Jump to content
Forum Windows-az.com

Windows-az - çıların kitabı


Maksim_252

Recommended Posts

Proqramlar telegramda
  • Yanıtlar 135
  • Oluşturuldu
  • Son yanıt

Konuya en fazla mesaj yazanlar

Olmuş Hadisədir

İnsan ayağı dəyməyən, buzlaq Antarktida haqqında çoxlu açılmamış sirlər var.


Məşhur amerikalı tədqiqatçı, pilot və kontr-admiral Riçard Berdə (1888-1957) bu materikə uğurlu səyahət etmiş bir neçə ekspedisiyaya rəhbərlik etmək qismət olur. Bəzi, tamamilə əsaslı fərziyyələr var ki, pilot səyahətlərində çox qeyri-adi və sirli hadisələrlə rastlaşıb.

Dördüncü ekspedisiya materikə 1946-1947-ci illərdə səyahət edir. Ekspedisiyanı 13 gəmi təşkil edir ki, hər birinin də : mühəndislər, alimlər, hərbi mütəxəssislər və daha kimlərdən ibarət 4700-dən çox heyəti olur. Ekspedisiyaya hərbi-dəniz müəssisəsi rəhbərlik edir. Rəsmi olaraq onlar istisnasız elmi məqsədlər naminə yola çıxmışdılar. Deyilənə görə, məhz tədqiq edilən Yeni Şvabiya adlanan rayonda (indiki Dəb Kraliçası torpaqları) ikinci dünya müharibəsi zamanı “Oazis” hərbi bazası yerləşirmiş və almanlar orada hansısa sirli silahı sınaqdan keçirirmişlər. Şaiyələrə görə bu silah yüksəksəsli diskolet idi və raket, hətta çox güman ki, nüvə mühərriki vasitəsilə işləyirdi.



İlk dəfə bu versiyanı Ernst Çyundel öz yazılarında irəli sürmüşdü. Əslində o keçmiş fyurer, SS-çi Vilhelm Landiqin 1971-ci ildə çapdan çıxmış “Bütlər Tuleyə” qarşı fantastik romanına əsaslanırdı. Çyundel iddia edir ki, “diskolet bazası” almanlar tərəfindən 1938-1939-cu illərdə tikilmişdi. Ekspedisiyaya isə Alfred Ritşer rəhbərlik edirdi.

Bu gün Almaniya hakimiyyəti Antarktidada faşistlərin hər hansı “sirli silah” düzəltdiyi barədə fikirləri təkzib edir. Amma yenə də, görəsən admiral Berd məhz həmin bazanımı axtarırdı? Onların rəhbərlik etdiyi əməliyyatın kod adının “Haycamp” (yüksəyə tullanış) adlandırılması təsadüf idi? Belə təxmin edilirdi ki, alman diskoletləri şaquli şəkildə uçub, dayanırdılar.

Berdin nəsə tapıb-tapmadığı hələ də naməlumdur. Sonuncu dəfə o 1955-ci ildə Antarktidaya səfər edir. Amadeo Cianninin 1959-cu ildə, admiralın ölümündən iki il sonra çap etdiyi kitabında şok edici hadisə qeyd edilib : “Qütbün yaxınlığında kontr-admiral qəribə ləkəyə diqqət edir, ləkə gah sarı, gah qırmızı gah da bənövşəyi rəngə çalırdı. Yaxınlaşdıqda pilot dağ silsiləsinə oxşar bir şey görür. Berd dağların yaxınlığına uçur və (əvvəlcə elə bilir ki, gözünə görünür) meşələr, çaylar, onların yanı ilə qaçan mamonta oxşar heyvanlar görür.
Ən qəribəsi isə pilot uçan boşqabı xatırladan uçan aparatlar, elə bil ki, büllurdan düzəldişmiş binaları olan şəhər görür. Daxili termometr qəfil istilənməyə başlayır və +23 dərəcəni göstərir. Və bütün bunlar Cənub qütbündə! Yerlə radioəlaqə işləmir.



