edilib. Onun tabutu üçün dörd böyük mismar lazımdır. Dəmirçi soruşur ki, bəs 40 min ədəd mıx istəmirsiniz? Deyirlər ki, yox, 4 ədəd mismar lazımdır. Dəmirçi üzünü göyə tutub deyir: — Şükürlər olsun Sənə, ey bir gecədə 40 min mıxı 4 mismar edən Allah!

Link to comment
Share on other sites

Quru Yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək,dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.

Bağı görən-görən heyranlığını bildirir,təriflər sel kimi yağır.Amma bağsalma sənətinin misilsiz ustadı sayılan Lin-çi`nin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı.Odur ki,qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.

Lin-çi dedi :

- Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim.Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yoxluğu bağınızı donuq və cansız göstərir.Hər halda,onları bu səhər "Qonaqlar gələcək" deyə süpürüblər.Bu yanlışı düzəltmək istəyirsinizsə,göstəriş verin,bir qucaq quru yarpaq gətirib töksünlər buralara.

Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oynamağa başladı.Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı.

Ustad bunu görüb dedi :

- İndi bu bağda hər şey yerli-yerindədir.Bağınız çox gözəldir,yeganə çatışmazlığı isə onun hədsiz dəqiqiliklə salınmasıdır.İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman yetərincə misilsiz olur.

Link to comment
Share on other sites

Buda məndən:

 

Qoca çoban sürüsünü otarmaq ücün yaylaga

cixanda təpənin yanindaki alma agacinin altinda

dincələrdi.Hər gün agacdan alma payini

istəyər,bir az kecmis agacdan gözəl bir alma

düsərdi.Coban sədəf dəstəkli bicagi ilə almani

dilimleyib yeyər,sonra da babasindan qalan

Quranini oxumaga baslayardi.Coban bu agaci 20 il

əvvəl əkmisdi.O,böyuk guyumdəki su ilə

dəstəmaz alar,sonra da qalan su ilə agacini

sulayardi.Agacin kökləri bəlkə də bu sulardan güc

almis, qisa bir vaxtda bar verməyə

baslamisdi.Coban o vaxtlar gənc idi .Əlini uzadan

kimi istədiyi almani dərirdi.Ancaq aradan illər

kecmis ,cobanin beli bükülmüsdü.Agac isə boy

atib ucalmisdi... Coban onu balasi kimi

əzizləyərdi.Hər dəfə agaci oxsayar,”Göndər

bugünkü qismətimi”,-deyərdi.Agacdan bir alma

duserdi.... Kəndlilər uzaqdan bu mənzərəni görub

heyrət edər,qoca cobanin kəramət sahibi

oldugunu söyləyərdilər.Bir gun yenə coban

namazini qilib bir az dincələndən sonra almasini

istədi.Ancaq budaqlar dolu olsa da alma

düsmədi .Coban bir də dilləndi.Yenə alma

düsmədi.Bir də.... Cobanin gözləri yasardi.Göz

yaslari ag saqqalini islada-islada agacin altindan

uzaqlasdi.Agac ilk dəfə idi ki,onun sözünü

“esitmirdi”.Yasli Cobanin beli həmisəkindən daha

cox bukulmusdu.Ayaqlarinda taqət

qalmamisdi.Qoyunlarini yigib kəndə tərəf

gedəndə məscidin minarələrindən qalxan əzan

səsi sanki onu yuxudan oyatdi.Coban elə bil

təzədən dogulmusdu.Usaq kimi sevinirdi... Tez

agacin yanina qacdi və ona sarilib aglaya-aglaya

“Canim-Gözüm, sən bu qoca cobani bagisla .Axi

niyə əvvəlcədən demədin ki, bu gun Ramazan ayının

ilk günü oldugunu?”...

Link to comment
Share on other sites

Hekayə 1

 

 

Əbədi həyat

Düşündürücü hekayələr

Əmin olun ki gözyaşlarınıza Hakim ola bilməyəcəksiniz ....

Üzü qapqara idi.Amma özü rəngləməmişdi ki!Qaldı ki, ürəyi dümağ idi.Buna baxmayaraq onu sadə gözlə görənlər vardı.Dedi ki:

'Ya rəsulullah, üzümün qaralığı cənnətə girməmə manedirmi? '

'Əsla! '

'O halda məni nə üçün insanlar xor görürlər,kimsə mənə nə üçün qızını vermir? ''Komandir min Vehebin evinə get və Rəsulullah salamı var,Kəriməni mənə evləndirməyini əmr etdi" də.Qara üzlü gənc dərhal ünvandadır.Qızın yanında ataya salamı eynilə təbliğ edər vətəklifi də açıqca izah edər.Ata qızğın, dərhal rədd edər.

