Jump to content
Forum Windows-az.com

Veb Proqaramlaşdırma Texnologiyaları


UGHUR_HUSEYN
 Share

Recommended Posts

Veb Proqaramlaşdırma Texnologiyaları

 

Salam forum istifadəçiləri. Bu məqaləmdə sizlərə veb proqramlaşdırma və veb proqramlaşdırmada rast gəldiyiniz bütün terminlər haqqında yazacam. Bir çoxları, elə bir vaxtlar mən özüm də bu suallara cavab axtarmışam: Veb proqramçı kimdir? Veb proqramçı nələri bilməlidir? Nədən başlamalı və s. . lakin tam şəkildə AzNetdə bir məqalə tapa bilməmişəm. İndi istəyirəm bu suallara bacardığım səviyyədə aydınlıq gətirim. Ilk öncə deyim ki ümumiyyətlə proqramlaşdırmanı iki qrupa ayırmaq olar 1. Desktop proqramlaşdırma 2. Veb proqramlaşdırma

Nədən başlamalı ? Gəlin başlayaq:

1.HTML- Hypertext Markup Language-hipermətn nişanlama dili— brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır. Sadə bir nümunə:

 

<!DOCTYPE html>

<html>

<body>

 

<h1>Bu mənim ilk saytımdır</h1>

 

</body>

</html>

 

Bu kodu bloknota kopyalayib adini index.html kimi yaddaşa verin sonar brauzerlə açın təbriklər sizing ilk saytınız hazırdır. QEyd: HTML proqramlaşdırma dili deyildirş. Sadəcə nişanlama dilidir. Öyrənilməsi çox asandır.

 

2. CSS- Cascading Style Sheets –kaskadlı stil cədvəlləri. CSS birbaşa olaraq saytın dizaynına cavabdehdir. Məsələn: <h1>Bu mənim ilk saytımdır</h1> nümunəsində h1 teqi mətnin başlıq olduğunu bildirir. CSS ilə isə həmin mətnin ölşüsü, rəngi, stili və s. təyin olunur:

 

h1

{

color:blue;

text-align:center;

}

 

yazsaq bu mətnin mavi və mərkəzdə olacağını təyin etmiş oluruq. Bəs CSS necə istifadə olunur?

Bunun üçün css kodunu bir bloknota yazın və adını style.css qoyaraq yaddaşa verin. Index.html faylını açıb <html> teqindən sonar bu kodu yazın:

 

<head>

<link rel="stylesheet" type="text/css" href="style.css">

</head>

 

Sonra hər iki faylı (Index.html və style.css fayllarını ) bir qovluğa yerləşdirib index.html faylını yenidən brauzerlə açın . Təbriklər!! siz veb dizayner olacaqsınız.

3. PHP (ing. PHP: Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün nəzərdə tutulmuş bir skriptləşdirmə dilidir. PHP server tərəfdə işləyir. Nəticəni isə brauzerə html və css ilə ötürür. PHP geniş istifadə olunur , açıq kodludur və server tərəfdə icra olunur. PHP sizing komyuterinizdə işləməsi üçün local server qurmağınız vacibdir. Bu barədə az sonar. PHP faylları mətn , HTML, javascript (az sonra)kodları , və PHP kodlarından ibarət ola bilər. PHP –saytın məlumatlar bazasına məlumatların ötürülməsi və ya alınması üçün istifadə olunur. Məsələn saytda istifadəçi qeydiyyatı zamanı istifadəçi məlumatlarının məlumatlar bazasına ötürülməsi və istifadəçi daxil olması zamanı həmin məlumatların bazadan alınması PHP vasitəsilə həyata keçirilir. PHP fayllarını genişlənməsi .php şəklində olur.

 

<!DOCTYPE html>

<html>

<body>

 

<?php

echo "My first PHP script!";

?>

 

</body>

</html>

Bloknota yazaraq index.php kimi yaddaşa verin sonra brauzerlə açın.