Berdin gəmi jurnalını oxuyan xanımı deyir ki, kontr-admiral materikə olan səfərlərindən birində bizə naməlum olan və bizi inkişafına görə min il qabaqlayan naməlum sivilizasiyanın nümayəndələri ilə görüşüb. Antarktidanın sakinləri insanları xatırladırmışlar, amma, daha gözəl və ilahi olublar.

Onlar arasında müharibə olmur. Antarktida sakinləri enerjinin yeni növünü kəşf ediblər və heç nədən işıq əldə edir, nəqliyyat vasitələrini idarə edirlər. Berdə bildiriblər ki, əvvəllər də yerin digər sakinləri ilə əlaqə yaratmaq istəkləri olub, lakin, onların hücumuna məruz qalıblar. İndi onlar insanlığa ancaq dünyanın dağıldığı anda kömək etməyə hazırdırlar.



Berdə əldə etdikləri uğurları göstərəndən sonra aborigenlər ona adi dünyaya qayıtmağa yardım edirlər. Qayıdandan sonra məlum olub ki, Berdin təyyarəsi getməli olduğu məsafədən 2750 kilometrdən artıq yol qət edib.

Səlahiyyətli orqanlar admirala tapşırırlar ki, gördükləri barədə heç kimə heç nə deməsin və həyatının sonuna qədər ona nəzarət edirlər. Bəlkə də buna görə Berd heç vaxt heç yerdə gördüyü barədə danışmır və yazdığı “Kiçik Amerika” və “Tənha” kitablarında da gördüklərindən heç bir işarə yoxdur.



Amma xanım Berd deyir ki, sonuncu səyahət zamanı olanları əri lentə köçürüb və gizli gündəliklərində ətraflı şəkildə bu barədə danışıb, üstəlik gündəliklərində indi heç kimin bilmədiyi həmin şəhərin yerini də qeyd edib.

Link to comment
Share on other sites

Kiraliq Qatil

Bolum 14:

Xosh xeyallarla geceni basha vurmushdum.Güneshin zerif bir o qederde ince shüalari gözlerimi qamashdirirdi.Gözler imi gücle de olsa açib etrafa baxdim.Jale helede oyanmamishdi:

-Canimm...Jalee...He y keçiim!

-Ee bir az da qoy yatim.El çekk..

-Jale huuyy men seni bele tenbel bilmezdim deyib qeh-qehe ile gülmeye bashladim.O da sifetini turshudaraq gözlerini ovushdurdu:

-Birincisi men tenbel deyilem.Ikincisi de ki günahkar sensen.

-Men?Aa bu olmadi kii?!Ters,keçi,tenbel,çoxdanishan daha ne xususiyetlerin var?

-Of Ruslan dir dir dir.El çek!Bax qalxdim.Acmishame men... Mizildanaraq shirin görüntüsü ile meni süzdü.Sonra ayağa qalxib üstünün tozunu temizledi.Men sahil kenari bir yer tapib Jaleni getirdim.O havani içine çekib stula oturdu.Men fürsetden istifade istedim söhbeti açim:

-Shey Jale sen hansi yerlerde olmaq isteyirsen?

-Hm esasen Parisde.Sen?

-Ne bilim ferqi yoxdu.Yeterki yanimda sen ol.

-Niye bu söhbeti indi açdin?

-Belke gedek buralardan?Parise de gede bilerik. deyerek onun ellerine toxundum.Meqsedim onu razi salmaq idi.Evvelce gülümsesede sonra sual dolu baxishlarla mene baxdi:

-Bu hardan çixdi?Zarafatlashmağ a bashqa shey tap.

-Yox men zarafat etmirem.Ciddiyem gedek.Hm?

-Heqiqeten sen ciddisen.Bunu heç fikirleshmemishdim.B ilmirem Ruslan.Niye bu fikire düshdün?

