Jump to content
Forum Windows-az.com

Network File and Folder Sharing (win7)


anar315
 Share

Recommended Posts

iki komputeri ADSL modem vasitəsilə bir birinə qoşmaq istəyirəm. yəni bir komputerdən o biri komputerə girib faylları götürmək istəyirəm sistem windows7-dir əlaqə yaratmaq üçün nə etməliyəm.(xp-də qoşurdum share edirdim fiso).nastroykada nə etməliyəm?

 

Link to comment
Share on other sites

... 1 var hər 2 kompüter modemə qoşula...

...1 də var kompüterin 1-i modemə qoşula...o biri kompüter də 1-ci kompüterə qoşula (setavoyla)...qoşulmanın tipinə uyğun şəbəkə yaratmaq lazımdır....

...mən ona görə soruşdum ki,sənin modem və kompüterləri necə qoşduğunu bilməliyəm ki,şəbəkənin qurulma mexanizmini deyim...

Link to comment
Share on other sites

... hər 2 kompüterdə adminə porol qoy... onda raboçi stolda set papkasında hər 2 kompüter görünəcək...girmək istəyəndə login və porol istəyəcək....porol sənin kompüterin admin adı,porol da açılmağa qoyduğun porol olacaq...çalış domen kimi admin adından istifadə et...

...videodərslik hazırlayaram..

Link to comment
Share on other sites

...Indi mən sizlərə lokal şəbəkədə kompütelər arasında əlaqə yaratmaq,1 kompüterdən o birisinə daxil olmaq və fayl göndərmək (file transfer) yolunu öyrənəcəyik...

...Bu barədə bir çox user-lər müraciət ediblər.Sadəcə bildiyiniz kimi setavoy işi bir az ağır işdir.O mənada ki,başa salmaq da çətindir,başa düşmək də...həm də çox vaxt aparır...Şəxsən mənim üçün ən maraqlı sahədir...

...mən bu şəbəkə əlaqəsini yaratmağı 2 wi-fi kompüter arasında göstərirəm...o mənada ki,setavoy şnurla şəbəkə yaradanda problem az olur.çünki konkret olaraq modedmən 2 şnur kompüterə qoşulur (və ya 1 şnur modemdən 1-ci kompüterə,2-ci kompüter də 1-ci kompüterə).bu əlaqə konkretdir.qalır funksiyaları təyin etmək...wi-fi əlaqəsində 1 sıra problemlər çıxa bilir.bu üzdən düşündüm ki, çətin olanı başa düşsək,qalan məsələlərdə problem olmaz...

...bu işləri forumda çoxu bilir.bu üzdən dərslikdə hər hansı menyuda etdiyim dəyişikliklər lazımsız görünə bilər...tutaq ki,antivirusu söndürmək...bütün bunlara izah verib demək istəyirəm ki,göstərdiyim funksiya dəyişiklikləri ümumidir.yəni digər kompüterə girməkdə qarşılaşa biləcəyiniz bütün problemləri demək olar ki,nəzərə almışam...(tutaq ki,birində antivirus problem yaratmaz,amma başqasında yarada bilər) ...

 

 

...bu sahədə təcrübəsi olmayanlara bildirmək istəyirəm ki,burda internetdən söhbət getmir.modem toka qoşulur...amma internet modemə qoşulmur (offline)...əgər 2 kompüteri setavoy şnurla bir-birinə qoşub əlaqə yaratmaq lazım olarsa,onda modemə də ehtiyac yoxdur.

...hər 2-si internetdə ola da bilər.bunun işə heç bir ziyanı yoxdur.sadəcə demək istəyirəm ki,bu əlaqəni internet üzərindən qurmuruq...

Link to comment
Share on other sites

....setavoy-a aid bu cür geniş videodərslik hazırlamaq 1 az çox vaxt tələb edir...

