Jump to content
Forum Windows-az.com

İnternet sürəti


Haggio
 Share

Recommended Posts

Salam.Artıq 3 ilə yaxındır ki smart provayderindən istifadə edirəm və heç bir problem olmayıb.Amma son 2 gündə internet sürətim 5mb-dən 2 mb-ə düşüb.Səbəbini bilmirəm.Ev daxili xətlərdə heç bir problem yoxdur və modemin işiqları da qaydasındadı.Amma əvvəllər 600kb/s-la yüklədiyim faylları indi 270 kb/s-la yükləyirəm.Zəng etdim smarta dedim nəsə port dəyişdi 1 saatlıq düzəldi sonra yenə əvvəlki vəiyyətinə qayıtdı.Modemin statusu belədir:

 

Downstream Upstream

SNR Margin: 6.6 8.1 db

Line Attenuation: 25.3 15.9 db

Data Rate: 2310 404 kbps

Max Rate: 3440 411 kbps

POWER: 19.5 11.3 dbm

CRC: 215 0

 

Əgər kimdəsə bu cür problem varsa və həllini bilirsə xahiş edirəm yazsın.

Link to comment
Share on other sites

Xətt sönməsi (Line Attenuation) :

 

20 dB(Desibel)-dək -İdeal xətt

 

20dB-dən 40 dB-ə dək -İşlək xətt

 

40dB-dən 50 dB-ə dək -Kəsintilər və qırılmalar olacaq

 

50dB-dən 60 dB-ə dək -Periodik olaraq sinxonlaşma itəcək

 

60 dB və yuxarı -İnternet işləməyəcək

 

Səs səviyyəsi (dB ilə müqavimət 600 Om olduğu halda 1mVt-a nəzərən ) :

 

65 dBm-dən 51dBm-dək -İdeal xətt

 

50 dBm-dən 36dBm-dək -İşlək xətt

 

35 dBm-dən 20dBm-dək -Periodik kəsintilər və qırılmalar olacaq

 

19 dBm və aşağı - İnternet işləməyəcək

 

 

 

SN Margin (AKA Signal, Noise Margin və ya Signal-to-Noise Ratio (SNR)):

 

7dB-dək -Periodik olaraq sinxonlaşma itəcək, kəsintilər və qırılmalar olacaq

 

7db-dən 10db-dək -Kəsintilər və qırılmalar olacaq

 

10db-dən 20db-dək -Sinxronlaşma problemi olmayan işlək xətt

 

20db-dən 29db-dək -Yaxşı xətt

 

29db-dən yuxarı -İdeal xətt

 

 

 

bu göstəricilərlə modemini göstəricilərini yoxla .

Link to comment
Share on other sites

Ats və smart deyir xətdəndi amma inandırıcı deyil başlarından eləyirlər.məncə mənimçün ayrılmış porta başqa istifadəçi qoşublar.Mümkündür belə bir şey?Çünki əgər xətlərdə problem olsaydı port dəyişəndən sonra 1 saatlıq işləməzdi.

Link to comment
Share on other sites

dəyişdirə bilərlər özlərinin əlində deyil.misal üçün dostum var rayonda ats müdürün yaxın qohumudur orda 1 nəfər 20 manatlıq internet açdırıb özüna başqa adam dostum zəng edir müdürə xətdi dəyişib qohumuna 20 manatlıq eləyir müvəqqəti olaraq amma o 1i adama 10 manatlıq.yəni o hər dəfə güclü internet istəyəndə helə edir.

Link to comment
Share on other sites

...indi provayderlər əvvəlki kimi işləmir.son zamanlar onlar internet sürətinin normal verilməsini təmin etməkdə daha çox maraqlıdır.çünki data kart ki,çıxdı,artıq rəqabət də artıb...

...qaldı ki,sizin probleminizə,bunun səbəbi xəttinizdə problem yoxdursa kompyuterinizdədir...

...sistem gec format olunanda belə ola bilir.

...antivirus hər dəfə yarımçıq update olunarsa,belə olur.

...sistem özü (windows) update-də olduğundan və hər dəfə bu update başa çatmamış kompyuteri söndürdükdə və ya perezaqruska verdiksə belə olur.

...digər proqramlar update-də olduqda (photoshop,office və s.)...

...saatın yanında torrent proqramı olanda və hər hansı irihəcmli proqramın yüklənməsi yarıda qalanda,səhəri günü kompyuteri açırsan.və avtomatik torrentlə download gedir.yarımçıq qalmış proqram başlayır yüklənməyə.və sənə elə gəlir ki,internet zəifdir...

...torrentlə download etmədikdə belə seeding gedəndə internet sürətinə təsir edir (düzdür bu bizim provayderlərin \"kəşfidir\",bunu edə bilirlər) və s. ...

Link to comment
Share on other sites

Bəli Kamran deyəndədə həqiqət var amma xəttin parametirlərinə baxanda xəttin max ötürə biləcəyi sürət 4 mbit-dən aşağıdır.Provayderlərə gəlincə isə tamamilə doğrudur təkrar olsada sadə 1 misal deyəcəm.Elə bil internet trafiki 1 borudan axan suya bənzəyir əvvəl bu borudan 10 nəfər su içirdi indi isə 100 nəfər su içir amma borunun diametiri və suyun həcmi isə əvvəlki kimidir .Buna nazarət sistemi yoxdur .Bizdə ancaq müştəri yığmaqdır .Qardaş ölkədə Türküyədə eşitdiyimə görə ən az sürət 8 mbit-dir .Bizim Məmurlar özlərinə sərf edən nə bilim deputatların maaşını,evro 3 -ü daha nə bilim nəyi xarici ölkələrlə müqayisə edirlər niyə internetin sürətini optikləşməyi digər dövlətlərlə müqayisə etmirlər

Link to comment
Share on other sites

senedeqalmazCrc dediyin Bit Errors di. men turklerein internetine baxiram onlarda ilk once 3mb baslayir amma qiymetler cox bahadi bizde meselem men 10mb 25 manat oduyuremse onlar 10 mb 50 manat verirler ozde trafikledi onlarda. bizde yaxsidi onlara baxmish sexsen men sizlere Eurosel provayderini tovsiye ede bilerem cox yaxsidi internetdi hemde tarifi
Link to comment
Share on other sites

  • 2 weeks later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • loading...
×
×
  • Create New...