-Ne bilim.Buralardan getmek isteyirem .

-Bes men gelmesem?

-Gelmelisen.Gelmek mecburiyyetindesen.

-Heçneyin mecburiyetinde deyilem.Ne ise söhbeti sonladiraq.Yoxsa seninle söz güleshdirecem ve mende bunu istemirem.

-Terssen hemisheki kimi ters.Bax ona göre bizde alinmir.Bir az danishan kimi dalashiriq.Men ise sevgide bunu istemirem. -He bashqa ne qaldi?Bizde alinmir he?Oldu men seni basha düshdüm.

-Neyi basha düshdün?De mende bilim.

-Sen sadece isteyirsen sevdiyin qiz senin dediyinle oturub dursun.Sen emr vermelisen ve buda yerine yetirilmelidiR.Xeyr, men ise boyun eyen deyilem.Eshidirsen? -Gör söhbet hara geldi çatdi ee.Qarishqani da fil eledi.Yaxshi sus!

Meni ele esebleshdirmishdi ki belke biri iyne vursa hirsimden o insani ezishdirerdim.Özümü ele alib çayimdan qurtumladim.O da kinaye ile telefonuna baxib ayağa qalxdi:

-Men gedirem.

-Hara gedirsen?Gözle dedim. Hirslenib açarlari elime aldim.Onun arxasiyca qaçdiqdan sonra qolundan tutub berk berk qucaqladim:

-Seni sevirem.Bele elemesen?Hm?

-Of Ruslan of...Men de sevirem.Amma bele dalashmaği men de istemirem.

-Yaxshi söz verirem.Amma sende xarice getmek planini fikirlesh.Oldu?

-Yaxshi fikirlesherem.Meni shehere buraxa bilersen?Axsham zengleshib görüsherik. Men gülümseyib sükan arxasina eyleshdim.Onu ishe buraxdiqdan sonra Ilkinle görüshmek qerarina geldim.Zengleshmeden sonra biz onun evinde görüshmeyi qerara aldiq.Her ne qeder o günden sonra onun evine getmesemde bu ish de vacib olduğu üçün razi oldum.Bir neçe deqiqeden sonra artiq men çatmishdim.O hemisheki kimi ehli kef shekilde meni qarshiladi: -Ooo qardashh.Xosh gelmisen.

-Çox danishmayacam.Bir iki söhbetimi edib gedecem.

-Bu ne qashqabaqd?Keç içeri.Elime bir siqaret alib tüstülederek eyvana çixdim.Oda içeriden bakallarla sherab getirib qarshimda oturdu:

-He söhbet ele.

-Ezrail necedi?Ishler nece gedir?

-Ezrail bilirsenki hemishe gizlenir.Ish çixan kimi xeber gönderir.Ya sen ya men hell edirik.

-Hm yeqin hele xeber yoxdu.Onda ona çatdir ki,Ruslan artiq bu ishlerden el çekir.Istemir. -Hahaha oğlum bashqa zarafat tapmirsan?He amma heç gülmeli deyildi.

-Men ciddiyem.Zarafat da elemirem.Sen ona çatdir.Istemirem onun ishlerini el çekin menden!

-Hey hey ne axmaq axmaq danishirsan?He bele asanddi bu ishden çixmaq?Qardash bilirsen ki bu qumar kimi bir sheydi.Bulashdinsa nefesine kimi kirlenirsen.Sence ezrail seni rahat buraxacaq?Hem sen senedlere imza atmaqla heyatinin sonuna da imza atdin.

-Ne danishirsan sen?Senedleri pulla alaram.Hem o kimdie?Ne ise qorxmuram.Men gedirem -Hara gedirsen?Gözle yaxshi özünü ele al.Men danishib sene xeber edecem.

