Jump to content
Forum Windows-az.com

Şeir


Həsən İldırımov
 Share

Recommended Posts

Sən mənim qarşıma çıxdığın zaman

Dünya gözlərimdə dönür cənnətə...

Artır ürəyimin döyüntüləri,

Mən heyran qalıram bu məhəbbətə!

 

Bir anlıq günəş də gülür üzümə,

Yolların kənarı al-əlvan geyir...

Qopur baxışından xəfif təbəssüm,

Çırpınan qəlbimə nagahan dəyir!

 

Ayağım altına baxsam da,heyhat,

Nə yolu görürəm,nə də ki,izi...

Taleyin işinə mat qalmışam lap,

Niyə birləşdirmir əllərimizi!...

 

Bu qədər əzabın arasındayam,

Yanır ürəyimin başında nəsə...

Nə qədər şirindir bu yanmaq mənə,

Dönərəm atəşə,əgər”Dön”-desən!

 

Bu qara oğlanın boyuna baxma,

Yarsın sinəsini,ürəyinə bax...

Parçala,yarala,lap çarmıxa çək,

Sən onu rədd etmə,rədd etmə ancaq!

 

Acılı-şirinli həyatımızın,

Vüsal dəqiqəsi harasındadır!...

Qoymayaq səadət uçub yox olsun,

Ölüm qaşla gözün arasındadır!

 

Çıx mənim qarşıma məhəbbətinlə,

Gülsün səadətlə nəzərlərimiz.

Həsrətin şaxtası-buzu ərisin,

Ömür yollarını qoşa gedək biz!

Link to comment
Share on other sites

Paylaşdığın üçün təşəkkürlər... biri də məndən sizlərə hədiyyə olsun

 

Boğdun məni, atdın qəm dəryasında,

Tərk etdin sevəni öz dünyasında,

Ağlamalı olsam sənin yasında,

Mənim göz yaşımı görməyəcəksən...

 

Səni sevmiş idim həyatım qədər,

Sən demə ömrümü vermişəm hədər,

Gəl sinəmə dağ çək istəyin qədər,

Mənim göz yaşımı görməyəcəksən...

 

Gülə - gülə gəlsən mənim yanıma,

Acı sözlərinlə qıysan canıma,

İstəyirsən gəl çıx mənim sonuma,

Mənim göz yaşımı görməyəcəksən...

 

Qəlbində olanı heç vaxt bilmədim,

Qəlbim qan ağladı, mən bildirmədim,

Desən ki, "Mən səndən sevgi görmədim",

Mənim göz yaşımı görməyəcəksən...

 

Məni əzməkdirsə ürəkdə niyyət,

Desən ki "Gedirəm, budur vəziyyət",

Versən Fizuliyə xeyli əziyyət,

Mənim göz yaşımı görməyəcəksən...

Link to comment
Share on other sites

dəyməz

Sən çıldırmış bir şaiirin son şeiri...

Yarpaqlarını tökən bir ağacın son yarpağı..

Yer üzünə yağan sonuncu qarsan

 

Sən bitən bir şeysən

Sən inanılçaz gözəlikləri gətirib

Ən gözəl zamanında onları aparan birisən

Sən ağlarkən gözlərimdən düşən damlalar,

Danışarkən belə deyə bilmədiyim

İçimdə gizlətdiyim ən gözəl sözlərimsən

Sən hər kəsin yaşamayacağı

Yaşasa belə anlamaycağı

Ən gözəl şeysən.

 

Sən yağmurdan sonra parlayan göyüzü qədər gözəl

Göyqurşağı qədər inanılmazsan

Sən üfüqlərdə parlayan günəşdən daha isti

Qütüblərdəki buzlardan daha soyuqsan

Sən ən qəribə olan sən ən ecazkarsan,

Axı sən SEVGİSƏN!!!

Link to comment
Share on other sites

Ümumiyyətlə şeiri oxuyanda müəllifin kim olduğu haqda fikir irəli sürmək o qədərdə çətin deyil...

Əgər şeir sevgiyə aid olmasaydı və türk şeiri olmadığını desəydin şeirin müəllifi C.Cabbarlıdan və H.Caviddən başqasının ağıla gəlməsi mümkün olan bir şey deyildi...

Həm də ki, şeirin əvvəlində "çıldırmış" sözünü yazmısan wink

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...