Jump to content
Forum Windows-az.com

Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradıldı


Noname_445

Recommended Posts

f05c708443.jpg


Türkiyənin ən böyük təhsil resurslarından biri olan Mezun.com saytı və Azərbaycanın təhsil portalı olan Telebe.az arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb. Bu gündən istifadəyə verilən şəbəkə vasitəsi ilə tələbələr xarici universitetlər barədə informasiyalar, təhsil xəbərləri və digər faydalı məlumatlar əldə edə biləcəklər. Qeyd edək ki, şəbəkə artıq dünyanın bir neçə ölkəsində aktiv fəaliyyət göstərir. İstifadəçilər birbaşa olaraq xaricdə təhsil alan azərbaycanlılarla təmas yaradıb onlardan həmin ölkədəki təhsil və oxuduqları universitet barədə məlumat əldə edə biləcəklər. Qeyd edək ki, ilkin olaraq şəbəkə Türkiyədə təhsil üçün aktivləşdirilib. Amma yaxın gələcəkdə digər ölkələr də əlavə ediləcək. Şəbəkəyə qoşulmaq üçün tələbə ya birbaşa qeydiyyatdan keçə vəya Facebook hesabından istifadə edə bilər. İstifadəçi saytda öz profilini yarada, məlumatları, foto və videoları paylaşa bilər. Şəbəkə ortaq linkdə telebe.az.mezun.com –da yerləşdirilib. Amma Telebe.az saytında bir başa keçid də var. İlkin olaraq saytın 70%-i Azərbaycan dilinə tərcümə edilib. Saytın təkmilləşdirilməsi ilə bağlı işlər davam edir. Onu da qeyd edək ki, sayt vasitəsi ilə xaricdə təhsil alan gənclərə 300 dollar məbləğində birdəfəlik təqaüd də veriləcək.
Qeyd edək ki, 1999-cu ildə yaradılan Mezun Group informasiya texnologiyalarında istifadə etməklə insanlar üçün faydalı məhsulların hazırlanması ilə məşğul olur. Mezun Group-un Avropa, Şimali Amerika və Türkiyədə təmsilçiləri var. Telebe.az saytı 2008-ci ildən fəaliyyət göstərir.
Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 3 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...