Ancaq, təklifi dinləyən qızcığaz atasını xəbərdarlıq edər:Atacığım, vəhy gəlir də sonra səni xəcalətli edər.Nə bilirsən bu hadisəni Rəbbimin əmr etmədiyini?Əfəndimiz (s.ə.v.) ' o əmri təbliğ buyurmadığını?Dərhal get, Rəsulullah' dan üzr istə və məni o gənclə evləndir.

Rəsulullah' ın uyğun tapdığını mən də uyğun bilərəm.Qızının xəbərdarlığıyla məscidə qaçan ata üzr istəyər:'Söylədiyinin doğru olub olmadığını bilmirdim. Demək ki doğruymuş. Qızımı verdim. Bu anda nigahlısıdır.

Əfəndimizin gəncə əmri: 'Get, evini hazırla, ailə oturacaq şəkildə döşə.''Mənim ev döşəyəcək tək dirhəmim belə yox! ..'Elə isə Əliye, Osmana, Əbdürrəhman min Avfə get.Onlar sənə iki yüz dirhəm versinlər.'Uçarcasına gedər.

Onların hər biri, əmr ediləndən çox kömək edərlər və sıra bazarın yolunu tutmağa gəlmişdir. Bir ev hazırlamaq üçün lazımlı pul əldə olmuşdu… Hələ arvadı, ümidinin də üstündə bir əzizədir sanki...Bazar yolunda sürətlə gedərkən qulağına bir səs gəlir.Əvvəl anlaya bilməz, dayanırr və nəfəsi kəsilərcəsinə dinləyir.

Bəli, bəli səhv anlamamışdır, doğrudur.Səs hər kəsə elan etməkdədir:'Ey özünü Allah' a əsgər bilən Müsəlmanlar!Dərhal atına minin, cihada yönəlin.

Ordu məscidin xaricində gözləməkdədir.Siz belə gün üçün varsınız dünyada!Düşmən ani basqın edəcək!İndi nə olacaq?… Cihadamı getsin, evlənməyəmi? ..

İstiqamətini dərhal dəyişdi, dəmirçilər bazarına gedir.İlk işi bir qılınc, sonra bir zireh, daha sonra da bir at götürmək olur.Əlindəki pulun hamısını da xərcləmişdir.Amma cihad üçün lazım olan silahını da tamamlamışdır...Sıçradığı atının üzərində quş kimi uçur,gözləyən orduya toz tüstü içində qarışır.

'Bu gənc, hərhalda Bahreyn' deyil gələn biridir, deyərlər.Ancaq onun qaralığını fərq edən Rəsulullah Əleyhissalam:'Sən Saadsanmı? ' buyurar.

'Bəli,' dəyincə də dua edər:Ceddine səadətlər! ..'Qumlu səhra çöllərdən keçilər, tozlu yollardan gedilər vənəhayət düşmənlə müdhiş bir döyüş başlar...Hər kəs cəsarətlə irəli atılar.Amma içlərindən biri hər kəsdən də cəsarətlə atılar;hücum etdiyi tərəfin adamlarını sağa sola püskürdər.Niyə sonra meydan sakitləşər, düşmən qaçmış,müşriklər yox olmuşlar.Şəhidlər təsbit edilərkən, bir səs:

'Allahu Əkbər! Evlənmək üzrə olan Saad da şəhid! 'Əfəndimiz onun cəsədi başına gəlir, qəmli şəkildə baxar:'Səni Havzı Kövsərimin başında gözləyəcəyəm! '

Bir heyrət səsi daha:

'Allahu Əkbər! '

-Sonra dönər, oradakılara xitab edər:

Qılıncını, mizrağını və atını alın,özünü könüllü olaraq istəyən qızcığaza verin.Atasına da deyin ki:

'Qızını verməkdə tərəddüd etdiyin qara üzlü gəncə,

Allahu Təala cənnət hurilərini layiq gördü!

 

Hekayə 2

 

Bir və sıfırlar..

