Jump to content
Forum Windows-az.com

Galaxy S IV


-Rovshan-

Recommended Posts

Galaxy-S-IV-Rozetked.jpg

Hər flaqman, gözlənilən model çıxmazdan əvvəl, onunla bağlı şəkilləri, xüsusiyyətləri, hətta videoları yayılır. Yadınızdadırsa, iPhone 4 modelindən sonra, iPhone 5 modeli gözlənilsə də, iPhone 4S modeli çıxmışdı. Bu arada, iPhone 5 modelinin, özündə proyektor xüsusiyyəti, lazer klaviaturası olan video yayımlanmışdı. Bu videoya nə qədər də olmasa inananlar çox idi. Əsasən, Apple fanları wink İndi, Samsung şirkətinin, 2013-cü ildə çıxması gözlənilən flaqman modeli -Galaxy S IV’dün də həmin çarxa oxşar videosu yayımlandı.
Videonu rus texnologiya saytı, Rozetked hazırlayıb və yayımlayıb. Dediklərinə görə, anonim mənbədən aldığı informasiyadan sonra, ehtimal edilən Galaxy S IV modelinin maketini, konsept-videosunu hazırlayıblar. Videoya baxdıqda, Galaxy S III modelinə çox bənzəyir. Amma, biraz ekranı daha böyük, daha incədir. Hətta, iPhone 5 modelindən də incə olacaq.
Bildirilir ki, Galaxy S IV (I9500) 2.0 GHz dördnüvəli prosessor, 13 MP kamera və Full HD (1080p) Grand Amoled ekranla təchiz olunacaq. Əməliyyat sistemi də Android 5.0 Key Lime Pie olacağı da deyilir. Videoda, maraqlı olan lazer klaviaturalı dock cihazdır.
P.S. İlk olaraq, deyim ki, bu rəsmi video deyil. Rozetked də, tam iddia eləmir ki, bu belədir. Son vaxtlar çıxan, bütün modellər Galaxy S III modelinin dizaynına bənzəyir. Ona görə də, sonrakı seriyanın da bu dizayn da olması ehtimalı var. Amma, dəqiq deyil. Tamamilə fərqli də ola bilər. Smartphone’nun nazik və enli olması normaldır. Digər, xüsusiyyətləri -Full HD ekran, 13 MP kamera, 2.0 GHz dördnüvəli prosessornan da olması ehtimalı da var. Amma, Android 5.0 ilə gəlməsi ehtimalı azdır. Çünki, yeni versiya mayda Google I/O 2013 tədbirində təqdim edilməsi gözlənilir. Bu modeldə təqdim olunması şansı çox azdır. Ehtimal var ki, Android 4.2 ilə təqdim olunsun. Lazer klaviaturalı olan cihaz da, modellə birlikdə gələ bilər. Ümumi olaraq, söyləyim ki, bunların hamısı yanlış da ola bilər. O qədər, bu videoya aludə olmaq lazım deyil.. Bu tipli videoları, gələcəkdə çox görə bilərik.

Mənbə Android Authority
Xəbər götürülmüşdür:
android-az.com
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...