Jump to content
Forum Windows-az.com

Oxumağa dəyər bir hekayə...


Həsən İldırımov
 Share

Recommended Posts

Bir zamanlar böyük və güclü bir olkəni idarə edən kralın 4 həyat yoldaşı varmış.Kral ən çox 4-cü xanımını sevərmiş,bir dediyini iki etməz,hər şeyin ən gozəlini,ən yaxşısını ona verərmiş.Kral üçüncü xanımını da çox sevərmiş.Bir gün bu gözəlliyin onu tərk edə biləcəyindən qorxduğu üçün,onu çox qısqanarmış.İkinci xanımını da çox sevərmiş.Ona hər zaman mehriban və səbrli yoldaşı,kralın nə zaman bir dərdi olsa daim onun yaninda olur,ona daim dəstək verirmiş.Kraliça olan birinci xanım imiş.Kralı ən çox sevən, qarşılıq gözləmədən,sağlığına və hökmranlığına ən böyük qayğını bəsləyən bu xanım olmasına baxmayaraq,kral birinci xanımını sevməzmiş və onunla heş maraqlanmazmış.Bir gün kral ölümcül bir xəstəliyə tutulur.Yaxında oleceyini anladığı və öldükdən sonra tənha qalmaqdan çox qorxduğu üçün,xanımlarından hansının ölüm yalnızlığını onunla paylaşmaq istəyə biləcəyini öyrənmək istəmiş.

 

 

Ən çox sevdiyi dördüncü yoldaşına"ölüm yolculuğunda ona yoldaşlıq etmək istərmi?"-deyə soruşduqda aldığı cavab qəlbinə bıçaq kimi saplanan qısa və dəqiq "mümkün deyil" olmuş... "Həyatım boyunca səni sevdim.Səni qısqandım,mənimlə birlikdə ölməyi qəbul edərsənmi?"sualına üçüncü yoldaşı da"xeyr həyat çox gözəldir.Sın öləndən sonra mən yenidən evlənəcəyəm"deyə cavab vermiş.Kral bir daha yıxılmış."Hər problemimdə hır zaman yanımda olan,mənə kömək edən sən idin,bu məsələdə də mənə yardım edrsənmi?"tələbinə qarşı ikinci xanımından"bu məsələd heçnə edə bilmərəm,ən uzağı səni məzarina qədər ötürər,gözəl bir cənazə mərasimi edər və yasını tutaram"cavabını almış.Böyük bir ümidsizliyə qapılmış kral birinci həyat yoldaşının səsi ilə diksinmiş."Hra gedərsən get səninlə olaram,səni izləyərəm"

"Ah"-deyə inləmiş kral:Kaşki bir şansım daha olaydı"

"Həyatda hər birimizin dörd yoldaşı var əslində:

 

 

Dördüncü yoldaşımız vücudumuzdur...Onun gözəl görünməsi üçün nə qədər zaman,qaynaq və güc sərf etsəkdə,öldüyümuzdə bizi tərk edəcək.

Üçüncü yoldaşımız sahib olduğumuz sərvətimizdir.Ölür-ölməz başqalarına yar olacaqdır.

İkinci yoldaş aile və dostlarımızdır.Bütün dərdlərimizi paylaşdığımız bu insanlar ən çox edə biləcəkləri bu dünyadan gözləri yaşlı bizi uğurlamaq,yola salmaq olacaqdır.

Birinci yoldaşımız isə RUHUMUZDUR.Həmişə bizimlə gəlir.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...