Düşündürücü hekayələr

Sinif səs -küydən dağılarkən,bir sərt görünüşlü müəllim işəri girir.Sinfə bir qaş-qabaqlı baxış keçirdib kürsiyə keçir.Təbaşirlə lövhəyə «1» rəqəmini yazır. «Baxın»-deyir, «Bu insanlıqdır.Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey...»Sonra «1»-in yanına «0» yazır:«Bu,uğurdur.Uğur qazanmış insan 1-i 10 edər».Bir «0» da artırır:«Bu tecrübədir.10 olduğunuz vaxt,100-ə qaldırar sizi.»Beləliklə,«0»-lar uzanıb gedir:«Bacarıq....ciddiyət....sevgi...»Əlavə olunan hər «0»-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir.Sonra əlinə silgini alır və ən başdakı «1»-i silir və demək istədiyi son fikri çatdırır:İnsanlığınız yoxdursa,o heç biriləri heç bir məna verməz...

 

Hekayə 3

 

Min Güzgülü Məbəd

Düşündürücü hekayələr

Günlərin bir günü bir it dağa dırmaşır, məbədin nərdivanlarından çıxaraq "Min Güzgülü Məbəd" -ə girir.

Məbədin min güzgülü salonuna keçəndə min dənə it görür. Qorxaraq tüklərini qabardır, quyruğunu qıçlarının arasına sıxışdırır, qorxuducu xırıltılı səs çıxararaq dişlərini göstərir. Təbii ki, min it də tüklərini qabardıb, quyruqlarını ayaqlarının arasına alıb qorxunc səslər çıxardıb dişlərini göstərirlər. İt qorxuya düşərək məbəddən qaçır. Və o andan dünyanın təhlükəli, qorxunc itlərlə dolu olduğuna inanır.

Bir müddət sonra bir başqa it gəlib dağa dırmaşır. O da məbədin nərdivanlarından çıxıb "Min Güzgülü Məbəd"-ə girir. Məbədin min güzgülü salonuna gəldiyində min dənə itlə qarşılaşır və çox sevinir. Quyruğunu yelləyir, sevinclə yerində hoppanır və itləri oynamağa çağırır.

Bu it məbəddən çıxdığında isə dünyanın dost və mehriban itlərlə dolu olduğuna inanırır.

P.S Həyata nə veririksə onu da alacağıq. Həyatda nəyə inanırıqsa, o da başımıza gələcək. Həyatda pis vəya yaxşı heçnə yoxdur. Hər şeyə rəng, məna, dəyər verən bizim baxşı bucağımız, düşüncə tərzimizdir.

 

Hekayə 4

 

Fani dünya

Düşündürücü hekayələr

Köhnələrdən biri axşam yeməyini sarayda yemək üzrə xəlifənin qonağı idi. Sürətlə saraya doğru gedərkən önünə biri çıxdı. Önünə çıxan adama kim olduğunu soruşdu. Adam:

- Mən yolçuyam. Buralı deyiləm. Aç və yorğunam, dedi. O da:

- Mən xəlifənin qonağıyam. Gəl birlikdə gedək, dedisə də qonaq:

- Mənim xəlifə ilə nə işim olacaq. Sənin mənə verəcəyin bir tas şorban varsa ver, yoxdursa burax, dəyincə çox maraqlanmayıb saraya doğru yönəldi.

Dəvətdən sonra dönəndə baxdı ki, adam bir kənara qıvrılıb yatır. Oyandırmaq istəmədi və "Səhər oyanacağı vaxtda gəlir və qarınını doyuraram" deyə düşündü, evinə getdi və yatdı.

O gecə bir yuxu gördü. Özü bir səhrada idi. Üzündən işıqlar saçılan böyük bir sıxlıq və o kütlənin qarşısında da daha nurlu bir şəxs var idi. Bunların kimlər olduğunu soruşdu. Özünə dedilər:

- Bunlar 124 min Peyğəmbərdir. Ən qabaqda olan da son Peyğəmbər Həzrəti Məhəmməd Mustafa (s.ə.v.) dır, dedilər.

Dərhal Peyğəmbərimizin əlini öpmək istədisə də, Peyğəmbərimiz əlini vermədi. Və buyurdu ki:

- Biz, sevdiklərimizdən bir tas şorbanı əsirgəyənlərə əlimizi vermərik.

Oyanar oyanmaz dərhal axşamkı xarici qonağı tapmaq üçün qaçdı. O, qalxmış və yola davam etmişdir. Geri qaytarmağa çalışdı qəribi və "Nə olar bir tas şorbamı iç" deyə yalvardı. Qərib adam israrlara baxmayaraq qəbul etmədi və belə dedi.