Arxadan el sallayib villani terk eledim.Bir az mashinda fikirleshdikden sonra Jaleye zeng etmek qerarina geldim.Telefonuna zeng çatmirdi.En nifret etdiyim shey.Mashini süretle bara sürdüm.Bu günün ağirliğini ancaq bir iki shüshe içki unutdura bilerdi.Artiq o qeder içmishdim ki 6-7 shüsheni geride qoymushdum.Barmen telefonumu mene uzadib gülümsedi:

-Canim deye birisi artiq 17 defe zeng edib.Isteyirsiz açin. Bashimi qaldirib telefona cavab verdim:

-Eshidirem.

-Hardasan?

-Cehennemin dibinde gelirsen sen de gel.

-He ünvani ver gelirem. Gülümseyib telefonu barmene uzatdim:

-Ünvani sorushur.

Oqlan çashqinliqla telefonu menden alib ünvani verdi.Bir azdan artiq o gelmishdi.O qeder içmishdim ki,Jaleni 2 nefer görürdüm.Meni qucaqlayib yanima oturdu:

-Bu nedi bu qeder içerler?Of lesh kimi içki iyi gelir senden.Bir sebeb var idi bu qeder içmeye? -Shusss...Sen de iç isteyirsen.Yeterki sus.

O oqlana ishare edib ne ise sifarish verdi.Sonra bashini çiynime qoyub qulağima piçildadi:

-He raziyam buralardan gedek.Hemde sen hara isteyirsen. Gücle de olsa bashimi qaldirib gülümsedim.Sonra Jale mene mecburen tünd kofe içirtdi.Bir az da olsa özüme gelmishdim.Ayağa qalxib Jaleni qucaqlayaraq yeriyirdim ki,telefonu unutduğumu xatirlayib geri döndüm.Birden kimse belime toxundu:

-Heyatim necesen?

-Sheyy Lale?

-He meni unutmamağina sevindim. Lenete gelesen bu hardan çixdi?Ay seni Jale de gelir.Men indi neyneyecem?Jale bize yaxinlashib mene sarildi: -Canim bu kimdi?

Bolum sonu.

Yazar : Yagmur

silersuz mirta yazdim

Link to comment
Share on other sites

Lap çoxdan, nəhəng bir alma ağacı var idi. Kiçik oğlan ora gəlməyi və hər gün o ağacın ətrafında oynamağı xoşlayırdı. O ağaca çıxırdı, almalardan yeyirdi, kölgəsində mürgüləyirdi. O ağacı sevirdi və ağac isə onunla vaxt keçirməyi. Vaxt keçdi, kiçik oğlan böyümüşdü. Və o artıq hər gün ağacla əylənmədi.

 

Bir gün, oğlan ağacın yanına qayıtdı və o qəmgin görünürdü. "Gəl və mənimlə oyna" deyərək ağac oğlanı çağırdı.

Oğlan cavab verdi:

- "Mən artıq uşaq deyiləm - daha ağaclarla əylənmirəm", "Mən oyuncaqlar istəyirəm. Onları almaq üçün pula ehtiyacım var"

- "Bağışla, ancaq mənim pulum yoxdur. Amma sən mənim yaxşı almalarımı seçib onları sata bilərsən. Və oyuncaq almaq üçün sənin pulun olacaq.

Oğlan həyəcanlandı.

O ağacdan bütün almaları dərdi və xoşbəxt halda getdi. Və oğlan bir də heç vaxt geri qayıtmadı. Ağac qəmgin idi.

 

Bir gün, oğlan qayıtdı - nə vaxt ki, o artıq böyüyüb kişi olmuşdu. Və ağac: "Gəl mənimlə oyna" həyəcanlı səslə dedi. Oğlan: "Mənim oynamaq üçün vaxtım yoxdur. Mən ailəm üçün işləməliyəm.

Bizim evə ehtiyacımız var. Mənə kömək etməyi bacararsan?"

Ağac:

" Bağışla. Mənim heç bir evim yoxdur. Amma sən mənim budaqlarımı yarıb, özünə ev tikə bilərsən."

