Jump to content
Forum Windows-az.com

Hekayə... Qadin Yoxsa Weytan ?


Həsən İldırımov
 Share

Recommended Posts

H E K A Y Ə ... Qadin Yoxsa Weytan ?

 

İnsanlığın varolduğu ilk zamanlarda bir kişi şeytanı tutmağa qerar vermiş. Ancaq bunun üçün Tanrıya 40 il ibadət etməsi lazım imiş. Xanımı ilə, dostları ilə və bütün d

ünya ilə əlaqəsini kəsmiş, özünü ibadətə həsr etmiş. 40 il sonra Tanrı ibadətini qebul etmiş və ibadətinin qarşılığı olaraq ağzı bağlı şüşədə şeytanı kişiyə vermiş. Artıq kişi azadlığına qovuşmuş və dünyada nələrin dəyişdiyini öyrənmək üçün gəzməyə getmiş. Gedərkən də şeytanı xanımına verib ona yaxşı sahiblənməyini söyləmiş. Qadın şeytanla çox maraqlanmış və marağına məğlub olub şüşənin ağzını açmışdır. Açınca şeytan şüşədən çıxmış və gülərək demiş:

- Marağına əngəl ola bilmədin və ərinin 40 illik ibadətini boşa çıxartdın.

Qadın cavab vermiş:

- Sən heç o şüşənin içində deyildinki.

Şeytan:

- Necə ola bilər? Səndə gördün, şüşədən çıxdım mən.

Qadın:

- Sən heç o şüşənin içində deyildin. İnanmıram buna. Necə kiçik bir şüşəyə girə bilərsənki?

Qadının bu sözündən hirslənən şeytan "Mən girim səndə bax" demiş və şüşəyə girmiş. Bu zaman qadın şüşənin ağzını bağlamış.

Kişinin şeytanı həbs etməsi 40 ilini qadının isə 5 dəqiqəsini almış.

Şeytansa belə üsyan etmiş Tanrıya:

- Tanrım, madam ki qadını yaradacaqdın o zaman məni niyə yaratdın?

Link to comment
Share on other sites

Əgər şeytan Allah lənət eləmiş olmasa, Haqq ilə batil bir birindən ayrılmazdı. Kimin imanı güclüdürsə şeytan ona qalib gələ bilməz, kimki şeytanla dostdu, o özü elə yeriyən şeytandı.

Allahın bildiyin biz bilmərik. Allah bizə şeytana və nəfsimizə qalib gələcək, güc və iman versin İnşAllah

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...