Jump to content
Forum Windows-az.com

Öz yazdığım şeir


MEZHH
 Share

Recommended Posts

Komputerdə köhnə şeyləri silirdim, çoxdan yazdığım şeirlər çıxdı qabağıma sizinlə paylaşmaq istədim.

 

İstəmirəm

 

 

 

 

247575_111825215574282_7676219_n.jpg

 

Nə qədər yalvardım, bir gün gəl deyə,

İndi istəmə məni, mən istəmirəm.

Nə qədər istədim məni sev deyə,

İndi sevmə məni, mən istəmirəm.

 

Qəlbimi qırdın sən, mən yenə sevdim,

Sən məni ağlatdın, yenə səbr etdim,

Gün gələr o mənim olar söylədim,

İndi olma mənim, mən istəmirəm.

 

Gecələr yuxuma belə gəlmədin,

Mən ağlar qalanda sən heç bilmədin,

Tək bircə dəfə də xoş söz demədin,

İndi demə mənə, mən istəmirəm.

 

Məhəbbət oxum bir daşa rast gəldi,

YOX kəlmən qəlbimi bıçaq tək dəldi,

Qürurum səninçün necə əyildi,

İndi qaldırma məni, mən istəmirəm,

 

Ağlar qaldım tutuldu yaşla gözlərim,

Taqət qalmadı, əyildi, sındı dizlərim,

Unut yaddan çıxsın bütün sözlərim,

İndi xatırlama məni, mən istəmirəm.

 

Tənha qaldım başqası oldu həmdəmim,

O qədər çox oldu, qəlbdə dərd qəmim,

Bilmədim necəsə, unutdu qəlbim,

İndi vermə qəlbini,mən istəmirəm.

 

Yağan yağışlarda yudum dərdimi,

Başqası verə bilməz bilki yerimi,

Tapa bilməzsən səni mən tək sevəni,

İndi sayma məni, mən istəmirəm.

 

Eşqim azalmadı boranda, qarda,

Qəlbim səndən sonra qalmadı darda,

Məni axtarmısan de görüm harda?

İndi axtarma məni, mən istəmirəm.

 

Heç kimə vermərəm daha qəlbimi,

Heç kimlə bölmərəm daha dərdimi,

Başqası yad etdi mənim qəbrimi,

İndi yad etmə məni, mən istəmirəm.

 

Sətirlər ən yaxın dostlarım oldu,

Sətirlər dərdimlə saçların yoldu,

Qəbrimin üstündə güllərdə soldu,

İndi diriltmə məni, mən istəmirəm.

 

Bitərmi görəsən bu yar sevgisi,

Girərmi bu qəlbə səndən qeyrisi,

Daha yoxdur indi SEVƏN_BİRİSİ,

İndi yaşatma məni, mən istəmirəm.

 

Məhəbbət

 

 

 

 

261559_114333981990072_7957593_n.jpg

 

Sevgi şirin bir röyadır, görmür onu hər istəyən,

Qurban etməz öz canını onu qəlbdən hiss etməyən,

Bilməlidir! Sevgi boşdur, mənasızdır, yoxdur deyən,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Saf sevgiylə aşiq olmaq hər adama olmur qismət,

Kimisi də heç sevməyir, vermir qəlbə bir əziyyət,

Kimisi də məhəbbəti belə edib qəlbdə niyyət,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Sevən qəlbə öz sevdiyi olmaz bircə an belə yad,

Bəs varmıydı görən Məcnun, Kərəm, Fərhad?

Necə qoydu bu dünya da onlar belə gözəl bir ad?

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

Dünya boyda əziyyəti, dərd qəmi var bu dünyanın,

Əslisi var, Leylisi var, Kərəmi var bu dünyanın,

Sözlərimi sübut edən bir dəmi var bu dünyanın,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Od içində yanıb, eşqdən dönməyən var,

Öz yarına yad olanda bircə an da gülməyən var,

Sevgi nədir deyib, onu qəlbdən bilməyən var,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

Bəs mən kiməm görən eşqlə dolu bu karvanda?

Telefonda məhəbbətin yarandığı bu zamanda,

Qəlbdən mənə bir səs gəlir, bu ürəyim hər vuranda,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Neçə sevgi görmüşəm mən insan ona rəğbət edir,

Neçə sevgi görmüşəm mən insan içdən nifrət edir,

Sevgi nədir anlamayan qəlblər görən hara gedir.

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

Niyə sevgilərin sonu çox vaxt olur qəm, ayrılıq,

Niyə qəlbi yıxır kökdən həm xəyanət, həm ayrılıq,

Bəlkə bizə bu cavabı edir qəlbdə cəm ayrılıq,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Sevgiləri yox eyləyən bir bəla var adı yalan,

Məhəbbətdir aşiqlərdən bizə böyük miras qalan,

Eşit ey, boş həvəsi böyük sevgi, eşqdir sanan,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Gəl ay qəlbsiz batma sevgi günahına,

Düşmə o saf qızın qəlbdən gələn, saf ahına,

Məhəbbəti qarışdırma, bir əyləncə tamahına,

Məcnun sevib Leylasını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

 

 

Son sözümdü bundan sonra gəlməyəcəkdir gerisi,

Bu qəlbimə girməyəcək and olsun ki bir qeyrisi,

Bu sözlərin sahibi də Məcnun tək SEVƏN_BİRİSİ,

Məcnun sevər öz yarını ömür sona çatana qədər,

Əsl aşiq sevər yarın ölüm onu tapana qədər.

Link to comment
Share on other sites

seven_birisi, şeirlərin hər ikisi də əladır... Bəzi sətirlərdə heca sayında səhvlər var idi amma şeirin mənasına təsir etmədiyinə görə problem yaratmır... Heca sayına fikir versən daha da super olar...

 

axellis, məndən sənə bir tövsiyyə... Əgər şeir yazmaq istəyirsənsə dərdini, fikrini adi cümlələrlə heç kəsə deməli deyilsən. Nə bu dərdi yaradan insana, nə bir dostuna... Heç kəsə... Ta ki bu dərd artıq sənin ürəyini partlatmaq dərəcəsinə çatdıranda özündən asılı olmadan şeiri yazacaqsan...

İstəsəniz buna uyğun bir şeir yazaram...

Link to comment
Share on other sites

Seven_birisi, şeirin axıcılığı hecaların sayından asılıdır.. Məs:

Nə qədər yalvardım, bir gün gəl deyə, (11 heca)

İndi istəmə məni, mən istəmirəm. (12 heca)

Belə olanda axıcılıq pozulur...

 

Gecələr yuxuma belə gəlmədin, (11 heca)

Mən ağlar qalanda sən heç bilmədin, (11 heca)

burda axıcılıq superdir...

 

Mən bunları demək istəyirdim... İnşallah əgər bundan sonra şeir yazanda daha mükəmməl yazacaqsan... Uğurlar...

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...