....1 də vaxt tapan kimi setavoya aid başqa videodərslik hazırlayacağam....bu videodərslikdə isə lokal şəbəkədə ineternet şəbəkəni qurmağı və kompüterlər arasında internet əlaqəsi yaratmağı göstərəcəyəm...bu problem xüsusən də internet klublarını işlədənlər üçün maraqlı olar...çünki forumda bu sahədə problemlə üzləşənlər çox olur...və müraciət edirlər...əsasən də onlara kömək məqsədilə 1 videodərsliyə ehtiyac var...

Link to comment
Share on other sites

...anar315 , halal xoşun...

...yuxarıda qeyd etmişəm...setavoy şnurla da proses bu cür gedir...yəni elə hesab edin ki,1 modem və 2 kompüter...bu modemdən 2 port var.hər port ayrı-ayrı şnurla 1 kopüterə bağlanıb....və eynən yuxarıdakı kimi edirsiz...və lokal şəbəkə yaranır....

...burda incə 1 nüans var ki,görürəm bunu qarışdrırsız....deyirəm,yadda saxlayın..bu çox mühüm və incə məsələdir...modemin 2 funksiyası var....1-ötürücü , 2 - internet...biz lan və wi-fi ilə bir neçə kompüteri sadəcə 1-1-i ilə bağlaya bilərik...bunun internetə aidiyyatı yoxdur.... lan və ya wi-fi , hər ikisində əlaqə eyni cür qurulur...modem burda ötürücü rolunu oynayır...

...bu üzdən yuxarıdakı videodərslik lan və wi-fi üçündür...fərq yalnız onda ola bilər ki,birində çıxa biləcək problem digərində çıxmaya bilər.dərslikdə də hər 2 halda çıxa biləcək bütün problemlər nəzərə alınıb.və buna uyğun menyularda bütün dəyişikliklər edilib ki,formasından asılı olmayaraq quracağınız şəbəkədə problem yaranmasın...

 

...qeyd : növbəti videodərslik lokal internet şəbəkəsinin qurulması, 1 kompüterin digər kompüterdən internet alması,2 kompüter arasında internet əlaqəsi , problemlər (ip conflikt) , periferik kompüterin server ip-sindən istifadə etmədən beynəlxalq ip ilə internet şəbəkəsinə qoşulma və s. ... maraqlı şeylər çoxdur... bunlar yadıma düşənlərdir....

...başqa şeylərdə var...misal üçün... biz internet şəbəkəsində kompüterlər arasında internet əlaqəsini 1 neçə cür quracağıq...

1)modem-1-ci kompüter-2-ci kompüter-3-cü kompüter...

2)1-ci kompüter-modem-2ci kompüter-3-cü kompüter...

3)modem-1-ci kompüter-2-ci kompüter-3-cü kompüter-1-ci kompüter...

...göründüyü kimi çox maraqlı 1 şeydir...1-cidə 1 düz xətt üzərində prinsipi...2-cidə ulduzvari şəbəkə,üçüncüdə dairəvi şəbəkə qurulacaq...

sadəcə bütün bunları əhatə edəcək videodərslik hazırlamaq üçün vaxt problemi var... inşALLAH vaxt tapan kimi genişhəcmli 1 videodərslik hazırlayaram....

Link to comment
Share on other sites

...vaxt olanda şəbəkəyə aid 3-cü -sonuncu videodərslik də hazırlayacağam...

...bu dərslik virtual şəbəkə qurmağa aid olacaq....neçə ki,virtual disk yaratmaq olur.eləcə də virtual set (modem) yaradacağıq....olmayan 1 modemin xəyalını yaradacağıq.bu virtual şəbəkə lan və wi-fi qoşula bllən kompüter və telefon tərəfindən o dəqiqə görünür və tanınır...əsas (server) kompüterdə virtual şəbəkə yaradacağıq və ona iternet verəcəyik.digər kompüterlər modemdən internet götürməyəcək.digər kompüter və telefon virtual şəbəkədən internet alacaq...virtual şəbəkə həmişə cmd-dan aktivləşəcək...buna görə də əsas (server) kompüterdə başqası otursa belə,virtual şəbəkəyə internet verə bilməyəcək...çünki cmd-dan bunu aktivləşdirməyi hər kəs bilmir...

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...