Tural Ağayev Konu tarihi: 7 Şubat 2013 Paylaş Konu tarihi: 7 Şubat 2013 Əsasən sayt sahiblərini maraqlandıracaq və təzə saytlar üçün məsləhətli bi məqalə yazmaq qərarına gəldim. Əvvəlcə saytın reytinqindən danışaq. Hnası reytinqlər var? Hazırda ən vacib 2 reytinq böyük rol oynayır. Google PR və Yandex TİC, Alex Rating Bunlar nə məna verir və bunların çox olmasının xeyri varmı? Əlbətdə bu göstəricilər böyük rol oynayır. Əgər sizin saytınızın göstəriciləri yüksəkdirsə bu o deməkdir ki saytınız axtarış sistemlərində çox indekslənir və axtarış sistemlərində sizin saytın səhifləri çoxdur və axtarışlarda saytınız öndəki cərgələrdə çıxır,təkcə axtarış sistemləri yox həmçinin digər saytlar, forumlarda vs yerlərdə sizin saytın adı yazılırsa belə bu axtarış sistemlərində sizin xeyrinizə işləyir. Yandex TİC, yandex sisteminin hazırladığı bir reytinq sistemi, deyə bilərəm ki Azərbaycan saytları və bizim dildə olan saytlar üçün elədə əlverişli deyil, indeksləmə çox aşağı səviyyədə həyata keçir, bəzən bir saytın əsas səhifəsini belə indeksləməkdə çətinlik çəkir. Əsasən rus dilli saytlar üçün nəzərdə tutulub. Buna baxmayaraq yandex Türk bazarına təzəlikcə girib, lakin bu çətinlikləri və mənfi cəhətləri aradan qaldırmayıblar. Google PR, bütün dünyada ən məşhur saytların reytinq sistemi. Ölkəmizdə PR 4-5-6 olan saytlar ən reytinqli saytlar sayıla bilər. Nəzərə alsaq ki ölkəmizdə internet istifadəçilərinin 90%-dən çoxu google.az, google.ru, google.com (eyni şeydi hamısı) axtarış sistemindən istifadə edirlər o zaman google-nin saytlar üçün nə qədər vacib olduğunu anlamaq olar. Bəs sayt təzə yaranıbsa yaxud da reytinqi çox aşağıdırsa o zaman nə etməli ki saytın səviyyəsi qalsın. Əvvəlcə onu qeyd edim ki saytınızda heç kimi maraqlandıracaq bir şey yoxdursa, bir sözlə saytınız ziblidirsə o zaman heç nə etməyə ehtiyac yoxdur, bağlayın saytı getsin) Yox əgər düşünürsünüz ki saytınız faydalı resusurla zəngindir. O zaman aşağıdakıları etmək məqsədə uyğundur. 1. Başqa saytlara banner və RSS mübadiləsi edin. 2. Saytınıza sosial şəbəkələrdə səhifələr açın və mütamadi səhifələrə nəzarət edin və yeniləyin. 3. Mütamadi öz saytınızın adını başqa saytlarda və forumlarda yaymağa çalışın. 4. Kataloqlarda və reytinqlərdə qeydiyyatdan keçin. 5. Ən vacibi isə saytın rekalm olunmasıdır. Reklam bütün sahələrdə vacibdir o cümlədən də saytların inkişafında. Reklamın çox növü var, siz ödəniş müqabilində başqa saytlarda reklamlarınızı yerləşdirə bilərsiniz. Hər nə gəldi saytda yox, elə saytlarda yerləşdirməlisiniz ki həmin saytlar axtarış sistemləri tərəfindən ban olunmamış olsun və reytinqləri nə qədər yüksək olsa sizə də xeyirdi. Digər yönü isə reklam şirkətlərinin təqdim etdiyi bir reklamdır. Sizə bu rekalm haqqında danışmaq istəyirəm və tariflər haqqında. Belə ki 1. İstənilən ölkələrin internet saytlarında reklam imkanı (Azərbaycan da daxil) - Geoip seçirsiniz (misal: Yalnız Azərbaycanda) - Gündəlik büdcə seçirsiniz və ya gündəlik keçid sayı (misal: 250 host) - Günün müəyən vaxtını seçmək imkanınız var. (misal: axşam 18:00-24:00 arası) - Sayta hər 1000 keçidə görə 2AZN. 2. Digər bir xidmətdə isə isə ölkə seçimi olmasada qiymət daha münasibdir. - 1AZN - 1000 Saytda baxış sayı. - Sayta 30san yada 1 dəq ərzində müxtəlif şəxslər baxacaq. 3. Facebook sistemidədə reklam etmək ümükündür bu zaman Face səhifəyə like-ə görə ödəniş alır. Gündəlik minumum ödəniş 5dollar təşkil edir. 4. Google-də və yandex-də də reklam vermək olar amma orda reklamın səmərəli olması üçün büdcə 500azn-dən az olmamalıdır. Bir çox sistemlər mövcuddur. Ən vaciblərdindən və sınanmışlardan yazdım. Kiminsə əlavə məlumatı varsa bölüşə bilər Alıntı Счастье не ищут, как золото или клад. Его создают сами, те, у кого хватает сил, знания и любви Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 7 Şubat 2013 Paylaş Mesaj tarihi: 7 Şubat 2013 Dəyərli məlumatdır... Təşəkkürlər... Bircə bunu başa düşmədim: - Sayta hər 1000 keçidə görə 2AZN. Alıntı Link to comment Share on other sites More sharing options...
Tural Ağayev Mesaj tarihi: 7 Şubat 2013 mövzunu açan Paylaş Mesaj tarihi: 7 Şubat 2013 Elə bil ki 2azn-ə saytına 1000 keçid verir reklam şikəti. 1000 nəfər girəcək saytına (1000 host artacaq saytın) Alıntı Счастье не ищут, как золото или клад. Его создают сами, те, у кого хватает сил, знания и любви Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 7 Şubat 2013 Paylaş Mesaj tarihi: 7 Şubat 2013 Başa düşdüm, təşəkkürlər... Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 9 Şubat 2013 Paylaş Mesaj tarihi: 9 Şubat 2013 Melumata gore tesekkurler. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.