 

Beləliklə artıq kişi olmuş o kiçik oğlan ağacın bütün budaqlarını yardı və xoşbəxt halda oranı tərk etdi. Ağac onu xoşbəxt gördüyü üçün çox şad idi, amma kişi bir də geri qayıtmadı. Ağac yenidən tək və qəmgin qaldı.

 

Bir isti yay günü… Kişi qayıtdı və ağac buna heyran qaldı.

"Gəl və mənimlə oyna"! ağac dedi.

Kişi:

- "Mən artıq yaşlanıram. İstirahət üçün qayıqla üzmək istəyirəm. Sən mənə qayıq verə bilərsən?"

Ağac: "Sən qayıq düzəltmək üçün mənim gövdəmdən istifadə edə bilərsən. Sən uzaqlara da üzə bilərsən və xoşbəxt olarsan."

Beləliklə kişi ağacın gövdəsini kəsdi və özünə qayıq düzətdi. O üzməyə getdi və uzun müddət görünmədi.

Nəhayət çox illər keçəndən sonra kişi qayıtdı.. Ağac: "Bağışla oğlan, amma sənə kömək etmək üçün artıq mənim heç nəyim yoxdur. Almam da yoxdu...

Oğlan: "Heç bir problem yoxdur - onsuzda dişləmək üçün mənim dişlərim yoxdu.

Ağac: "Artıq mənim gövdəm də yoxdur ki, sən çıxıb əylənəsən."

Kişi: "Mən artıq bunun üçün həddindən artıq qocayam"

Ağac göz yaşları ilə: "Mən həqiqətən sənə heç verə bilmərəm. Təkcə mənim tərk edilmiş köküm qalıb."

Kişi: "Mənim heç nəyə ehtiyacım yoxdu, sadəcə istirahət üçün yer axtarıram. İllər məni çox yorub"

Ağac: "Yaxşı! Köhnə ağac kökləri, uzanmaq və istirahət üçün ən yaxşı yerdir. Gəl yanımda otur, istirahət et.

Kişi oturdu və ağac sevindi və göz yaşları ilə gülümsədi.

Link to comment
Share on other sites

İnsan çox qəribədir (İbrətimiz hekayə)

Bir müdrikdən soruşurlar: “İnsanın ən hansı hərəkəti sizi daha çox təəccübləndirir?” Müdrik bir-bir deməyə başladı:

“Uşaq olmaqdan bezirlər və tez böyümək istəyirlər. Böyüyəndə isə uşaqlılarından ötrü darıxırlar.

Pul qazanmaqdan ötrü sağlamlıqlarını itirirlər. Sonra da sağlamlıqlarını bərpa etmək üçün pul verirlər.

Sabah haqqında düşünüb bu günü unudurlar. Buna görə də nə bu günü, nə də sabahı dolğun yaşamırlar.

Heç ölməyəcəkmiş kimi yaşayırlar. Lakin heç yaşamamış kimi ölürlər.”

Bu sözlərdən sonra müdrikdən məsləhət almaq üçün soruşdular: “Bəs sən nə məsləhət görürsən?”

Müdrik belə cavab verdi:

“Heç kimə özünüzü sevdirməyə çalışmayın. Etməli olduğunuz tək şey özünüz kimi olub seviləcəyinizi düşünməkdir.

Qəhrəmanlıq həyatda ən çox şeyə malik olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır.

Vacib olan nəyə baxdığınız deyil, ona hansı gözlə baxdığınızdır.”