- Sənin bir tas şorba verməyin üçün mütləq 124 min Peyğəmbəri səfərbərmi etmək lazım idi? O gücdə olmayanlar nə edəcəklər?Bundan sonra o şəxs rast gəldiyi heç bir qonağa yemək ikram etmədən göndərməzdi. Hətta özünə qonaq olub yeməyini yeməsi üçün yalvarardı.

 

P.S.sonraki peşimançılıq fayda verməz.bir tikə ofsanaya düşər deyiblər.bu ibrətli hekayədən nəticə çıxaraq.

 

 

Link to comment
Share on other sites

Elmir_Hamidi, İnşallah dediyin kimi olar. Amma kitabın hazır olması üçün çox çalışmaq lazımdır. Çünki sadəcə Copy - Paste etməyəcəm... Həmin kitabın redaktorluğunu, dizaynını məcburən özüm edəcəm (e-kitab olmağına baxmayaraq)...

Amma bir balaca kömək olsa tez vaxtda qurtarmaq olar...

Məs: Kitabın üz qabığının görünüşünü necə edəcəyimi bilmirəm... Saytımıza uyğun bir şey olmasını istəyirəm...

Bunlardan əlavə 100 hekayə yığılsın, qalanları düzələcək İnşallah

Link to comment
Share on other sites

Hekayə 6

İçimdəki canavar... və ya vicdanın səsi

Düşündürücü hekayələr

 

Ağrı var ürəyimdə.Əgər ürək demək mümkünsə ona... İndi o, hər şeyə hazırdır. Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir özünü...

 

Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç nə unudulmur? Əgər pislik etmisənsə , kimisə incitmisənsə o yaddaşda qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu baxışa?! Görüm, necə tab gətirirsən!?

 

Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı , ya "səhv" nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna "səhv" sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu içindəki qorxulu, heybətli "canavardan" imtina deməkdir. Boynundan atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar? Belə şey yoxdur!" - deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", - deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma dəyişmir.

 

İçindəki canavarsa gülür, ürəyin isə bu yandırıcı gülüşdən qulaqları "yanır" , hə məhz yanır, çünki qulaqları çoxdan tutulmuşdu.

 

Canavarla çarpışırsan. Gah o, səni basır, gah sən onu. O, güclüdürsə qalib gəlir, sən çürüyürsən. Onda sən xəstələnməlisən, bərk xəstələnməlisən. Sən xərçəng tutmalısan. Onda mərhəmətli ölüm kölgə salar. O, gəlir, yaxınlaşır, hə , elədir, o sənin xilaskarındı...

 

Nə yaxşı ölüm var. Biz insanlar o dərəcədə nankoruq ki, heç ölümün də qədrini bilmirik. Yoxsa canavarla yaşamaq, hər gün onun gülüşlərini görmək, hər səhər " sabahın xeyir", hər gecə "yuxun şirin olsun" eşitmək , istehzalı baxışlarından qaçmaq, Amman Allah , bu zülümdü. Qaçmaq, amma yerindən tərpənmədən, bir millimetr belə məsafə qət etmədən. Yalnız özünü aldatmaq:" Bir bax, bir kilometr, on kilometr, yüz kilometr qaçmışam. Mən necə də sürətlə qaçıram...". Sonra məyus- məyus anlamaq ki:" ...Mən necə də gözəl yalan danışa bilirəm".

 

Canavara qalib gələ bilmirəm, buna kifayət qədər gücüm, qüvvətim yoxdur, amma məharətlə yalan danışıram , özdə heç bir qüvvə sərf etmədən. Buna necə ad vermək olar? Hə... buna yaşamaq deyirlər! Mən yaşamalıyam, o yaşamalıdır, biz yaşamalıyıq! Onun, hər kəsin qəlbini qıra -qıra, çox qəlbləri vaxt "sökə-sökə" , axı, "tikməyi" bacarmırıq. Çünki ürəyi sökmək asandı, bir -iki kəlmə acı söz. işlər qaydasındadır, gözlərini açdın- yumdun məqsədinin zirvəsindəsən. Amma canavarla bacarmırsan axı. Onu "sındırmaq", "sökmək" əlindən gəlmir. Buna iradə . güc, ürək lazımdı. Sənin ürəyinsə çırpınır ağrıdan, can verir. Onda başa düşürsən ki, xəstələnmisən, amma ölümə aparan , ona yaxınlaşdıran , səni "xilas edən" , xilaskar xərçəng, ya sətəlcəm xəstəliyinə yox! Sən "Canavar" tutmusan, cavanar xəstəliyi.Bu isə öldürmür, əksinə daha da yaşadır. Yaşamağa məcbur edir. Amma 5 il desən 50 il, 1 il desən 100 il yaşadır , çox mehriban və qayğıkeş xəstəlidi.

