senedeqalmaz Konu tarihi: 4 Şubat 2013 Paylaş Konu tarihi: 4 Şubat 2013 Hamınızı salamlayıram.Mən təxminən 2 il bundan qabaq hansısa sayıtda oxumuşdum ki əsasən PC də presosordan gələn səslərə görə problemi təyin etmək olur.Xahiş edirəm bu barədə kimin məlumatı varsa bu məlumatı paylaşsın Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 5 Şubat 2013 Paylaş Mesaj tarihi: 5 Şubat 2013 Ola biler biosdan gelen seslere gore problemlere baxmisan ele bir sey mende oxumusdum biosda error gelende bir duut sesi ne demekdi, iki duut sesi ne demekdi ve s. Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 5 Şubat 2013 Paylaş Mesaj tarihi: 5 Şubat 2013 BIOS Səsli Səhv Xəbərdarlıqlarının Mənası və Həlli 1 - Davamlı Səs - Güc qaynağı qəzası 2 - Bir çox qısa səs - Anakart qəzası 3 - 1 uzun - Yaddaş təzələnilməsində səhv 4 - 1 uzun 1 qısa - Anakart və ya BIOS çipi qəzası 5 - 1 uzun 2 qısa - Ekran kartı qəzası (Ümumiyyətlə köhnə kartlardakı DIP switch qaynaqlıdır) 6 - 1 uzun 3 qısa - Ekran kartı qəzası 7 - 2 uzun 1 qısa - Ekran kartı qəzası (RAMDAC qaynaqlıdır) 8 - 2 qısa - Yaddaş səhvi 9 - 3 qısa - Yaddaşın ilk 64-lik hissəsində səhv 10 -4 qısa - Timer səhvi 11 - 5 qısa - Prosessor səhvi 12 - 6 qısa - Klaviatura prosessoru səhvi 13 - 7 qısa - Prosessor səhvi 14 - 8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi 15 - 9 qısa - BIOS ROM səhvi 16 - 10 qısa - CMOS oxuma/yazma səhvi 17 - 11 qısa - Tampon Yaddaş Səhvi ********* 1. səhv üçün, güc qaynağınızın əlaqələrini nəzarət edib bir daha sınaq edin. Əgər problem davam edirsə, bunu dəyişməlisiz. 2, 4, 10, 12, 15 ,16 nömrəli səhvlər üçün, bütün kartları prosessoru və RAM-ları söküb təkrar keçirin. Əvvəlcə mümkün olduğunca az komponentlə kompyuteri başlamağa çalışın. 4, 15 və 16 nömrəli səhvlərdə BIOS çipinin yerinə düz oturduğundan əmin olmaq üçün üstünə yüngülcə basın. Dəyişən bir şey yoxsa 4, 15 və 16 nömrəli səhvlə qarşı qarşılaşırsınızsa yeni bir BIOS çipi əldə edin, yox əgər deyilsinizsə artıq yeni bir anakartınız olacağınız üçün BIOS çipiniz avtomatik olaraq dəyişmiş olacaq. 3, 8 və 9 nömrəli səhvlərlə baş etmək üçün əvvəlcə ramlarınızın yerlərinə düz oturduqlarından və yuvalarla aralarında hər hansı bir xarici maddənin tapılmadığından əmin olun. Əgər birdən çox yaddaş modulu istifadə edirsinizsə dəyişik kombinasiyalar yoxlayın. Səhv səs hələ davam edirsə yaddaşlarınızı tək-tək sınayaraq problemin hansılarında olduğunu tapa bilərsiniz. 5, 6 və 7 nömrəli mesajı alırsınızsa, ekran kartınızın yerinə yaxşıca oturduğundan və monitor əlaqəsinin düzcə bir şəkildə edildiyindən əmin olun. Problem sürüyürsə başqa bir ekran kartı ilə kompyuteri başlatmağı yoxlaın. Nəticə əldə etsəniz sizi təbrik edərik çox yaxın bir zamanda yeni bir ekran kartınız olacaq. Ekran kartlarıyla əlaqədar alırsınızsa səsli səhv mesajlarının haradasa hamısı 6 nömrə olacaq. Bu səbəblə indidən diii de dit dit səsinə alışmanızda fayda var. 11, 13 və 17 nömrəli səhvlər üçün prosessorunuzun düz bir şəkildə qoşulduğundan əmin olun. Mümkünsə başqa bir prosessorla sınaqlardan keçirin, nəticə götürə bilməsəniz xüsusilə 17 nömrəli səhv üçün anakartınızdan şübhələnin. Alıntı Link to comment Share on other sites More sharing options...
Nihad Əhədzadə Mesaj tarihi: 6 Şubat 2013 Paylaş Mesaj tarihi: 6 Şubat 2013 Mayak qaqawim cox sagol mende faydalandim... Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 6 Şubat 2013 Paylaş Mesaj tarihi: 6 Şubat 2013 mayak18, Tesekkurler. Men dediyim bu idi. Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 6 Şubat 2013 Paylaş Mesaj tarihi: 6 Şubat 2013 arabesk_rap Point-Blank Təşəkkür. Alıntı Link to comment Share on other sites More sharing options...
senedeqalmaz Mesaj tarihi: 6 Şubat 2013 mövzunu açan Paylaş Mesaj tarihi: 6 Şubat 2013 mayak18 çox sağol təşəkkür edirəm Alıntı Link to comment Share on other sites More sharing options...
Fuad Kərimli Mesaj tarihi: 6 Şubat 2013 Paylaş Mesaj tarihi: 6 Şubat 2013 mayak18 çox sağol Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 7 Şubat 2013 Paylaş Mesaj tarihi: 7 Şubat 2013 Hamınız çox sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.