Link to comment
Share on other sites

Dünyanın hekayəsi

 

 

 

 

Hər şey 15 milyard il əvvəl futbol topu böyüklüyündə bir nöqtədən başladı.O nöqtədə qaynaşma vardı. ..Kainatda bu gün mövcud olan hər şey o nöqtədə idi.Və nöqtə partladı...Möhtəşəm bir enerji maddəni və kainatı meydana gətirmək üçün sərbəst qaldı.Bu enerji şüurlu idi və vəzifəsini bilirdi.Partlayış parçaları hər tərəfə yayıldı.Bu parçalardan biri də Dünya olacaqdı.Uzun bir müddət formasız bir bulud olaraq gəzdi durdu. 20 milyon dərəcə idi, əskik idi. ..Əksiklikləri sonra aradan qaldırılacaqdı.Yaranan bulud-Dünya orbitə girdi.Oxu ətrafında dönməyə başlamışdı,yumru bir şəkil aldı. Hələ isti idi..Meydana gəlmə macərası başladı.Zamanla soyudu, bir qisim maddə mərkəzə çökərək mayeləşdi.Arada bir meteoritlər və kometalar Dünyaya düşür,əskik parçaları tamamlayırdılar.Kütlə qazanırdı Dünya,böyüyürdü.Soyuma davam etdi...İndi Dünya 4 milyard yaşında idi.Soyuyarkən çıxardığı buxarlar atmosferi və suları meydana gətirmişdi.Artıq Dünya meydana gəlmişdi, bir su planeti idi.Hər yer su idi, quru yox idi. Həyat hələ yox idi.Bomboş və kimsəsiz idi Dünya.

 

Sonra. ..uzaqdan bir kometa göründü.Sürətlə Dünyaya yaxınlaşırdı.Xarici kosmosdan gəlmişdi, günəş sisteminin xaricindən.İçində həyat daşıyırdı, həyatın quruluş daşlarını daşıyan bir paket idi.Hədəfi təyin olunmuş, hədəfi Dünya idi.Və sürətlə atmosferə girdi.Quyruğu yüzlərlə km uzunluqda və alov-alov idi.O anın fotoşəkili belə idi:

Kometanın o halı bir spermaya,Dünya isə yumru nəhəng bir yumurtaya bənzəyirdi.

 

Dünya onu-quyruqlu ulduzu götürəcək, birləşəcək və həyat doğuracaqdı.Elə də oldu.

Həyat suda başladı.Onsuz da Dünyada sudan başqa bir şey yox idi.O zaman quru deyə bir şey yox idi. Hər yer sularla örtülü idi.İlk tək hüceyrə dəniz suyunu istifadə edərək işə başladı.Əvvəl yosunlar...Həyat başlamışdı.Sonra, dayaz dəniz döşəməsində bir sıxışma-qıvrılma oldu,dəniz dayazlığı qıvrılıb yüksələrək su üzərinə çıxdı.Kipr adası böyüklüyündə bir quru meydana çıxdı.Zamanla sərtləşib qurudu. ..Qitə tavaları meydana gəlmişdi.Bu quru kütləsi sonradan yan qıvrımlarla böyüdü,böyüdü.Bir nəhəng qitə və nəhəng bir okean vardı artıq.4 milyard il keçmişdi.Dənizdəki yosunlar quruya yayıldı...Əvvəl ot, sonra ağac olub hər tərəfi örtdü.Bitkilərin vəzifəsi bu idi:Suda və havada oksigen yox idi, oksigeni fotosintez ilə bitkilər və bəzi bakteriyalar yaradacaqdı.Elə də oldu, atmosfer və su oksigenlə zənginləşdi.Daha sonra canlılar üçün mühit uyğun hala gətirildi.Bitkiləri digər canlılar izlədi.Balıqlar,həşəratlar,sürünənlər və quşlar....Və nəhayət məməlilər ortaya çıxışlar.Hər şey bir əksikliklə ilə tam idi.İnsan hələ yaranmamışdı.Günümüzdən 600 min il əvvəl Homo Erectu(Neanderthal) doğuldu.Ön insan idi. ..bundan 250 min il əvvəl də Homo Sapiens doğuldu,yəni bizlər.İnsan çağı başlamışdı.4,6 milyard yaşındakı Dünyanın qısa hekayəsi...

 

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...

×
×
  • Create New...