Həsən İldırımov Konu tarihi: 17 Ekim 2012 Paylaş Konu tarihi: 17 Ekim 2012 Sən mənim qarşıma çıxdığın zaman Dünya gözlərimdə dönür cənnətə... Artır ürəyimin döyüntüləri, Mən heyran qalıram bu məhəbbətə! Bir anlıq günəş də gülür üzümə, Yolların kənarı al-əlvan geyir... Qopur baxışından xəfif təbəssüm, Çırpınan qəlbimə nagahan dəyir! Ayağım altına baxsam da,heyhat, Nə yolu görürəm,nə də ki,izi... Taleyin işinə mat qalmışam lap, Niyə birləşdirmir əllərimizi!... Bu qədər əzabın arasındayam, Yanır ürəyimin başında nəsə... Nə qədər şirindir bu yanmaq mənə, Dönərəm atəşə,əgər”Dön”-desən! Bu qara oğlanın boyuna baxma, Yarsın sinəsini,ürəyinə bax... Parçala,yarala,lap çarmıxa çək, Sən onu rədd etmə,rədd etmə ancaq! Acılı-şirinli həyatımızın, Vüsal dəqiqəsi harasındadır!... Qoymayaq səadət uçub yox olsun, Ölüm qaşla gözün arasındadır! Çıx mənim qarşıma məhəbbətinlə, Gülsün səadətlə nəzərlərimiz. Həsrətin şaxtası-buzu ərisin, Ömür yollarını qoşa gedək biz! Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 ...paylaşdığın üçün təşəkkür... ....qeyd : ilk misra deyəsən səhvən 2 dəfə yazılıb... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 17 Ekim 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 17 Ekim 2012 dəyməz səhvi düzəltdim Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 Paylaşdığın üçün təşəkkürlər... biri də məndən sizlərə hədiyyə olsun Boğdun məni, atdın qəm dəryasında, Tərk etdin sevəni öz dünyasında, Ağlamalı olsam sənin yasında, Mənim göz yaşımı görməyəcəksən... Səni sevmiş idim həyatım qədər, Sən demə ömrümü vermişəm hədər, Gəl sinəmə dağ çək istəyin qədər, Mənim göz yaşımı görməyəcəksən... Gülə - gülə gəlsən mənim yanıma, Acı sözlərinlə qıysan canıma, İstəyirsən gəl çıx mənim sonuma, Mənim göz yaşımı görməyəcəksən... Qəlbində olanı heç vaxt bilmədim, Qəlbim qan ağladı, mən bildirmədim, Desən ki, "Mən səndən sevgi görmədim", Mənim göz yaşımı görməyəcəksən... Məni əzməkdirsə ürəkdə niyyət, Desən ki "Gedirəm, budur vəziyyət", Versən Fizuliyə xeyli əziyyət, Mənim göz yaşımı görməyəcəksən... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 17 Ekim 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 17 Ekim 2012 dəyməz Sən çıldırmış bir şaiirin son şeiri... Yarpaqlarını tökən bir ağacın son yarpağı.. Yer üzünə yağan sonuncu qarsan Sən bitən bir şeysən Sən inanılçaz gözəlikləri gətirib Ən gözəl zamanında onları aparan birisən Sən ağlarkən gözlərimdən düşən damlalar, Danışarkən belə deyə bilmədiyim İçimdə gizlətdiyim ən gözəl sözlərimsən Sən hər kəsin yaşamayacağı Yaşasa belə anlamaycağı Ən gözəl şeysən. Sən yağmurdan sonra parlayan göyüzü qədər gözəl Göyqurşağı qədər inanılmazsan Sən üfüqlərdə parlayan günəşdən daha isti Qütüblərdəki buzlardan daha soyuqsan Sən ən qəribə olan sən ən ecazkarsan, Axı sən SEVGİSƏN!!! Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 bu şeir də sərbəst vəzndə yazılmış gözəl şeirlərdən biridir... təşəkkürlər... deyəsən türk şeiridir... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 17 Ekim 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 17 Ekim 2012 hardan bildin Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 Ümumiyyətlə şeiri oxuyanda müəllifin kim olduğu haqda fikir irəli sürmək o qədərdə çətin deyil... Əgər şeir sevgiyə aid olmasaydı və türk şeiri olmadığını desəydin şeirin müəllifi C.Cabbarlıdan və H.Caviddən başqasının ağıla gəlməsi mümkün olan bir şey deyildi... Həm də ki, şeirin əvvəlində "çıldırmış" sözünü yazmısan Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 Maksim,Güləşci hər ikinizə təşəkkürlər gözəl şeirlərdir Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 ...Maksim_252 .paylaşdığın üçün təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 Maksim, Gulesci tesekkurler. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 17 Ekim 2012 Paylaş Mesaj tarihi: 17 Ekim 2012 X-Missiya, Mehdi1998, Point-Blank, bəyəndinizsə çox sevindim... Sizə də təşəkkürlər... Çox sağ olun... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 18 Ekim 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 18 Ekim 2012 dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 18 Ekim 2012 Paylaş Mesaj tarihi: 18 Ekim 2012 tsk Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.