 

Hə, nifrət edin mənə, buna hazıram! Onsuzda canavarın pəncəsindəyəm, onsuzda o məni buraxmayacaq, zəif damarımı tutub. Vaxtaşırı basır damarımı, nifrət edin mənə! Heç olmasa onunla çarpışanda nifrətlə vuruşum. heç olmasa nifrətlə bağırım ona.

 

Nifrət edin mənə , Mən bunu istəyirəm...mənə nifrət verin!!!

 

12 noyabr 2003 il

 

Hekayə 7

 

Bir qadın təkcə "ANA" olduğunu unutmaz!

Düşündürücü hekayələr

"Qadın, adın nədir?"

"Bilmirəm ..."

"Yaşın neçədi? Haralısan? "

"Bilmirəm ..."

"Nə üçün o tuneli qazırdın?"

"Bilmirəm ..."

"Neçə vaxtdı gizlənirsən?"

"Bilmirəm ..."

"Nə üçün dişlədi barmağımı?"

"Bilmirəm ..."

"Bizdən sənə zərər gəlməyəcəyini bilmirsənmi?"

"Bilmirəm ..."

"Kimin tərəfindəsən?"

"Bilmirəm ..."

"Bu bir müharibədi, seçimini etməlisən"

"Bilmirəm ..."

"Kəndində adam var?"

"Bilmirəm ..."

"Bunlar sənin uşaqlarındı?"

"Bəli ..."

 

(Bir qadın təkcə "ANA" olduğunu unutmaz ..!)

 

Hekayə 8

 

Həqiqi məhəbbət

Düşündürücü hekayələr

 

 

 

Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür.

İçəridəki: — kimdir? -deyə səslənir.

Qapının ardından səs gəlir:

-Mənəm! -Burada ikimizə birlikdə yer yoxdur.

Aradan uzun bir zaman keçir… Yeni bir ümidlə sevdiyi dostunun qapısını bir də döyməyə başlayır.

Yenə içəridən:

-Kimdir?-dəyə soruşulur.

-Sənsən, -deyir bu səfər. Və qapı sonuna qədər açılır.

Hz.Mövlana da: «Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız» deyir. Məhz budur həqiqi məhəbbət.

 

Hekayə 9

 

Qısa və düşündürücü hekayələr

Düşündürücü hekayələr

 

Bir hökmdar bir zahidi görüb soruşdu:

-Bizi heç yada salırsanmı?

Dedi:

-Bəli, Allahı unudanda

 

Loğmandan soruşdular:

-Ədəbi kimdən öyrəndin?

Dedi:

-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.

 

Bir mürid öz mürşidinə dedi:

-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?

Mürşid dedi:

-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər

 

Pis səsli birisi ucadan Quran oxuyurdu. Onun yanından keçən arif soruşdu:

-Bu Quran oxumağın üçün sənə nə qədər verirlər?

-Heç nə qədər.

-Bəs niyə özünə əziyyət verirsən?

-Allah xətrinə oxuyuram.

-Allah xətrinə, oxuma!

 

Bir alimdən soruşdular:

-Bir adam gözəl bir dilbərlə xəlvət otağa çəkilə, qapını daldan bağlaya, o, gözəllərin əlindən özünü qurtara bilər?

-Gözəlllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz

 

Bir kişinin gözü ağrıyırdı. Baytarın yanına gedib dedi:

-Gözümü müalicə et.

Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimin yanına getdilər. Hakim dedi:

-Baytarın təqsiri yoxdu. O kişi heyvan olmasaydı, baytarın yanına getməzdi.

 

Hekayə 10

 

Susdurucu cavab.

Düşündürücü hekayələr

 

 

 

Bir gün bir müsəlmandan soruşurlar....

- Niyə qadınlar çadrada gəzsinlər.?

Müsəlman cebindən 2 konfet çıxardır... biri kağıza bükülü halda digəri isə kağızsız...

- buyur seç..

- Əlbətdə konfet kağızına bükülü olanı seçirəm...

- O zaman sualınızın cavabını anlamısınız..

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...

×
×
  • Create New...