 

4. javascript – ilk öncə onu deyim ki, javascript və java tamam ayrı-ayrı dillərdir. javascript də veb proqramlaşdırmada istifadə olunan skriptləşdirmə dilirdir. PHP –dən fərqi ondadır ki o Brauzerdə (kliyent tərəfdə) işləyir. Məsələn: Dropdown menyularının hazırlanması. javascript məlumatlar bazası ilə əlaqə qura bilmir. Ora məlumat ötürə bilmir, məlumat çıxara bilmir.

 

5. jQuery -javascript Kitabxanasıdır. jQuery javascript proqramlaşdırmanı xeyli asanlaşdıdır.

 

6. XML - eXtensible Markup Language. XML mılumatların ötürülməsi və saxlanılması üçün dizayn edilmişdir . XML verilənlər bazası idarə etmə sistemi deyildir. Sadəcə genişlənməsi .xml olan bir fayldır.

 

7. AJAX- Asynchronous javascript and XML- Asinxronlaşdırılmış javascript və XML. Yeni proqramlaşdırma dili deyildir. AJAX səhifəni yenidən yükləmədən serverlə məlumat mübadiləsini aparmaq və veb səhifənin (saytın) hissələrini yeniləmək deməkdir. Məsələn: Facebook- da Kommentlər yazarkən səhifə yenidən yüklənmədən comment əlavə olunur. AJAX-dan Google , Youtube –də geniş istifadə edir.

 

8. ASP - Active Server Pages. ASP bir Microsoft texnologiyasıdır. ASP IIS daxilində icra olunur. (IIS-Internet Information Services) IIS Windows 2000 ilə gələn pulsuz komponentdir. Narahat olmayın, ASP və PHP bir-birlərinə alternative dillərdir. Birini bilsəniz o birisinə ehtiyac yoxdur.

PHP- ni öyrənin.

 

9. Məlumatlar bazaları: SQL Server, Oracle, MySQL, Access.

SQL Server- yüksək trafikli veb səhifələr üçün nəzərdə tutulub. Çox güclü, möhkəm və tam xüsusiyyətləndirilmişdir.

Oracle- eyni sözləri Oracle üçün də söyləmək olar.

MySQL – Microsoft və Oracle texnologiyalarından fərqli olaraq ucuzdur. Çox geniş istifdə olunur.

Access- sadə məlumatlar bazası üçündür. Yüksək trafik üçün nəzərdə tutulmayıb və SQL Server, Oracle

Və MySQL kimi güclü deyildir.

Seçim- MySQL.

 

10. SQL -Structured Query Language (strukturlaşdırılmış sorğu dili) Məlumatlar bazasının idarə edilməsi üçündür. Dəstəkləyir: MySQL, SQL Server, Access, Oracle, Sybase, DB2, və başqa məlumatlar bazası sistemlərini.

 

11. CMS- Content Management System- Tərkibi idarəetmə sistemi. Heç bir proqramlaşdırma dili bilmədən professional şəkildə veb saytlar və forumlar hazırlaya biləcəyiniz bir sistemdir. Bir çox CMS –lər mövcuddur:

Joomla, Wordpress, Drupal, SMF, vBulletin, həmçinin rus proqramçılarının istehsalı olan Datalife Engine, SLAED və s.

Wordpress- bloq hazırlamaq üçün nəzərdə tutulmuşdur. Pulsuzdur.

Joomla- imkanları çox genişdir. Praktiki olaraq istənilən tipdə sayt hazırlamaq mümkündür. Pulsuzdur.

Drupal- danışmaq istəmirəm, xoşuma gəlmədi.

SMF – forum mühərrikidir. Pulsuzdur.

vBulletin- Çox məşhur forum mühərriki. Pulludur.

Datalife Engine – portal sayt hazırlamaq üçün əla vasitədir. AzNet-də mövcud olan saytların əksəriyyəti bu mühərrikdə fəaliyyət göstərir. Mənfi cəhəti pullu olmasıdır.

12. Veb Proqramçının alətləri:

Adobe dreamweaver, Adobe Photoshop, Corel Draw (və ya Adobe İllustrator), Fille Zilla, Total Commander, Artisteer, WAMP Server (və ya Denver)

Hər biri haqqında google vasitəsilə asanlıqla məlumat alaraq yükləyə bilərsiniz.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...